XIV mühazirə
535
Milli Məclisi açıldı. Məclisdə 76 deputat iştirak edirdi. Milli
Məclisin axşam iclasında Azərbaycan Milli hökuməti
formalaşdı. Azərbacyan Milli Məclisi S.C.Pişəvərini
Azərbaycan Milli Hökumətinin baş naziri təyin etdi.
Beləliklə, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının
birinci mərhələsi – hakimiyyətin ələ alınması prosesi başa çatdı.
Milli Hökumət cəmi bir il davam etsə də 20 maddədən
ibarət iş proqramı çox zəngin oldu. Hər şeydən əvvəl dövlət
vəzifələrinə ədalətli adamlar təyin edildi. Yanvarın 2-də yeni
valilər təyin olundu. 1946-cı il yanvarın 6-da Azərbaycan
türkcəsi rəsmi dövlət dili elan olundu. Təbrizdə Azərbacyan
Dövlət Universitetinin təşkili, yetim və sahibsiz uşaqların
tərbiyəsi haqqında tarixi qərarlar qəbul edildi. Artıq 1946-cı il
iyunun 12-də Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. 3
yaşından 14 yaşına qədər olan sahibsiz uşaqlar Milli
Hökumətin təsis etdiyi tərbiyəxanalara top-lanmalı idi.
Yanvarın 8-də Milli Məclis vilayət, mahal, bölük
əncümənlərinin seçkiləri haqqında qərarlar qəbul etdi. Ölkənin
20 yaşına çatmış bütün vətəndaşları seçkilərdə iştirak edə, 20-
75 yaşlı vətəndaşları isə əncümənlərə seçilə bilərdilər.
1946-cı ilin aprelində Məclis tərəfindən məhsulun mül-
kədar və kəndlilər arasında bölüşdürülməsinin yeni qaydaları
haqqında qanun qəbul edildi. Mülkədarlara kəndlidən məhsul
vergisindən başqa bir şey almaq qadağan edilirdi. Qanun torpaq
və su üzərində xüsusi mülkiyyəti saxlasa da, kəndlilərin
mülkədar asılılığından azad olunması üçün şərait yaradırdı.
Hökumətin qərarı ilə 8 saatlıq iş günü müəyyən edildi. Əmək
və sosial sığorta haqqında qanunlar və s. qəbul olundu. Bir
sözlə, demokratik dövlət aparatı yaradıldı.
Lakin Azərbaycanın muxtariyyatına və İranda sovet
nüfuzunun azalmasına qarşı olan qüvvələrin – şah, İran irticası,
Amerika və İngiltərə imperializmi, sovet rəhbərliyindəki anti-
azərbaycan qüvvələrinin narahatlığı artırdı. İran ABŞ və
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
536
İngiltərənin təhriki ilə Sovet ordusunun İrandan çıxarılması,
Sovetlərin İranın daxili işlərinə qarışması haqda BMT
Təhlükəsizlik Şurasına şikayət etdi.
İranın şimal neft yataqlarının birgə istismarı üzrə Sovet-
İran şirkətinin yaradılması haqqında 1946-cı il aprelin 4-də
Tehranda müqavilə bağlandı. Sovet rəhbərliyi 15-ci Məclisə
seçkilərin «rahat və dinc» keçirilməsi, burada neft
müqavilələrinin sovetlərin xeyrinə həll edilməsi üçün
qoşunların çıxarılmasına icazə verdi. Bununla da «21 Azər»
hərəkatına xəyanət etmiş oldu. Aprelin 24-dən qoşunların
çıxarılmasına başlandı. Mayın 8-də Azərbaycan və
Kürdüstandan son hərbi hissələr çıxarıldı.
Sovet Azərbaycanının siyasi işçiləri və ziyalılırı isə böyük
təəssüf hissi ilə Cənubi Azərbaycanı tərk etdilər.
S.C.Pişəvəri isə Milli Hökumətin mövqeyindən dönmədi
– Milli Məclisin, Milli Ordunun mərkəz tərəfindən tanınmasını
israr edirdi. Təbrizdə 1946-cı il iyunun 13-də Tehran
nümayəndələri ilə müqavilə imzalandı.
Bu müqaviləyə görə Mərkəzi hökumət «21 Azər»
hərəkatını Azərbacyan xalqının demokratik hərəkatı kimi
tanıdı, İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi.
Əvəzində isə Azərbaycan ostandarlığı və Milli Məclisin Əyalət
Əncüməni ilə əvəz edilməsinə, fədai dəstələrinin, xalq
qoşununun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil
olmasına və s. razılıq verdi.
ABŞ və Böyük Britaniyanın təhriki ilə Azərbaycan Mə-
sələsi bir neçə dəfə BMT-də müzakirəyə çıxarıldı. S.C.Pişəvə-
rinin BMT Baş Assambleyasına müraciəti isə cavabsız qaldı.
İran qoşunları dekabrın 4-də səhər saat 7-də Azərbaycana
hücuma başladı. Moskva mətbuatı Azərbaycan böhranını İranın
sırf daxili işi kimi şərh etdi. Dekabrın 11-də Pişəvəri Təbrizi
tərk etdi. Dekabrın 14-də günorta İran qoşunları Təbrizə daxil
oldu. Dekabrın 20-də İran ordusu Azərbaycanı tam nəzarətə
XIV mühazirə
537
götürdü.
Milli hökumət süqut etdi. Bir ildə əldə edilmiş nailiyyətlər
məhv edildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə
edam edildi. M.C.Bağırovun təkidi ilə Moskva dekabrın 12-də
sərhədi açdı. Dekabrın 19-dək dekmokratik hərəkatın bir neçə
min iştirakçısı Sovet Azərbaycanına keçdi. S.C.Pişəvəri də
məcburən vətəndən uzaqlaşmalı oldu.
«21 Azər» XX əsrdə Cənubi Azərbaycanda baş vermiş
mili azadlıq hərəkatının zirvəsi oldu. Azadlıq ocağı söndürülsə
də, kül közərməyə başladı:
Mən sənin dilinə dəymirəm cəllad,
Gəl sən də bu ana dilimə dəymə.
Yan- deyib, od vurdun bədənimə sən,
Altımda atəş var, külümə dəymə. (Süleyman Rüstəm)
3. 1950-ci illərin sonu – 60-cı illərin əvvəllərində
İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi.
Cənubi Azərbaycan «Ağ inqilab» illərində
Cənubi Azərbaycandankı müasir sosial-iqtisadi və siyasi
vəziyyətin ilkin şərtləri 60-70-cı illərdə feodalizmdən
kapitalizmə keçid mərhələsində yarandı. İranın ən böyük aqrar
rayonlarından biri olan Cənubi Azərbaycanda sosial-siyasi və
iqtisadi böhran kəskinləşdi. Şah rejimi yaranmış təhlükənin
qarşısını almaq üçün «yuxarıdan islahatlar keçirmək yolunu
seçdi. Qan axıdılmadan həyata keçirilən bu islahatlar «ağ
inqilab» adlandırıldı. Cənubi Azərbaycanda İranın digər
rayonlarına nisbətən iri yarımfeodal torpaq mülkiyyəti geniş
yayılmışdı. Burada sosial ziddiyyətlər daha da kəskinləşmişdi.
Bütün bunlar islahatın Cənubi Azərbaycandan başlanmasını
şərtləndirirdi.
İran dövlət və hökumət rəhbərləri 1947-49-cu illərdə
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
538
Azərbaycanda istədikləri şəxsəri güllələdilər, sürgun etdilər,
onlara divan tutdular. Həmin illər İran qəzetləri yazırdı ki,
Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi
böhran hökm sürür.
Azərbaycanın bir sıra şəhərlərində aclığa qarşı kütləvi
nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri
baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular.
1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində
kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi,
nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına
nail oldular.
24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran məclisinə
seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft
Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi.
Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və
b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi.
İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti
devrilmiş, Milli Cəbhənin fəaliyyəti qadağan edilmişdi.
Təşəbbüs yenə də ölkənin kapitalistcəsinə yüksəlməsi
istiqamətini davam etdirən şahın əlinə keçmişdi.
1953-59-cu illərdə hakim dairələr hər vəchlə
demokratiyanı boğmağa çalışır, aqrar çıxcışları, fəhlə tətillərini
yatırır, yüzlərlə ziyalını işdən götütür, bir sıra mətbuat
orqanlarını bağlayırdılar.
1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin
ləğv edilməsi ilə yanaşı, SAVAK- təhlükəsizlik və məlumat
təşkilatı yaradıldı. Monarxiyanın mövqelərinin
möhkəmləndirilməsi tədbirləri görülürdü.
1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə
qanun qəbul edildi. Yarımfeodal torpaq sahibliyi kökündən
pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ
şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi
mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O,
XIV mühazirə
539
istiqraz və kreditlərlə köməyi davam etdirər.
1960-cı ilin oktyabrında şah bir müsahibəsində demişdi
ki, mən ölkədə dəyişiklik etmək istəyirəm. Lakin inqilabsız,
yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab».
1961-ci ilin payızında milli burjuaziyanı təmsil edən
«Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə kəs-
kinləşdi.
İnkişaf üçün böyük imkanlara malik olmasına baxma-
yaraq, 60-cı illərin əvvəllərində Azərbaycan iqtisadi cəhətdən
İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf
planını həyata keçirməyə çalışmır, bu çətinliyi «ölkənin şimali-
qərbində» etnik və dil fərqlərinin mövcudluğu»nda görürdü.
1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğ-
runda tələbə hərəkatı başlandı. Milli siyasətə qayıdış, 20-ci
məclisə azad seçkilər tələb edilirdi. 1962-ci ilin yanvarında
Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr
yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı.
Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş
odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi
stabillik yaratmaq mümkün olmayacaq. Monarxiya ya siyasi
aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi.
Aqrar islahat layihəsi. İslahatlar proqramında ən vacibi
aqrar islahat idi. Bu 1962-ci ilin 9 yanvarında qəbul edildi.
İslahatlar üçün qanun layihələri 1963-cü ilin 26 yanvarında
keçirilmiş referendumda təsdiq edildi.
Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963)
həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi
Azərbaycan) başlandı.
Birinci mərhələ iri mülkədarların torpaq
mülkiyyətçiliyinin bir kəndlə məhdudlaşdırılmasını, qalan
torpaqların dövlət tərəfindən alınmasını və onların kəndli-
icarəçilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978-
ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanın
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
540
torpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü.
İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət
idi: 1) torpağı uzunmüddətli dəyişməz şərtlərlə kəndlilərə
icarəyə vermək; 2) kəndli icarəçilərə razılaşma əsasında
satmaq; 3) əvvəllər mövcud olmuş məhsul bölgüsündə
mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara
satmaq. Lakin bu mərhələnin əsas xüsusiyəti ondan ibarət oldu
ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi.
Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta
mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd,
yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi şərti ilə
satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü
mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni
təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər
şişirdilmişdi. Məsələn, göstəricilərdən belə çıxırdı ki, Şərqi
Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata
qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız
«zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə
kənd əhalisinin yarısından çox deyildi.
Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində
olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu.
İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük
olmadı. Azərbaycan kənd təsərrüfatının əsas sahələri əkinçilik
və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı şəkildə
dəyişmədi.
Sərmayənin kənd təsərrüfatından sənayeyə axını,
yarımfeodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar
islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrindən fərqli
olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı.
4. 1978-79-cu illər
İran inqilabı və Cənubi Azərbaycan
XIV mühazirə
541
70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin
həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən
sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar
idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı
ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi).
Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin
payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin
nümayişləri başlandı. Ən böyük çıxış 1977-ci il Milli
Hökumətin ildönümü günü oldu.
1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah
rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29
bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların
müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər
iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də
davam etdi.
Təbriz üsyanında İranda gizli fəaliyyət göstərən «İran
xalq fədailəri» təşkilatının üzvləri də iştirak edirdilər.
Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm,
Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin
gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki,
bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni
*
Təbriz əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyanı bütün
İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. Mayın 9-
19-da baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə
edirdi.
Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. Bütün
*
-
-
.
, 1978-
.
.
1-
–
-
.
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
542
sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın ləğv
edilməsini, demokratikləşməni tələb edirdilər.
1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə
başladılar. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı.
Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni
rəhbər» şüarı ilə keçirilirdi.
1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana
gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı.
Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də
polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.
Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə
çalınmasına baxmayaraq əksinqilabi qüvvələr xüsusən,
Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da
Azərbaycanın başqa şəhərlərində də şahpərəst qüvvələr
zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin
İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın
qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin
1-də İran İslam Respublikası elan edildi.
Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən
sonra 2-ci mərhələni – milli-demokratik istiqamətdə inkişafı
gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi.
1979-cu il dekabrın 2-3-də İran İslam Respublikası
Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin
hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı
hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq
bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər
kimsəyə üstünlük vermir», 15-ci maddədə isə deyilirdi: «İran
xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər,
məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə
olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı
işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli
ədəbiyyatın məktəblərdə tədrisində azaddır».
Ancaq bu nailiyyətlər türk dilinin 1945-46-cı illər milli-
XIV mühazirə
543
demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az
bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr
olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına
başlandı. Amma, hazırda «Varlıq» jurnalından başqa türk dilində
heç bir mətbuat orqanı nəşr edilmir. Dövlət orqanları tərəfindən
yasaq edilməsindən (əsasən ideya-siyasi yönümünə görə) başqa,
onların bağlanmasının əsas səbəblərindən biri də qəzet və
jurnalların maddi korluq çəkməsi oldu.
İnqilabın qələbəsindən sonra siyasi partiya və təşkilatlar
milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın
həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər.
Dekabrın 20-də müvəqqəti hökumətin 14 bənddən ibarət
«Nahiyyə özünüidarəsinin hüquq və vəzifələri» adlı qanun
layihəsi xalqın müzakirəsinə verildi. Özünüidarə nahiyyələri
orqanları ölkənin istiqlaliyyəti, bütövlüyü, İran əhalisinin milli
vəhdətini təmin etməli idilər. İranın ilk prezidenti Bənisədr
göstərirdi ki, «biz muxtariyyətin əleyhinə deyilik, lakin
müxtariyyəti bizdən olmayanlara verməyəcə-yik». («Keyhan»
20.04.1980).
1980-ci ilin dekabrından İraqın İrana müdaxiləsi hakim
rejimə demokatik qüvvələri əzmək üçün əlverişli şərait yaratdı.
Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli
məsələnin həlli ölkənin demokratikləşməsi ilə sıx bağlıdır.
İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin
təkamül yolu ilə həllini sürətləndirir.
İnqilabın qələbəsindən sonrakı illərdə iqtisadi dur-ğunluq
keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqda və İran-İraq
müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası
başlandıqda Cənubi Azərbaycan da sənaye və kənd təsərrüfatının
inkişafında müəyyən sürət götürdü. Burada neftayırma zavodu,
traktor, maşınqayrıma, dəzgahqayırma zavodları, kənd təsərrüfat
maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa
zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri,
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
544
toxuculuq fabrikləri və s. kimi yüzlərlə yüngül sənaye
müəssisələri fəaliyyət göstərir. Taxılçılıq, bostançılıq,
heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac
olunur. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının
inkişafı üçün böyük imkanlara malikdir.
1999-cu ilin avqust ayında Cənubi Azərbaycan Milli
Azadlıq Hərəkatı Analitik İnformasiya mərkəzinin mətbuatda
çap olunmuş məlumatına əsasən İranda yaşayan əhalinin milli
tərkibi belə olmuşdur:
№ Milli
vahidlər Sayı (mln. nəfər) Ölkə əhalisinin sayına
görə nisbəti (faizlə)
1.
Azərbaycanlılar 29.0
41.42
2.
Farslar 22.0
31.42
3.
Kürdlər 7.5
10.71
4.
Ərəblər 3.5
5.0
5.
Türkmənlər 3.0
4.28
6.
Bəluclar 2.4
3.42
7.
Qaşqaylar 2.0
2.85
8.
Yəhudi, aysori, erməni 0.6
0.85
9.
Başqaları
0.035
0.05
Cəmi
70.0
100.0
Ədəbiyyat
1.
Иванов М.С. Новейщая история Ирана. М.: 1965
2.
Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı: 1988
3.
Tağıyeva Ş. 1920-ci il Təbriz üsyanı. Bakı: 1990
4.
Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütöv Azərbaycan. Bakı: 1997
5.
Nəsibzadə N. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci
illəri). Bakı: 1997
6.
Иванов М.С. Иран в 60-70-х годах ХХ века. М.: 1977
7.
Abdullayev Z.Z. Ağasi N.N. Müasir İran. Bakı: 1976
8.
Almaz Əliqızı. Cənubi Azərbaycan «Ağ inqilab» dönəmində //
«Araz» jurnalı, 1997, №1(2)
9.
Агаев С.Р. Иран в прошлом и настоящем. М.: 1981
10.
Pişəvəri S.C. Seçilmiş əsərləri. Bakı: 1984
11.
Çeşmazər M.M. Azərbaycan Demokratik Partiyasının yaranması
və fəaliyyəti. Bakı: 1986
12.
Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında
(1939-1945). Bakı: 1998
XIV mühazirə
545
13.
Həsənli S. Soyuq müharibənin başlandığı yer – Güney
Azərbaycan. 1945-1946. Bakı: 1999
14.
Tağıyev Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan (mə-
lumat kitabı). Bakı: 2000
15.
Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat. Bakı: 2003
16.
Агаев С. Иран-рождение республики. М.: 1984
17.
Демин А.И. Современная Иранская деревня. М.: 1977
Çapa imzalanmışdır 04.100.2010. Kağız formatı 60x84 1/16. Sayı 200.
«Bakı Universiteti» nəşriyyatı, Bakı – 370148, Z.Xəlilov, 23.
Document Outline - obloshka
- I movzu
- II movzu
- III movzu
- IV movzu
- V movzu+++++
- VI movzu
- VII Movzu
- VIII movzu
- IX movzu
- X movzu
- XI movzu
- XII movzu
- XIII movzu
- XIV movzu
Dostları ilə paylaş: |