Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   49
Neft-kimyası

 
Mühazirə 13, 16 
Neftin ilkin emalı 
 
Neft və neft məhsulları 
Neft
- qaramtıl rəngə çalan, sudan yüngül (0,73-0,97q/sm
3
) və suda praktiki 
olaraq həll olmayan, xarakterik iyli, yanar, özlü mayedir. Neft – qaz, maye və 
bərk halda olan müxtəlif karbohidrogenlərin qarışığından ibarətdir. Ona görə o, 
sabit temperaturda deyil, müəyyən temperatur intervalında qaynayır. 
Neftin tərkibi

Müxtəlif yataqlardan çıxarılan neftin tərkibi eyni olmur.Lakin onların 
hamısında karbohidrogenlərin 3 növü 
alkanlar

tsikloalkanlar (naftenlər) və 
aromatik karbohidrogenlər
olur. Neftin tərkibinə qaz, maye və bərk halda olan 
müxtəlif karbohidrogenlər daxil olduğundan onun qaynama temperaturu da 
sabit deyil. Qeyd etmək lazımdır ki, müztəlif yataqların neftində həmin 
karbohidrogenlərin nisbəti eyni deyil. Məsələn, Qroznı və Fərqanə nefti 
alkanlarla, Bakı və Emba nefti tsikloalkanlarla, Tatarıstan və Başqırdıstan nefti 
isə aromatik karbohidrogenlərlə zəngindir. Karbohidrogenlərlə yanaşı neftdə 
oksigen- , kükürd- və azot –tərkibli üzvi maddələr də olur. 
Dünyada neft ehtiyatları 550-600 mld ton qiymətləndirilir. Müasir dövrdə 
hər il dünyada 3 mld ton neft çəxarılır. Onun əsas hissəsi müxtəlif növ 
yanacaqların və sürtkü materiallarının istehsalında xammal kimi istifadə 


olunur. Neft eyni amanda kimya sənayesi üçün qiymətli xammaldır. Neftdən 
ayrılan maddələrdən sintetik kauçuklar , dərman preparatları , sintetik ipəklər, 
sabunlar, plastik kütlələr, partlayıcı maddələr və bir çox digər məhsullar alınır. 
Yerin təkindən çıxarılan neft 
xam neft
adlanır. Xam neft birbaşa tətbiq olunmur, 
onun emalından müxtəlif məhsullar alınır. 
Neftdən texniki qiymətli məhsullar almaq üçün onu tərkibində həll olmuş 
qazları (əsasən metanı), duzları, suyu, naften turşularını ayırdıqdan sonra emal 
edirlər. 
Sənayedə neftin iki cür emalı var – neftin ilkin emalə və ikinci emal. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə