Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə80/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

311
 
 
iqtisadi  həvəsləndirmənin  qarşısında  bir  sədd  kimi  dur-
maqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə  
olunan ehtiyatlara görə  ödəmələr sistemi, əsas təsiredici  
amil  olmasına  baxmayaraq,  Azərbaycanda  özünə  məx-
sus  yer tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, de-
mək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçi-
lərinin əmlak mənafelərinə toxunur və bu təbiəti müha-
fizə  tədbirlərinin  faydalı  olmasını  onların  yadına  salır. 
Təbiəti  mühafizə  fəaliyyətində    əməli  əhəmiyyət  kəsb 
edən həvəsləndirici  amil dövlətin vergi siyasəti olmalı-
dır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndir-
məni  özündə  əks  etdirə  bilər.  Bu  qanunvericilikdə  həm 
güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, ha-
belə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tət-
biqində  öz  əksini  tapır.  Rusiya  Federasiyasında,  əgər 
müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən və-
sait  ayırırsa,  buna  görə  gəlirin  vergiyə  məruz  qalan 
məbləği 30% azaldılar. 
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun 
vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir: 
-
 
elmi tədqiqat işlərinə, ehtiyat qənaətedici və eko-
loji təmiz texnologiyalarının tətbiqinə
-
 
təbiətdən  istifadəçilər  tərəfindən  həyata  keçirilən 
təbiətin  mühafizəsi  obyektlərinin  tikintisinin,  yenidən 
qurulmasının maliyyələşdirilməsinə; 
-
 
ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  zi-
yanın bərpası sahəsində həyata keçirilən tədbirlərə
-
 
çirklənmə və başqa mənfi təsirlər nəticəsində və-
təndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərə-
rin bərpasına görə onlara müəyyən edilmiş kompensasi-


312
 
 
yanın verilməsinə
-
 
ətraf  mühitin  pozulmuş  ekoloji  tarazlığının  bər-
pasına,  proqram,  layihələrin,  normativ-metodiki  sənəd-
lərin işlənməsinə və həyata keçirilməsinə; 
-
 
ekoloji  tərbiyə və təhsilə
-
 
xüsusi mühafizə olunan təbiət ərazilərinin müha-
fizəsinə; 
-
 
nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora 
növlərinin mühafizəsinə və bərpasına; 
-
 
ətraf mühitin mühafizəsi sahəsində dövlət orqan-
larının maddi-texniki bazasının yaradılmasına və inkişa-
fına; 
-
 
ətraf mühitin dövlət monitorinqinin təşkili və ke-
çirilməsinə; 
-
 
ətraf mühitin mühafizəsi sahəsində çalışan mütə-
xəssislərin  həvəsləndirilməsi  məqsədilə  onların  maddi 
stimullaşdırılmasına. 
 
6. Vergi ödəmələrinin ekoloji  meyarları 
 
Ətraf mühitin çirkləndirilməsi həddinin təmin edil-
məsi və nizamlanmasının geniş istifadə edilən və səmə-
rəli  üsullarından  biri  də  vergilər  hesab  edilir.  Ekoloji 
(çox  hallarda  onları  “yaşıl”  adlandırırlar)  vergilər  ən 
azı iki məsələni həll etməlidir
Birinci  elə  etmək  lazımdır  ki,  məhsulun  dəyəri 
xərclərin kəmiyyətinə, o cümlədən təbii ehtiyatların də-
yəri və ətraf mühitə vurulan ziyanın kəmiyyətinə uyğun 
olsun; 
İkinci,  ekoloji ziyanın, bütün cəmiyyət tərəfindən 


313
 
 
deyil, ziyan vuranın özü tərəfindən ödənilməsinə nail ol-
maq lazımdır. 
Bir  sıra  hallarda  ümumiyyətlə  vergi  qoymamaq 
mümkündür.  Məsələn,  ekoloji  fondlar  vergilərdən  azad 
olunurlar.  Bu  siyasəti  müxtəlif  tullantıların  ikinci  dəfə 
emal  olunmasından  müəssisənin  götürdüyü  gəlirlər,  tə-
biətin  mühafizəsinə  təşkilatların  və  əhalinin  könüllü 
ödəmələri, xarici və Azərbaycan qrantları üçün də həya-
ta keçirmək məqsədə uyğundur. 
Ekologiyaya  yönəldilmiş  vergi  sistemində  4  as-
pekti  ayırmaq  olar:  sahə,  texnologiya,  region  və 
məhsul üzrə. İqtisadiyatın dayanıqlı inkişafı, onun eko-
loji təhlükəsizliyi səviyyəsinin artması baxımından, ver-
gi  sistemi  təbiət-məhsul  zəncirinin  başlanğıcında  duran 
təbiəti-istismar  sahə  və  sektorlara  vergilərin  artırılması-
nı nəzərdə tutmalıdır. Bu halda vergilər ekoloji cəhətdən 
təhlükəli və resurs tutumu fəaliyyətləri sıxışdıran və ya-
xud bu fəaliyyəti ekoloji balanslaşdırılmış hala yönəldi-
ci rolunu oynaya bilərlər.  
Öz növbəsində, təbiət-məhsul zəncirinin axırına ya-
xın yerləşən emaledici və xidmət sahələrinə onların inki-
şafını həvəsləndirən aşağı səviyyədə  vergilər qoyulmalı-
dır. Bu cür vergi sistemi ətraf mühitdən istifadənin iqtisa-
di mexanizmlərinin həvəsləndirici və sərt tiplərinə xasdır. 
Bütövlükdə,  vergi  sisteminin  təkmilləşdirilməsi 
dedikdə  vergilərin  təbii-ehtiyat  payının  əhəmiyyətli  də-
rəcədə  yüksəldilməsi  istiqamətini  ayrıca  qeyd  etmək 
olar.  Müasir  vergi  sistemləri  dünyada  və  o  cümlədən 
Azərbaycanda əsasən, əhalidən, gəlirdən əlavə dəyərdən 
və s.  vergilərin tutulmasından  ibarətdir. Ətraf mühitdən 
istifadəyə  görə  vergilər  ən  yaxşı  halda  büdcənin  gəlir 


314
 
 
hissəsinin  bir  neçə  faizini  təşkil  edir.  Bununla  təbiətin 
istismar edilməsi ilə bağlı fəaliyyət həvəsləndirilir. Ver-
gilərin  ümumi  məbləğinin  saxlanması  şərtilə,  onun  qu-
ruluşunda  ətraf  mühitdən  istifadə  ilə  əlaqədar,  hər  şey-
dən əvvəl təbii ehtiyatlardan istifadə hüququ üçün (“ya-
şıl vergilər”) vergilərin xüsusi çəkisinin artırılması yolu 
ilə    nisbətin  dəyişdirilməsi  məqsədə  uyğun  olardı.  Bu 
isə öz növbəsində müəssisələrin ətraf mühitə təsir səviy-
yəsini nəzərə almağa, ekoloji təhlükənin və iqtisadiyya-
tın resurs tutumunun aşağı salınmasına maraq yaratma-
ğa imkan verər. 
Xarici amillərin təsiri nəticəsində əmələ gələn yan-
lışlıq  şəxsi  xərclərlə  ictimai  xərclərin  düz  gəlməməsin-
dən baş verir.  İngilis alimi A.Pigou  (1920) sübut edirdi 
ki,  vergi  tutulması  yolu  ilə  (və  ya  dotasiyaların  müsbət 
xarici effektləri olduğu təqdirdə) şəxsi və ictimai xərclə-
rin  fərqi  miqdarında  allokasiya  səmərəliliyi  bərpa  edilə 
bilər. Əvvəlki qiymətin və verginin cəmi ictimai xərclə-
rə uyğun gəlir, vəsaitlərin səmərəli istifadəsi üçün zəmin 
bərpa olunur. Belə vergi növü Pigou vergisi adlanır. Bu 
verginin tutulması ona gətirir ki, ekoloji qanun pozanlar 
öz şəxsi maraqlarından çıxış  edərək ətraf mühitin çirk-
ləndirməsinin  səviyyəsini  azaldırlar  ki,  ekoloji  ziyanın 
qarşısının alınması xərcləri vergi normasından aşağı ol-
sun.  Bu  halda  qanun  pozanlar  hansı  iqtisadi  metodun 
yararlı  olduğunu    özləri  seçirlər.  Əgər  vergi  tarifi,  ətraf 
mühitin qorunmasına çəkilən  əlavə  xərclər, ətraf mühi-
tin qorunmasından  qənaət olunan  xərclərə  bərabər olan 
qayda ilə seçilərsə, onda ətraf mühitin qorunmasının ic-
timai  optimal  ölçüsünə  nail  olunur.  Nail  olunmuş  allo-
kasiya  birinci  göstərilmiş  mənasında  səmərəli  olur 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə