XIV FƏSİL. Subregional inteqrasiya qurumları
Mərkəzi Amerika Ümumi Bazarı (The Central American Common Market, CACM) 1960-61.
CARİCOM subregional inteqrasiya birliyi.1973
Karib Azad ticarət assosiasiyanın varişi. 1968.
GUAM subregional inteqrasiya qurumu kimi. 1997
4. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı.1992.
1) Mərkəzi Amerika Ümumi Bazarının yaradılması haqqında müqavilə 1960-cı il 13 dekabrda Manaqua (Nikaraqua) konfransında baş tutmuşdur. Bu quruma Qvatemala, Honduras, Nikaraqua və Salvador daxildir. Müqavilə 1961-ci ildə ratifikasiya olub və fəaliyyətə başlamışdır. 1963-cü ildə müqaviləyə Kosta-Rika da qoşulur. 2002-ci ildə Panama buraya daxil olur. CACM-da hazırda 6 üzv dövləti əməkdaşliq edir və ərazisi 422 min km2 dir. Əhalisinin sayı isə 38 mln nəfərdir. CACM iştirakçı ölkələrə geniş səlahiyyətlər verilir. Subregionun ümumi daxili problemləri mövcuddur.
Bunlar: dar çərçivəli bazarın mövcudluğu və adambaşına düşən gəlirin az olması. Əlaqələndirmə mexanizminin və maliyyə sərmayələri üçün mənbəyin olmaması. Xarici inkişaf faktorlarının təsiri. Zakin iqtisadi sosial ümimi mühitinin yaranması bu subregional inteqrasiya birliyinin formalaşmasına zəmin yaratmışdır.
CACM subregional inteqrasiya birliyi bir neçə mərhələdən keçmişdir.
Birinci mərhələ – 1960-cı ildən 1970-ci ilə qədər olan dövr əlaqələndirmə və uyğunlaşdırma dövrü olmuşdur. 1965-ci ildə vahid gömrük tarifi qəbul edildi. Mərkəzi Amerika dövlətlərinin qarşılıqlı əmtəə mübadiləsində mal dövriyyəsinin yüksəlişi baş vermişdir. 1974-cü ildə CACM daxilində əmtəə dövriyyəsi 525 mln dollar civarını təşkil edirdi. Daxili subregioanl dövriyyəsində əmtəə sturkturu formalaşdırılmışdır. Təsərrüfat sahəsinin yaxşılaşdırılması və ticarət məhsulları əhəmiyyətli dərəcədə artmışdır. Qeyri-kənd təsərrüfatı sahələrinin əmələ gəlməsi bu dövrə aiddir. Bu illərdə ABŞ-dan birbaşa bu ölkələrə investisiyaların həcmi artmışdır. Məsələn, 1960-cı ildə bu rəqəm 37 mln, 1972-ci idlə isə 750 mln dollar olmuşdur. Birgə fəaliyyət göstərən şirkətlərin formalaşması prosesi başlanmışdır. İkinci mərhələ 1970-ci ildən 1980-ci ilə qədər davam etmişdir.
Bu mərhələ öz çətinlikləri ilə yadda qalıb. Ticarət və ödəniş bazarının zəifləməsi, ümumi artım templərinin azalması xarici investisiyalara olan tələblərin artmasına səbəb olmuşdur.
Üçüncü mərhələ 1990-cı ildən başlamış və bu günə qədər davam etməkdədir. 1990-cı illərin əvvəlində Mərkəzi Amerika Ümumi Bazarı (CACM) əsasında Mərkəzi Amerika inteqrasiya sistemi yarandı. Bu sistem daha möhkəm əlaqələndirmə və bağlılıq məqsədlərinə malik idi. Bu inteqrasiya qurumuna Panama da daxil oldu. Mərkəzi Amerika Ümumi bazarı subregional iqtisadi inteqrasiyanın mahiyyəti açıq regionalizm prinsipinə əsaslanmışdır. Yeni təşkilatın strukturunda dövlətüstü nəzarət və əlaqələndirmə orqanları təsis olunmuşdur. Makro iqtisadi stabillik əldə edilmişdir.
2) Karib hövzəsində yerləşən CARİCOM inteqrasiya birliyi 1968-ci ildə yaranan Karib azad ticarət assosiasiyasının varisi olmuşdur. Bu ticari təsərrufat qurumunun məqsədi əmtəə və məhsullara olan daxili regional gömrük rüsumlarının ləğvi olmuşdur.
CARİCOM (Caribbian Community and Common Marker) Çaqnaramas sazişi əsasında 1973-cü ildə yaradılıb. CARİCOM-un yaradılması barədə razılaşmanı Barbados, Qayana, Yamayka, Trinititad və Tobaqa ölkələri imzaladıqdan sonra bu quruma Karib hövzəsinin başqa ölkələri də qoşuldu.
2005-ci ilə qədər onun tərkibinə 15 ada dövləti daxil olmuşdur. 15 tam hüquqlu iştirakçı dövlət bu inteqrasiya qurumunda əməkdaşlıq edir. Bunlar: Antiqua və Barbuda (1974), Baham adaları (1974), Barbados (1973), Beliz (1974), Haiti (1988), Qayana (1973), Qranada (1974), Dominikan (1974), Monserrat (1974), Sent-Vinsent və Trinititad (1974), Sent-Kits və Nevis (1974), Sent-Kits və Lyusiya (1974), Trinititad və Tabaqa (1973), Yamayka (1973) və Surinam (1995) dövlətləridir.
İqtisadi potensialı çox olmasa da, CARİCOM daha dayanıqlı inteqrasiya qurumudur. CARİCOM dövlətləri üçün xarici borcların olması xarakterik xüsusiyyətlərdən biridir. Bu vəziyyət ittifaq dövlətlərin iqtisadiyyatına, 2001–2002-ci illərdə ABŞ iqtisadiyyatının tənəzzülü təsir göstərmişdir. Lakin 2007-ci ildən Latın Amerikası və Karib hövzəsi ölkələrində iqtisadi dirçəliş başlamışdır.
Karib dövlətlər birliyinin əsas məqsədiləri aşağıdakılardır:
Malların, xidmətlərin, kapitalların və işçi qüvvəsinin azad hərəkəti əsasında vahid bazarı formalaşdırmaq. Tərəfdaş dövlətlərlərin xarici siyasətlərinin əlaqələndirilməsi və koordinasiyası və bunun əsasında CARİCOM dövlətlərinin nüfuzunu möhkəmləndirmək. Bir çox sahələrdə: təhsil, səhiyyə, mədəniyyət, kommunikasiya, sənaye, turizm, meterologiya, təbii fəlakətlərə qarşı mübarizə kimi istiqamətlərdə əməkdaşlıq etmək.
1989-cu ildə CARİCOM dövlətləri tərəfindən (The CARİCOM Single Market Trand Anse and Economy, CME) deklarasiya imzalanmışdır. 1989-cu ildə ilk dəfə olaraq ümumi bazarın formalaşması və vahid iqtisadi məkanın yaradılması haqqında qarşısına məqsəd qoyulmuşdur. Bunun əsasında CARİCOM ümumi bazarında elementlərin təşəkkülü və makroiqtisadi siyasətin formalaşması nəzərdə tutulmuşdur. Realizə edilən əmtəə xidmətlərinin münasib standartlarının müəyyənləşməsi regiondaxili ticarətdə bütün maneələrin ləğvi yolu ilə mal və xidmətlərin azad hərəkətini təmin etməlidir. Ümumi bazar dövlətlərinin şirkətləri üçün başqa iştirakçı ölkələrin ərazisində məhdudiyyətlərin ləğvi və biznesin aparılması üçün müəssisələrin yaradılması və maneələri aradan qaldırmaq nəzərdə tutulmuşdur. Ölkələr ilə xarici əlaqələrdə tarifin və xarici ticarətdə vahid qarşılıqlı siyasət aparılması, ümumi valyuta təminatı akkpeditasiya standartlarına qəbul edilməsi, təhsil, səhiyyə, sosial təminat sisteminin tətbiq edilməsi və əlaqələndirmə, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti kimi məsələlərin həll edilməsi vəzifələri yerinə yetirilməlidir.
CARİCOM İttifaqının sturukturu 1973-cü ildə yaradılıb və 1997-ci ildə bu sahədə islahatlar keçirilmişdir. 2000-ci ildə isə CARİCOM-da inteqrasiya prosesləri sürətlənmişdir. Birliyin ali orqanı dövlət və hökumət başçılarından ibarət konfederasiyadır və ildə bir dəfə görüş təyin edilir. Burada təşkilatın əsas fəaliyyət prinsipləri cari məsələləri və istiqamətləri müəyyən etmək, mübahisələri həll etmək. Qərarlar yekdil şəkildə beynəlxalq müqavilələri birlikdə qəbul edir. Hər bir dövlət veto hüququna malikdir. Konfederasiyadan başqa, Büro və Mərkəzi bank sədrlərinin komitəsi də təsis edilib.
CARİCOMun – nazirlər şurası iqtisadi əməkdaşlığın inkişafına və maliyyə-təsərrufat məsələlərinin həllinə cavabdehlik daşıyır. Dörd istiqamətdə şura fəaliyyət göstərir. Maliyyələşmə və planlaşdırma, beynəlxalq və ittifaq məsələləri üzrə, ticarət və iqtisadi əməkdaşlıq, hüquqi və sosial inkişaf sahələrinə aid işini təmin edir. CARİCOM-un katibliyi Qayanın Corctaun şəhərində yerləşir. Bu qurum konfrans və müşavirələr keçirilməsi ilə əlaqədar təşkilati işin aparılması ilə yanaşı, qəbul edilən qərarların icrasına nəzarət edir, ittifaq orqanlarının tapşırırqlarını yerinə yetirir, inteqrasiya problemləri üzrə tədqiqatlar aparır.
CARİCOM təşkilatının özündə müxtəlif subregional şöbələr fəaliyyət göstərir. CARİCOM çərçivəsində Karib ümumi bazarı mövcuddur. Karib ümumi bazarında Barbados, Trinitidad və Tabaqa, Qayana, Yamayka və Antiqua iştirakçı ölkələri üçün Karib ümumi bazarında heç bir ticari məhdudiyyət yoxdur. Qeyd etdiyimiz bu ölkələr üçüncü dövlətə qarşı əmtəələrinə vahid gömrük tarifi tətbiq edirlər.
Şərqi Karib ümumi bazarı 1968-ci ildə yaradılmışdır– (OECS). Birlik ümumi valyuta və mərkəzi bankın yaradılması inteqrasiya formasinı müəyyənləşdirir. Şərqi Karib Dövlətlərinin Assosiasiyası. Bu Assossasiya özündə 25 dövlət və 12 asılı ərazi birləşdirir. Bu quruma həmçinin Karib ümumi bazarının dövlətləri də daxildir. 2006-cı ildə altı Karib birliyi dövlətləri (Barbados, Beliz, Qayana, Yamayka, Surinam və Trinitidat və Tabaqo) arasında Karib regionunda ümumi bazarın yaradılması haqqında müqavilə imzalanmışdır.
CARCOM gömrük ittifaqı bu ərazidə ticarətin liberallaşmasına imkan yaratmışdır. 1991-ci ildə bazarın qorunması məqsədilə vahid xarici tarif sistemi tətbiq edilmişdir. Bu, CARİCOM-un bu sistemi daxili bazarının mühafizəsi üçün atılan bir addım idi. CARİCOM subregional fəaliyyəti əhatə edən geniş inteqrasiya kompleks strukturudur. Tərəfdaş dövlətlərin prioritet fəaliyyətlərinin əsas istiqamətləri turizm, ticarət və nəqliyyat sahələridir. Əsas müsbət nəticələr kənd təsərrüfatı sənayesi, süd, ət və balıq məhsullarının istehsalı, ərzaq proqramının reallaşması sahələrində əldə edilir. 2004-cü ildən CARİCOM dövlətləri vahid informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində birgə fəaliyyət göstərməsi haqqında razılıq əldə etmişlər (İnformation and Communication technologies for Development).
2005-ci il iyunun 13-də Karib dövlətləri, Kuba və Dominikan Respublikası Venesuela ilə neft yanacaq alyansının (Petrocaribe) yaradılması haqqında müqavilə imzaladı. Neft faktorı əməkdaşlıq və inteqrasiya istiqamətində xüsusi rol oynayır. CARİCOM-da bir çox həll edilməli problemlər mövcuddur. Bunlar:
İxracat bazasının darlığı və nomenklatura eksportunun məhdudluğu bu ticarət sahəsinin təkminləşdirilməsinə zərurət yaradır. Bu ölkələrin təsərrüfat həyatının başqa bir ümumi cəhəti aqrar sahəsinin inkişafı ilə bağlıdır və yüksək dərəcədə idxal əmtəələrdən asılılığı nəzərə çarpır.
Daxili maliyyə resurslarının çatışmazlığı və xarici investisiyalara ehtiyac olduğu ciddi şəkildə özünü büruzə verir.
İştirakçı dövlətlərin regionun aparıcı dövlətlərinin iqtisadi ticari siyasətindən asılılığı müşahidə olunur.
CARİCOM inteqrasiya qurumu milli dövlətlərin rəqabət bacarıqlarını artırmağın əsas yolunu ticari-iqtisadi birliyin möhkəmləndirilməsində və genişləndirilməsində görür. CARİCOM-un əsasında Karib Dövlətləri Assosiasiyası yaranmışdır (Association of Caribbean States ACS). Bu assosiasiya özündə 25 dövləti cəmləşdirir.
3) GUAM – Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda birgə kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq subregional struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirlər Şurası müvafiq qərar vermişdir.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. Nizamnaməyə görə demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məqsədlərini təşkil edir.
GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev Bəyannaməsi”ndə aşağıdakı vəzifələr qeyd olunmuşdur:
Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;
GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglilik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsi;
Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tam miqyaslı demokratik islahatların həyata keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Avropaya inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq etdirilməsi;
Beynəlxalq terrorizm, ekstremizm, aqressiv separatizm və həmçinin onlarla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi;
Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;
GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.
GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi layihəsi və Ticarətə, Nəqliyyata Yardım layihəsi proqramları həyata keçirilməkdədir. TNY GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyırsa, VM/DİTS məlumat mübadiləsi və digər operativ xarakterli tədbirləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə təminat verir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının əsas elementləri hesab olunaraq bir-birini tamamlayır və onların paralel şəkildə həyata keçirilməsini nəzərdə tutur. VM/DİTS layihəsi çərçivəsində GUAM dövlətində Milli İnformasiya-təhlil Mərkəzi və İşçi qruplar yaradılmış və hüquq-mühafizə orqanlarının müvafiq ekspertləri bu istiqamətdə ilkin məlumat mübadiləsi aparırlar. TNY layihəsinin həyata keçirilməsi məqsədilə hər bir GUAM dövləti milli planları əsasında dördtərəfli əməkdaşlıqlarını davam etdirirlər. Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıları Kiyev Zirvə Toplantısı zamanı Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsinin başlanmasını elan etmişlər və buna dair müvafiq işlər görülməkdədir.
Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM dövlət başçılarının münaqişələrin nizamlanması üzrə Birgə Bəyannaməsi”ndə aşağıdakı əsas məqamlar qeyd olunmuşdur:
GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız suverenliyin qorunması, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın əsas prioritetlərindən hesab edilir;
Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;
Separatizm və dezinteqrasiya perspektivsizdir. Güc tətbiqi, etnik təmizləmə təcrübəsi və ərazi işğalı universal və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir;
Nəzarət olunmayan ərazilərin məxsus olduqları dövlətlərə reinteqrasiyası, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları və müxtəlif etnik qruparın dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş cəmiyyətinin inkişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bərpa edilməsi və həmçinin kommunikasiyaların bütün tərəflərin faydası üçün istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həllində bu dövlətlərin və beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi;
Əhalinin geri qayıtması və etnik icmaların sülh şəraitində birgə yaşamaları məqsədilə münaqişə zonalarının demilitarizasiyası və bu zonalarda BMT və ATƏT çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi köməyi ilə təhlükəsizliyin təmin olunması;
GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın müddəalarının həyata keçirilməsi məqsədilə konkret tədbirlərin hazırlaması.
GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görülməkdədir. Belə ki, BMT və BMT sistemi təşkilatlarında birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə iş aparmaq üçün GUAM dövlətləri arasında razılaşma əldə olunmuş, GUAM dövlətlərinin beynəlxalq təşkilatlar nəzdindəki daimi nümayəndəliklərinin fəaliyyət planları qəbul olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi “GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri” adlanan 42 bənd BMT 61-ci sessiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 2007-ci il tarixində bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT Baş Assambleyasında rəsmi yayılmışdır. Azərbaycanın sədrliyi 19 iyul 2007-ci ildə “GUAM: qitələri birləşdirərək” şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən etmiş, onu instutusional cəhətdən möhkəmləndirmiş və tərəfdaş ölkələrlə “GUAM” formasında əməkdaşlığın üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil etmişlər. Azərbaycanın sədrliyi ilə üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişafı ilə yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası olmuşdur. Diqqət GUAM-ın regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv-dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və Təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəlmişdir.
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın sahəvi əməkdaşlığının inkişafı strategiyasını qəbul etmişlər.
Bu səpkidə Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli GUAM + formatında Vilnüsdə GUAM-ın on illiyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti iclasını, 4-5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Yaponiya görüşünü, “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsinin BMT Baş Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları qrupu”u formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15-16 aprel 2008-ci il tarixli GUAM dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları, 29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit” və 29-30 may 2008-ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfranslarını və digər tədbirləri göstərmək olar.
4) 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalanması ilə bu inteqrasiya qurumu yaranmışdır. Istanbul Bəyannaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanmışdır. Bu Bəyanat İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıda göstərilən sahələrdə əməkdaşlıq edirlər:
Ticarət və iqtisadi inkişaf
Bank işi və maliyyə
Kommunikasiya, informasiya
Enerji
Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye
Səhiyyə və farmaseptika
Ətraf mühitin qorunması
Turizm
Elm və texnika
Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq
Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə istiqamətlərində əlaqələr.
Təşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Respublikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slovak Respublikası, Fransa Respublikası olmuşdur.
Üzv ölkələrin fəaliyyətlərinin koordinasiyası, QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçrilir. Katiblik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsidir. Baş Katib vəzifəsi 3 illik müddət üçün nəzərdə tutulur.
Təşkilatın ali orqanı – Xarici İşlər Nazirləri Şurasıdır. Şura, təşkilatın əsas qərar qəbul edən orqanıdır. Şuranın iclasları 6 ayda bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təhlili və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçrilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda XİNŞ-in İclasını keçirir. Şuranın səlahiyyətlərinə aid olan məsələlər bunlardır:
Reqlamentlərin təsdiq edilməsi və dəyişdirilməsi
Təşkilatın icraedici strukturunun yaradılması
QDİƏT çərçivəsində köməkçi orqanların yaradılması, onlara səlahiyyətlərin verilməsi, onların mandatının dəyişdirilməsi və ya ləğvi
Müşahidəçilərin üzvlüyü və statusua münasibətdə qərarların qəbul edilməsi.
QDİƏT-in Parlament Assambleyası üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur. Parlament Assambleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi stabilliyin möhkəmləndirilməsi məqsədilə yaradılmışdır. Assambleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə heyətinin sayı, ölkənin əhalisinin sayına proporsionaldır.
QDİƏT çərçivəsində vacib orqanlardan biri də, QDİƏT üzv ölkələrinin Xarici İşlər Nazirliklərini təmsil edən yüksək vəzifəli şəxslər komitəsidir. Komitənin vəzifələrinə Köməkçi orqanların fəaliyyətlərini nəzərdən keçirmək, Şuranın qərarlarının və tövsiyələrinin həyata keçirilməsini dəyərləndirmək daxildir. Komitə, QDİƏT-in illik büdcəsini Şuranın təsdiqinə təqdim edir. QDİƏT-in fəaliyyəti əsasən aşağıdakı İşçi Qruplar vasitəsi ilə həyata keçrilir:
Təşkilati məsələlər üzrə İşçi Qrupu
Ticarət və iqtisadi İnkişaf üzrə İşçi Qrupu
Bank və Maliyyə məsələləri üzrə İşçi Qrupu
Nəqliyyat üzrə İşçi Qrupu
Fövqəladə hallar üzrə İşçi Qrupu
Elm və Texnologiya məsələləri üzrə İşçi Qrupu
Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupu
Səhiyyə və Əczaçılıq üzrə İşçi Qrupu
Cinayətkarlığa qarşı mübarizədə Əməkdaşlıq üzrə İşçi Qrupu və s.
Sahibkarlıq məsələləri ilə məşğul olan İşgüzar Şura 1992-ci ildə təsis edilmişdir və beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Tərkibi QDİƏT üzvlərinin işgüzar dairələrinin nümayəndələrindən ibarətdir. İşgüzar Şuranın əsas məqsədləri: Qara dəniz regionunun işgüzar adamları ilə əlaqələrin qurulması, QDİƏT orqanlarında regionun sahibkarlarının maraqlarının təmsil olunması, özəl biznesin inkişafına yardım edən qanunvericilik təşəbbüslərinin işlənib hazırlanması, məlumat və məşvərətçi dəstəyin təmin edilməsi, konfrans və seminarların təşkil olunması və tərəfdaşların axtarışında yardım göstərilmişdir.
Şura öz işini aşağıdakı istiqamətlərdə qurur:
Konkret layihələrin işlənib hazırlanması və həyata keçrilməsi
Birbaşa əlaqələrin və informasiya mübadiləsinin təmin edilməsi
QDİƏT sturukturlarında, işgüzar dairələrin maraqların təmsil olunması
Konfrans, seminar və sərgilərin təşkil edilməsi
Regionda maraqlı tədbirlərə işgüzar insanların cəlb edilməsi.
İşgüzar Şuranın ali orqanı Direktorlar Şurasıdır. Şura Qara Dəniz Ticarət və İnkişaf Bakı ilə birgə yerli və beynəlxalq investorlara praktiki yardım edir. 1998-ci ildə Yaltada qəbul edilmiş sənəddən sonra, İşgüzar Şura QDİƏT-in ayrılmaz tərkibinə çevrildi və QDİƏT-in digər qurumlarının işini müşahidə etmək hüququ əldə etmişdir.
QDİƏT ölkələri, milli enerji sistemlərinin vahid Qara dəniz dairəsində birləşdirilməsi, regional nəqliyyat dəhlizlərinin vahid dünya nəqliyyat sisteminə inteqrasiyası və inkişafı və s. məsələlər üzrə birgə layihələr üzərində çalışırlar. QDİƏT və Avropa İttifaqı arasında əlaqələr genişlənir.
XV FƏSİL. Beynəlxalq və regional inteqrasiya
proqramları və layihələri
Dostları ilə paylaş: |