Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

Türkiyənin Maarif vəkili Hasan Ali Yucəl 19 mart 1940-



cı ildə  Əli bəyin ölümü münasibətilə «Türk millətinin 

oyanmasına və  mədəniyyətinin irəliləyib yayılmasına bütün 

ömrünü vermiş olan möhtərəm Hüseynzadənin ölümü ilə 

uğradığınız qeybi dərin bir təəssürlə duymaqdayam»... 

demişdir (40, 25-26). 

Qeyd edilən faktlar sübut edir ki, Əli bəyin həyatında 

türklərin problemləri ilə yaşamadığı dövr yoxdur. Onun 

çoxcəhətli, böyük bilgisi, ideyaları  və  çıxışları ilə göstərdiyi 

təsir  ədəbi-elmi irsindən daha çox olmuşdur.Təhsil illəri ilə 

bağlı yazdığı «Nümunə məktəbi» adlı məqaləsindəki ( 23, № 

184 -187-188-190) bir neçə cümlə-kiçik bir mətn onun 

şəxsiyyətini, amal və  məqsədini bilməyə imkan verir: «Mən 

türkəm, Qafqazlı bir türkəm. Türk bir müsəlmanam, müsəl-

man bir insanam. Demək ki, mən bu dörd sifətlə dünyaya 

gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm». 

Mənəvi baxımdan,  Əli bəy, doğrudan da,  dosdoğru türk, 

qafqazlı müsəlman və insan kimi yaşadı  və türk xalqlarının 

bütün problemləri, o cümlədən dil problemləri ilə yaşadı.  

O, ibtidai təhsilini acı-acı xatırlayaraq yazırdı: «Bir 

uşağın bu surətlə öz ana dili ta ibtidadan ihmal olunub ona 

zorla  əcnəbi dilləri təhsil etdirilsə, nə  nəticə hasil olur? Şu 

nəticə hasil olur ki, o uşaq iki-üç bəylik imkana müqabil bir 

dildə yazıb oxumaq, bu dildə yazılan kitabları oxuyub 

anlamaq istərkən heç bir dildə  nə yazmağı, nə  də oxumağı 

bilməz! Asanlıqla ögrənə biləcəyi öz ana türkcəsini ihmal 

edildiyi  üçün türkcə bilməz! Çətinliklə ögrəndiyi farisi və 

ərəbi natamam qaldığı üçün farisi və ərəbi bilməz!» (40, 46).  

Əli bəy bütöv şəxsiyyət olaraq yarımçıqlığı  qəbul 

etməyib, xüsusilə  də dil məsələlərində mükəmməlliyin 

tərəfdarı, ana dilindən və müsəlmanlıqdan ayrılmayan, türk 

oğlu türk olub. O, Tiflis klassik gimnaziyasında ona «heç bir 

xüsusda» lazım olmayan latın və yunan dillərinə  sərf etdiyi 

vaxtın boşa getdiyindən, rus və fransız dillərinə, fizika-

 

18




 

 

riyaziyyat elminə ayrılan saatların yunan və latın dillərinə 



ayrılan saatlardan az olduğuna təəssüflənmişdir: «Bən anladım 

ki, bilaxirə bana və içində bulunacağım camaata nə latınca və 

nə də yunanca lazım olmayacaqdır. Bizə ən lazım olan dillər 

öz ana dilimiz olan türkcə ilə öz din lisanımız olan ərəbcə 

lazım olacaqdır. Burasını anladığım üçün məktəbin son 

siniflərində məktəbcə məcburi tutulan latın və qrekcəyi ihmala 

başlayıb gizli-gizli türki, ərəbi və farsi oxumağa başladım» 

(40,47). Bütün bunlardan lazımi səviyyədə fayda qazana 

bilməyən  Ə.Hüseynzadə özünün yazdığı kimi, ümidlərini ali 

məktəbə bağlamışdır. O, türk bir müsəlman olaraq əvvəlcə ana 

dili, sonra din dili ilə tərəqqiyə nail olacağını düşünürdü. Ona 

görə  də  təhsilini elə bir yerdə davam etdirmək istəyirdi ki, 

müsəlmancanı (ərəb dilini) yaddan çıxarmayıb, islam tarixini 

mütaliədən kənarda qalmayıb, tərəqqiyə «qabil» olsun. Əli 

bəy ona görə Peterburq universitetini seçir ki, orada Şərq 

şöbəsi var idi. Həkimliyə həvəsi və dilinə, dininə bağlılığı bu 

seçimi reallaşdırır. Burada tibb şöbəsi olmasa da, «tibbin 

müqəddiməsi» olan təbiyyat və riyaziyyat şöbəsi mövcud idi. 

Əsas ixtisasla bərabər, Şərq  şöbəsində dinləyici olan Əli bəy 

bir sıra dərslərdə, o cümlədən  ərəb və fars dillərindən xeyli 

irəli getmişdir. Onun dillərə münasibətində birinci yerdə ana 

dili dayanır. Bu dildən sonrakı yeri isə  ərəb dili tuturdu. Əli 

bəy özü bir çox Avropa dillərinə  bələd olmuş, bu dillərdən 

tərcümələr  etmişdir. Lakin türk xalqları üçün ana dili və din 

dilinin önəmli olduğunu anlatmışdır. Ana dilinə  məhəbbəti, 

yeniliyə  yüksək münasibəti, dilinə bağlılığı onu Instanbula 

gətirmişdi.  Əli bəyin fikri oyanıq tələbələrin «ictimagahı» 

olan Istanbulda oxumağa can atması onun yüksək ideyaları ilə 

bağlı idi: «Mədəniyyəti cədidəyi –islamiyyənin  ən böyük 

mərkəzi, türklügün, türk maarifinin ən işıqlı mehraqı, fəqət 

bununla bərabər, istibdad və mütləqiyyətin də qaranlıq köşəsi 

olan bu şəhri-əzim təhsilini özümə lazım bildiyim elm 

cəhətindən mənim üçün bir müddətdən bəri bir Kəbeyi-amal 

 

19




 

 

olmuş idi»(269,48). Türk dünyasına məhəbbəti, münasibəti 



anlatmaq üçün bundan daha yüksək ifadə tapılmaz 

zənnindəyik. Dosdoğru bir müsəlman olan Əli bəy bir türk 

şəhərini, yalnız orada təhsil almağı «Kəbeyi-amal» 

adlandırmaqla türklük eşqilə döyünən  ürəyini ifadə etmişdir. 

O, Istanbul tibbiyyə  məktəbinə daxil olmağın maneə 

səbəblərini Peterburq universitetində  hər növ mətbuat 

orqanına yer verən qiraətxana olduğu halda, Istanbulda 

tələbələrə  qəzet oxumağa qadağa qoyulmasından irəli gələn 

bir təəssüf və özünəməxsus yumşaq kinayə ilə göstərmişdir : 

«Hal və keyfiyyət bu mərkəzdə ikən artıq bənim kibi əcnəbi 

bir məmləkətdən gələn diri və mücəssəm bir qəzetəyi məktəbə 

düxul üçün yol verilə bilirmiydi?!» 

Əli bəy diqqəti mühüm bir məsələyə yönəldir; Istanbul 

məktəblərində elmlərin yalnız müsəlmanca (ərəb dilində) 

ifadəsinə imkan və icazə  verilirdi. O isə bütün bunları türk 

dilində öyrənmişdir. Baxmayaraq ki, Əli bəyin  ərəb dilinə 

münasibəti müsbət idi (bu, onun Islam dininə bağlılığından 

irəli gəlirdi), onun nəzərində bu dil türk dilindən yüksəyə 

qalxmamalı idi. Əli bəy «icma və  tərh» yerinə «toplamaq, 

çıxmaq», «kəsri-adi», «kəsri-aşari» yerinə «sadə parça, ondan  

parça», «müadilə» yerinə, «bərabərləşdirmə», «müsəlləs», ya 

«mürəbbe» yerinə «üç gusəli, dörd guşəli», «xətti mimass» 

yerinə, «dəyən, toxunan cizgi», «səyyarə, kövkəbi-sabit» 

yerinə, «gəzən ulduz, duran ulduz», «Müştərinin peykləri

Zühəlin halqaları» yerinə, «Yupiterin yoldaşları, Saturnun 

yüzükləri» və hikməti təbiiyyədə «qüvveyi-cazibə» yerinə, 

«çəkən güc», «inikas və inkisari-ziya» yerinə, «işığın 

donması, qayıtması», «işığın sınması, ya qırılması» və ilaxr, 

ilaxr deməklə  imtahan vermək olmaz» deyənlərdən narazı 

qalmışdır. Bu mətndə ikinci tərəfdə duran bütün ifadələr  Əli 

bəyin danışdığı dildəndir, ana dilindəndir. Onun nitqinə ərəb-

fars tərkiblərinin daxil olması düşdüyü mühitlə bağlıdır və 

Istanbulda qazandığı Osmanlı dili elementlərini sonralar 

 

20




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə