Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   49
Neft-kimyası

Neftin ilkin emalı 
Neftin ilkin emalı fiziki proseslərə əsaslanır. Xam neft qazlardan , sudan və 
mineral qarışıqlardan (qum, gil, mineral duzlar və s) təmizlənir. Sonra isə neft 
fraksiyalı distilləyə uğradılır. Proses rektifikasiya kolonunda aparılır. 
Fraksiyalı distillə (rektifikasiya) – qarışığın komponentlərə ayrılma prosesidir. 
Neftin tərkibinə daxil olan karbohidrogenlərin əksəriyyətinin qaynama 
temperaturları bir-birinə yaxın olduqlarından distillə zamanı saf maddələr 
deyil, müəyyən temperatur intervalında qaynayan fraksiyalar alınır. 
Borulu sobada 350-400

-dək qızdırılmış neft rektifikasiya kolonuna daxil 
olur. Rektifikasiya kolonunda deşikləri olan arakəsmlər üfüqi yerləşdirilmişdir. 
Rektifikasiya kolonunda neftin tərkibində maye halda olan komponentlərin 
fasiləsiz buxarlanması və kondensasiyası prosesi baş verir. Daha yuxarı 
boşqablarda daha aşağı temperaturda qaynayan fraksiyalar, aşağıda isə daha 
yüksək temperaturda qaynayan fraksiyalar toplanır. Neftin ilkin emalından, 
əsasən aşağıdakı fraksiyalar alınır;
1) Qaz fraksiyası
(rektifikasiya qazı, qaynama temperaturu 40
℃ −
dək) 
tərkibinə CH
4
-C
4
H
10
karbohidrogenləri daxildir. Əvvəllər bu qazlar məşəl üsulu 
ilə yandırılırdı. Hazırda həmin qazlar ayrılaraq ynacaq və kimyəvi xammal 
kimi istifadə olunur. 
1)
 
40

- dən 200

- yədək toplanan fraksiya – 
benzin
(
qazolin)
fraksiyasıdır. Bu fraksiyaya C
5
H
12
-dən C
11
H
24
ə qədər karbohidrogenlər 
daxildir. Ayrılan fraksiyanın sonradan distilləsi nəticəsində qazolin, təyyarə və 
avtomobil benzinləri alınır. 
 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə