Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

 
 
 
 


MÖVZU 23: Məktəbəqədər tərbiyə müəssələrinin ailə ilə birgə işi. 
 
PLAN 
: 1. Ail
ədə valideynin nüfuzu və şəxsi nümunəsi 
2. Ail
ədə valideynin pedaqoji taktı 
3. Ail
ədə məişət mədəniyyəti 
4. Bağçanın ailə ilə fərdi əlaqə formaları 
5. Bağçanın ailə ilə kollektiv əlaqə formaları 
1. Uşaq bağçası bütün fəaliyyəti ilə uşaqların ailə tərbiyəsini təşkil etmək, ona pedaqoji 
istiqam
ət vermək və bu yolla onların hərtərəfli inkişafını təmin etməlidir. Ailə uşağın tərbiyəsi 
üçün cəmiyyət qarşısında məsuliyyət daşıyır. Uşaqğın ailədə necə tərbiyə olunması onun uşaq 
bağçasındakı tərbiyəsinə də ciddi təsir göstərir.
Ail
ədə valideynin nüfuzu və şəxsi nümunəsi tərbiyənin mühüm şərtlərindəndir. Valideynin 
nüfuzu dedikdə, uşaqların öz ata-analarına hörməti, onların tapşırıqlarını sözsüz və şüurlu 
sur
ətdəyerinə yetirmələri və məsləhətlərinə qulaq asmaları nəzərdə tutulur. Bəs valideynlər 
uşaqlar arasında nüfuzu necə qazanmalıdırlar?
Aydındır ki, ailədə valideynlərin nüfuzu yoxdursa, belə ailələrdə münasibətlər pozulur. 
Valideyn sözünün kəsəri onun nüfuzu ilə müəyyən edilir. Bəzi atalar evdə həmişə qışqırmaq, 
uşağı döymək, onu qorxutmaq yolu ilə nüfuz qazanmağa çalışırlar. Onlar hamını, hətta ananı da 
qorxu altında saxlayır və bununla da tərbiyə işinə böyük zərər vururlar. Belə şəraitdə uşaq 
yalançı, əliəyri, ikiüzlü böyüyür.
Uşağı həddən artıq əzizləmək, onun arzu və istəklərinin qulu olmaq, istədiyi gərəkli-gərəksiz 
şeyləri almaq da uşaqların ərkəsöyün böyüməsinə səbəb olur. Bununla da ailədə xudbin, şıltaq 
bir m
əxluq böyüdürlər. 
Nüfuz uşaqlarla münasibətindən asılı olmayaraq valideynin öz varlığında olmalıdır. Onun 
kökü valideynin vətəndaşlıq simasında, davranışında, ailədə, cəmiyyət arasında özünü mədəni 
aparmasında və digər əxlaqi keyfiyyətlərindədir. Ata və ana öz valideynlik vəzifəsini namusla, 
ağılla yerinə yetirirlərsə, onlar öz qarşılarına hərtərəfli inkişaf etmiş adamlar tərbiyə etməyi 


m
əqsəd qoymuşlarsa, öz əməlləri və hərəkətləri haqqında özlərinə hesabat verirlərsə, onda 
yüksək valideyn nüfuzundan danışmaq olar. Belə valideynlər heç vaxt süni nüfuz dalınca 
qaçmırlar. Valideynin əməkdə, ictimai həyatda qabaqcıl mədəni və yüksək əxlaqi keyfiyyətlərə 
malik olması onun ailədə şəxsi nüfuz qazanması üçün mühüm şərtlərdəndir. Bundan əlavə 
valideynin öz uşaqlarının həyatını, maraq və meylini, bacarıq və qabiliyyətini yaxşı bilməsi də 
nüfuz qazanmaq üçün qiymətli əlamətlərdir. Valideyn əxlaqi hərəkətlərinə, davranışına xüsusi 
əhəmiyyət verməlidir. Müsbət əxlaqi keyfiyyətlərə malik olan valideyn öz övladlarına həmişə, hər 
yerd
ə nümunə ola bilər.
2. Uşaq tərbiyəsində bəzən elə vəziyyət yaranır ki, tərbiyəçi hansı təsir vasitəsi seçmək 
üzərində düşünür, uşağın yaşını, fərdi xüsusiyyətini və anlaq səviyyəsini nəzərə almaqla qərar 
q
əbul edir və dərhal düzgün tərbiyə metodu tətbiq edir. Belə çətin vəziyyətdə ani olaraq düzgün 
t
ərbiyə metodu seçib tətbiq etməyə pedaqoji bacarıq və ya pedaqoji takt deyilir. Qeyd etmək 
lazımdır ki, adi münasibətlərdə də “mərifətli adam”, “mərifət sahibi” kimi ifadələr işlədilir. Bu, 
davranış normalarına, əxlaq qaydalarına riayət etməklə əlaqədar işlənən mərifət sözüdür. 
Pedaqoji m
ərifət isə tərbiyəçinin məharəti, uşaq tərbiyə etmək bacarığı və qabiliyyəti ilə 
əlaqədardır. Pedaqoji mərifət valideynlə uşaq arasında düzgün münasibət yaranmasına kömək 
etm
əklə yanaşı, valideynin bir tərbiyəçi kimi bacarığını təsdiq edir. Pedaqoji mərifət tərbiyəçidə 
aşağıdakı keyfiyyətlərin olmasını tələb edir: 1. Uşağın fərdi xüsusiyyətlərinə bələd olmaq, ailədə 
dig
ər uşaqların tətbiq ediləcək təsir vasitəsinə uyğun olaraq özünü necə aparacağını 
qabaqcadan t
əyin etmək; 2. Uşaq şəxsiyyətinə hörmət göstərildiyi qədər də tələblər vermək; 3. 
Uzun-
uzadı düşünmədən təsir vasitəsi seçib tətbiq etmək.
Uşaq şəxsiyyətinə hörmət göstərmək valideyndən səbrli, təmkinli olmağı tələb edir. Ailədəki 
h
ər bir uşaqğın fərdi xüsusiyyətlərini bilmək, uşağın naqis hərəkəti üçün əsəbiləşib özündən 
şıxmamaq, fiziki cəzaya əl atmaq kimi qeyri-pedaqoji metodlardan uzaq olmaq, tədricən 
pedaqoji bilikl
ərə yiyələnmək uşaq tərbiyəsində mühüm rol oynayır.
Valideynin uşaq hərəkətindəki müvəffəqiyyəti vaxtında görməsi, qiymətləndirməsi də 
t
ərbiyəvi baxımdan çox əhəmiyyətlidir. Uşaq bundan ruhlanır və fərəh hissi keçirir.
Pedaqoji m
ərifət valideyndən istənilən şəraitdə əsəbini ləngitməyi tələb edir. Bu və ya digər 
hadis
ə ilə əlaqədar valideynin əsəbiləşib tez-tez özündən çıxması onun uşaq tərbiyəsində 
bacarıqsızlığının, gücsüzlüyünün əlamətidir. Ancaq bu heç də o demək deyil ki, valideyn heç 
vaxt ciddi tonla danışıb uşağa qəti tələb verməməlidir.
Pedaqoji m
ərifətdə etibaretmənin də əhəmiyyəti böyükdür. Valideyn uşağa nə qədər çox 
inam b
əsləsə, onun sabahını düzgün görsə, ona bir o qədər etibar edə bilər. Etibar ləyaqət hissi 
t
ərbiyə edir, uşaqda özünütərbiyə hissi yaradır, uşaq şəxsiyyətinin düzgün formalaşmasına 
kömək edir.


3. Ail
ədə məişət mədəniyyəti anlayışı altında düzgün münasibət, qarşılıqlı hörmət, ailə 
h
əyatının ağıllı təşkili, ev şəraiti, vaxtın səmərəli təşkili və s. nəzərdə tutulur. Belə şəraitdə 
uşaqlar müstəqil düşünməyi, fakt və hadisələri qiymətləndirməyi öyrənir, düzgün mühakimələrə 
öz müsbət münasibətini bildirir, qeyri-həqiqi fikri qəbul etmirlər. Səmimi və azad keçirilən 
söhbətlər uşaqlarla valideynlər arasında yaxınlığı gücləndirir, valideyn təsirini daha kəsərli edir.
T
ərbiyə işində nöqsanlar o zaman baş qaldırır ki, ailənin ümumi həyat tərzi yaxşı təşkil 
olunmasın, rejim pozulsun, böyüklər arasında vəzifə bölgüsü düzgün aparılmasın, 
m
əşğuliyyətsizlik üzündən uşaqlar istədikləri kimi hərəkət etsinlər və s. Bəzən belə ailələrdə 
köhnə adət və ənənələr uşaq xarakterinə yol tapır. Qadına qeyri-adi münasibət, spirtli içkilərə 
h
əddən artıq meyl, fala və yuxuya inam və s. Belə qüsurların uşaq xarakterinə yol tapmasına yol 
verm
ək olmaz. Xüsusilə, məktəbəqədər yaşlı uşaqların hiss və həyəcanlarının güclü, həyat 
t
əcrübəsinin azlığını nəzərə alıb onları belə hallardan uzaq saxlamaq lazımdır. Qeyd olunan 
qüsurlara malik ailələrdə məktəbəqədər yaşlı uşaqlar özlərini qapalı aparır, dalğın və bəzən də 
kobud olurlar.
Uşaqlarda müstəqilliyi gücləndirmək, çətinliyi aradan qaldırmaq bacarığı formalaşdırmaq və 
uşaq iradəsini möhkəmləndirmək mühüm problemlərdəndir. Hər bir ailədə uşağın normal inkişafı 
üçün şərait yaradılmalıdır, oyun və digər məşğələlər üçün guşə təşkil edilməli, fərdi çarpayı, 
d
əsmal, qab, paltarlarını və ayaqqabılarını qoymaq üçün yer ayrılmalıdır. Uşaqlar evdə təmizlik 
v
ə səliqəyə əməl etməli, onlarda kiçik yaşlarında əşyalara, oyuncaqlara və kitablara ehtiyatla 
yanaşma vərdişləri yaradılmalıdır.
T
ərbiyə işlərini həyata keçirərkən valideyn hər bir uşağın fərdi xüsusiyyətini öyrənməlidir. 
F
ərdi yanaşma valideynə imkan verir ki, hər kəsin xasiyyətindəki fərdi fərqləri ayırd edə bilsin və 
h
ər kəsin öz xüsusiyyətinə uyğun yanaşna üsulu tətbiq etsin.
Pedaqoji bilikl
ərə yiyələnmək, uşaq aləminin incəliklərinə varmaq və uşaqları münrəzəm 
müşahidə etməklə, onların oyuna, əməyə, ətrafdakı adamlara mədəni münasibətlərini qaydaya 
salmaq olar.
4. Bağçanın ailə ilə fərdi əlaqə formalarından biri uşağın yaşayış və tərbiyə şəraitini 
öyrənmək üçün müdirin, tərbiyəçinin və həkimin ailəyə getməsidir. Qabaqcıl tərbiyəçilər ailəyə 
ged
ərkən qabaqcadan ciddi hazırlaşır, uşaq haqqında fikirlərini ümumiləşdirir, valideynlərə nəyi 
dey
əcəyini hərtərəfli düşünürlər. Görüş zamanı tərbiyəçilər valideynlə uşaq haqqında söhbəti 
onun müsbət cəhətlərindən başlayırlar. Söhbəti yalnız uşaq xarakterindəki nöqsanlardan 
başlayıb valideyndə pis əhval-ruhiyyə, ailədə əsəbi şərait yaradan tərbiyəçilərheç də düzgün 
h
ərəkət etmirlər. Uşağın müsbət cəhətini nəzərə çatdırdıqdan sonra onun nöqsanlarından 
söhbət açması, tərbiyəçinin ailəyə gedişi zamanı səmərəli nəticə verir. Tərbiyəçi ailəyə gedişi ilə 
valideynl
ərə konkret məsləhət verməli, lazım gəldikdə rejim tərtib etməli və bunun əhəmiyyətini 


valideynl
ərə başa salmalıdır. Ailəyə gediş zamanı uşağın özü ilə də görüşmək lazımdır. 
T
ərbiyəçi bir ildə azı iki dəfə hər uşağın ailəsinə getməli, məsləhətlər verməli və nəticəni 
izl
əməlidir.
Valideynl
ərin bağçaya dəvət edilməsi də ailə ilə əlaqədə mühüm əhəmiyyət kəsb edir.
Valideynin bağçaya gəlişi onun pedaqoji yeniliklərlə tanış olması, uşaq haqqında dəqiq məlumat 
alması və övladının kollektivdə özünü necə aparması haqqında məlumat alması üçün ən 
s
əmərəli yoludur. Tərbiyəçi çalışmalıdır ki, belə görüşlərdə valideyndə nikbin əhval-ruhiyyə 
yaratsın, bağça ilə ailə arasında əlaqə daha da möhkəmlənsin. Valideyn bağçaya gələrkən 
çalışmalıdır ki, müdirlə, həkimlə, musiqi müəllimi ilə, hətta dayə və aşpazla da görüşə bilsin. Bu 
zaman valideyn uşağın musiqi marağı, sağlamlığı, əməksevərliyi, iştahası və s. haqqında geniş 
m
əlumat ala biləır ki, bunlar da uşağın ailə tərbiyəsinə ciddi müsbət təsir göstərə bilər.
F
ərdi əlaqə formalarından biri də valideynlərlə yazışmalardır. Bu əlaqə forması müstəsna 
hallarda t
əşkil olunur. Valideyn məzuniyyətdə olanda bəzən uşaq da onunla bağa və ya 
sanatoriyaya istirah
ətə gedir. Məktub vasitəsilə tərbiyəçi uşağın səhhəti, davranışı haqqında 
m
əlumat alır, valideynləri maraqlandıran suallara cavab verir. Pedaqoji yenilikləri valideynlərə 
çatdırmaq məqsədilə bağçada sərgi və guşələr təşkil etməyin də böyük əhəmiyyəti var.
5.Bağça ailə ilə əlaqənin kollektiv formalarından da istifadə edir. Uşaq bağçalarında aparılan 
kollektiv iş formalarından ən çox yayılanı valideyn yığıncaqlarıdır. Belə yığıncaq bütün 
valideynl
ər üçün ümumi və ya qrup valideynləri üçün ayrıca keçirilə bilər. Yığıncaqda müəyyən 
dövr üçün bağçada aparılan təlim-tərbiyə işlərinin vəziyyəti, qarşıda duran vəzifələr, valideyn 
komit
əsinin fəaliyyəti, ailə tərbiyəsində qabaqcıl təcrübə və onlardan istifadə yolları və 
s.müzakirə oluna bilər. Əsas məlumatı müdir və ya tərbiyəçi-metodist verə bilər. Çıxışlarda 
nöqsanlardan, müvəffəqiyyətlərdən, ailə ilə əlaqənin möhkəmlənməsi yollarından bəhs olunur.
Qrup valideyn yığıncağının hazırlanmasında qrupun tərbiyəçisi mühüm rol oynayır. Burada 
uşaqların oyunları, əməyi, rejimi, sağlamlıq haqqında həkim söhbəti, qabaqcıl valideynlərin uşaq 
t
ərbiyəsindəki iş nümunələrindən danışıla bilər.
Bir sıra uşaq bağçalarında “Valideyn universiteti” və “Pedaqoji lektoriya” da təşkil olunur. Bu 
unuversitet v
ə lektoriyalar valideynləri müntəzəm olaraq pedaqoji biliklər və təlim-tərbiyəyə aid 
son yenilikl
ərlə silahlandırır.
Bağçada valideyn komitəsinin işi də çox əhəmiyyətlidir. Bağçanın valideyn komitəsi özünün 
daimi v
ə müvəqqəti komissiyaları, eləcə də valideyn fəalları ilə aşağıdakı işləri həyata keçirir: 1. 
Uşaqların ailədə tərbiyəsinin ümumi qoyuluşuna nəzarət etmək və valideynlərin müxtəlif tərbiyə 
t
ədbirlərinin təşkilinə cəlb edilməsi; 2. Uşaqların bağçaya davamiyyətinə nəzarət və əmək 
t
ərbiyəsinin təşkili; 3. Ailədə uşaqların tərbiyəsinə aid əsas tələbləri valideynlərə və əhaliyə izah 
etm
ək, onlar arasında pedaqoji təbliğatın təşkili, valideynlər üçün məruzə və mühazirələrin 


t
əşkili; 4. Bağçanın təsərrüfat, tədris və maddi bazasının möhkəmləndirilməsi, abadlaşdırılması 
üzrə tədbirlərin keçirilməsi.
Valideyn komit
əsi iki aydan bir öz iclasını keçirir, onun qərarları uşaq bağçasının rəhbərliyi ilə 
razılaşdırılır. Valideyn komitəsi müdirin hər hansı bir problemə və yaxud gələcək işlərə aid 
hesabatını dinləməlidir. Valideyn komitəsinin fəaliyyəti iş planı və hesabatda, iclas 
protokollarında əks olunur və sənədlər bağçada qorunur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə