Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
Neft-kimyası

Neftin tərkibində duzlar


Duzlar neftin tərkibinə əsas etibarı ilə mədən sularında həll olmuş şəkildə daxil 
olur. Neftlərin susuzlaşdırılma prosesində duzların əsas hissəsi su ilə birlikdə 
ayrılır. Mədən sularının tərkibində olan duzların miqdarı çox geniş intervalda 
dəyişir. Mədən sularının tərkibində olan duzların miqdarı çox geniş intervalda 
dəyişir. Mədən sularının tərkibində Ca
2+
, Mg
2+
, Na
+
, K
+
- kationlarının və Cl


𝑆𝑂
4
2−

𝐻𝐶𝑂
3


𝐶𝑂
3
2−
- anionlarının miqdarı daha çox, başqa ionların miqdarı isə 
az olur. 
Neftin tərkibində duzların miqdarı dövlət standartlarından artıq olarsa, 
korroziya prosesi və həmin duzların çöküntü əmələ gətirmələri nəticəsində 
texnoloji avadanlıq və cihazlar qısa bir müddətdə sıradan çıxa bilər. Ona görə 
də emala verilən neftlərin tərkibində olan duzların miqdarına ciddi nəzarət 
olunur. 
Neft və neft məhsullarında olan duzların miqdarını təyin etmək üçün 
mövcud kimyəvi və fiziki üsullardan istifadə olunur. 
Kimyəvi üsul - neft və neft məhsullarında olan xloridlərin neftin 
tərkibindən su ilə çıxarılaraq indikator və ya potensiometrik üsulla 
titrlənməsinə əsaslanır. Hər iki halda titrləmə gümüş-nitratla dövlət standartına 
uyğun olaraq aparılır.
Son zamanlar konduktometrik və atom-adsorbsion üsullardan daha geniş 
istifadə olunur. Konduktometrik üsul elektrik keçiriciliyinin həm sabit, həm də 
dəyişəncərəyanla ölçülməsinə əsaslanır.Atom-adsorbsion üsuldan laboratoriya 
tədqiqatlarında neftin tərkibində olan duzların miqdarını təyin edərkən geniş 
istifadə olunur. 
Neft və neft məhsullarında mexaniki qarışıqlar 
Neftin tərkibində mexaniki qarışıqlar qaldıqda onun molekul kütləsini
sıxlığını,kokslaşmasını, kükürdün, azotun, mikoelementlərin və qatran-asfalt 
birləşmələrinin miqdarını təyin edərkən düzgün nəticələr alınmır. Ona görə də 
neft analiz edilməmişdən əvvəl onun tərkibində olan mexaniki qarışıqlar (qum, 
asılqan şəklində olan duzlar, gil mineralları, metal-oksidləri) çökdürmə və ya 
süzmə yolu ilə ayrılmalıdır.
Mexaniki qarışıqlar neft məhsullarının tərkibinə əsasən neftin emalı 
zamanı daxil olur. Emal zamanı boru və aparatlarda gedən korroziyanın 


məhsulları, katalizator tozu, işlədilən gillərin hissəcikləri və mineral duzlar 
mexaniki qarışıq kimi neft məhsullarının tərkibinə daxil olur.
Neft ilkin emala verilməmişdən əvvəlonun tərkibində olan mexaniki 
qarışıqlar kənar edilməlidir. Əks halda mexaniki qarışıqlar sobanın və 
istidəyişdirici aparatların borularının səthində çökərək, istilikkeçirmə əmsalını 
kəskin aşağı salar və buna görə də yanacaq sərfi artar. 
Mexaniki qarışıqların neft məhsullarında olması daha təhlükəlidir. Belə 
ki, yanacaqlarda olan mexaniki qarışıqlar, yanacaq yollarının və süzgəclərin 
məsamələrinin tutulmasına səbəb ola bilər. Sürtkü yağlarında olan mexaniki 
qarışıqlar isə sürtünən səthlərin cızılmasına, sürtünən səthlərə gedən yağ 
yollarının tutulmasına səbəb ola bilər. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə