Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə82/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

319
 
 
-
 
hüquqi və fiziki şəxslərin ekologiya və ətraf mü-
hitin mühafizəsi ilə əlaqədar pul əməliyyatlarının aparıl-
masına; 
-
 
ekoloji sığortanın inkişafı və dəstəklənməsinə və s. 
Banklar  vasitəsilə  ekoloji  problemlərin  kredit-
ləşməsinə vəsait ayrılır: 
1.
 
ekoloji təhlükəsiz texnologiyaların işlənməsi və 
tətbiqinə; 
2.
 
tullantısız məhsullar istehsalı və emalı üçün; 
3.
 
xammalın təkrar emalı və istifadəsi üçün; 
4.
 
ekoloji problemlərin həlli məqsədilə birgə müəs-
sisələrin yaradılması üçün və s. 
Almaniyada  ekoloji  banklar  fəaliyyət  göstərir.  Al-
manların  çox  hissəsi  bu  banka  əmanətlərini  qoyurlar. 
(150 min müştərisi var) Bank ekoloji məsələləri (müəs-
sisələri) kreditləşdirir. Ukraynada 1993-cü ildə “Nadra” 
Bankı  ətraf  mühitin  mühafizəsi  və  ekoloji  proqramları 
maliyyələşdirmək  üçün  yaradılmışdır.  Bankın  köməyi 
ilə  “Yaşıl  ofis”  ekoloji  proqramı  hazırlanmış  və  maliy-
yələşdirilmişdir.  Bu  proqram  çərçivəsində  informasiya 
kompaniyası  aparılmış  və  ətraf  mühitin,  ehtiyatlardan 
səmərəli istifadə edilməsi həyata keçirilir. 
İqlim dəyişikliyi ilə əlaqədar problemlərlə Beynəl-
xalq Bank 2010-cu ildən öz strategiyasında əsas diqqəti 
buna  yönəltmişdir.  2011-ci  ildə  Dünya  Bankı  ətraf  mü-
hitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə-
yə  dair  37  layihə  təsdiq  edib.  Bu  layihələrə  1,7  milyon 
dollar həcmində vəsait ayırmışdır. Meksikada atmosferə 
zəhərli  atqıların  azaldılması  üçün  layihəyə  401  milyon 
dollar vəsait ayrılmışdır. 
Ətraf mühitin mühafizəsi ilə əlaqədar Dünya Ban-


320
 
 
kı  yeni  ekoloji  strategiya  hazırlamaqla  dünyada  meşə, 
dəniz  və  yer  səthində  bioloji  müxtəlifliyin  saxlanılması 
üçün maliyyə dəstəyi göstərir. Ətraf mühitin Beynəlxalq 
Mühafizə  İttifaqı,  Dünya  Bankı,  Qlobal  Ekoloji  Fond 
“Görünənləri qoruyun” təşəbbüsü ətraf mühit və ekolo-
giyanın  qorunmasına  istiqamətləndirilib.  Ekosistemin 
mühafizəsində 1,5 min təşkilat iştirak edir. 
İqlim  dəyişikliyi  ilə  əlaqədar  tədbirlərə  dair  30 
ekoloji strateji sənəd 2010-cu ildə Dünya Bankının diq-
qət  yetirdiyi  rəsmi  materialdır. İqlim dəyişikliyi ilə əla-
qədar,  atmosferə  tullantıların  azaldılması,  su  hövzələri 
və torpağın çirkləndirilməsi məsələlərinə diqqət artırılır. 
Latın Amerikası və Karib körfəzində  ətraf  mühitin  mü-
hafizəsi  ilə  bağlı  tədbirlər  180  layihə  üçün  2009  və 
2010-cu  illərdə  7,7  mld  dollar  məbləğində  vəsait  ayrıl-
mışdır.  İqlim  dəyişiklikləri  problemləri  ilə  əlaqədar  45 
ölkədə atmosferin mühafizəsi üçün investisiya fondu ya-
radılmış  və  2010-cu  ildə  Əməkdaşlığın  inkişafı  üçün 
100 milyon dollar həcmində vəsait müəyyən edilmişdir. 
Ətraf  mühitin  mühafizəsi,  bioloji  müxtəlifliyin 
saxlanılması  və  ekologiyanın  qorunması  üçün  Dünya 
Bankının  iştirakı  ilə  20  ildə  Ekologiyanın  Qloballaşma 
Fondu tərəfindən 700-dən çox layihənin dəstəklənməsi-
nə 4,5 milyard manat vəsait yönəldilmişdir. 
 
 
 
 
 
 
 


321
 
 
XV FƏSİL.  
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN 
İQTİSADİYYATINDA EKOLOJİ SIĞORTA 
SİSTEMİ, MENECMENT, İNFORMASİYA VƏ 
TƏHSİL, BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
1.
 
Ətraf mühitdən истифадянин игтисадиййатында сы-
ьортанын тяйини, нювляри вя обйектляри
2.
 
Ətraf  mühitdən  истифадянин  игтисадиййатында 
менеъмент; 
3.
 
Ятраф мцщитин мцщафизяси сащясиндя информа-
сийа вя информатика
4.
 
Ятраф мцщитин мцщафизяси сащясиндя мядяний-
йят вя тящсил
5.
 
Ekoloji problemlərin həllində beynəlxalq əmək-
daşlıq. 
 
1
. Ətraf mühitdən истифадянин игтисадиййатында 
сыьортанын тяйини, нювляри вя обйектляри 
 
Ekoloji fəlakətlərin sayı ildən-ilə artır və müva-
fiq olaraq iqtisadi ziyanın həcmi də artmaqdadır. Fə-
lakətlərin nəticələrinin ləğv edilməsi hiss ediləcək də-
rəcədə maliyyə vəsaiti tələb edir. Yüksək risk şəraitin-
də  həmin  ziyanın  azaldılması  üçün  zəmanət  lazımdır. 
Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji 
sığorta  hüquqi  şəxslərin,  vətəndaşların  gərgin  ekoloji 
vəziyyəti şəraitində yarıtmaz nəticələrin  aradan qaldırıl-
masında  əmlak  mənafelərini  qorumaq  və  seçmə  tədbir-
lərin  həyata  keçirilməsini  təmin  etməlidir.  Gözlənilməz 


322
 
 
çirklənmə hallarının payı ümumi halların  30%-dən çoxu-
nu təşkil edir. 
Ekoloji  sığorta  sığortalamanın  elə  bir  xüsusi  kate-
qoriyasıdır  (növüdür)  ki,  sığorta  edən  təşkilat  sığorta 
olunan  obyektə  çirklənmə  nəticəsində  gözlənilmədən 
dəyən ziyanın əvəzini qismən və tamamilə ödəyir. Eko-
loji  sığorta  bütün  tərəflərin  maraqlarını  özündə  əks 
etdirir. Onlar aşağıdakılardır: 
-
 
sığorta edənlərin fəaliyyəti vasitəsilə bütün əhali-
nin maraqlarını təmsil edən dövlətin fəaliyyəti
-
 
üçüncü şəxs adlandırılan tərəflərin (fiziki və hüqu-
qi) maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri; 
-
 
müəssisələrin özlərinin (sığorta olunanların) yəni, 
təbiət  istifadəçiləri,  onların  tərəfindən  və  günahları  uc-
batından  çirklənmə baş verməsi. 
Bu prosesdə əhalinin və dövlətin maraqlarını sığor-
ta edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir. 
Ekoloji  sığorta  üçüncü  tərəfin  zərərini  ödəmək 
üçün məcburi sığorta olunan (çirkləndirən) tərəfin mara-
ğını ödəmək üçün könüllü həyata keçirilir. 
Ekoloji sığortanın məqsədi qəza qəsdən olmayan 
çirkləndirmənin  kompensasiya  edilməsinə  zəmanət  tə-
minatı  verir  və  əlavə  maliyyə  mənbəyi  kimi  vəsaitin 
toplanmasına şərait yaradır. Beləliklə, ödənişli ətraf mü-
hitdən istifadə sistemi ilə ekoloji sığorta arasında hansı-
sa qarşılıqlı əlaqə mövcud olur. 
Ekoloji sığorta “Ətraf mühitin mühafizəsi haq-
qında”  Azərbaycan  Respublikasının  müvafiq  qanu-
nunda  təsbit  edilmişdir. 2002-ci ildə “Məcburi sığorta 
haqqında qanun” qəbul edilmişdir. Rusiyada könüllü sı-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə