Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

etdiyi hallarda heyvanların vaksinasiyasına, parazitəleyhinə vasitələrdən və ya  terapevtik 

baytarlıq vasitələrindən  istifadəyə  icazə verilir;  

b) fitoterapevtik (antibiotiklər daxil deyil), homeopatik və ya ayurvedik məhsullara  və 

ya  mikroelementlərinə  kimyəvi allopatik baytarlıq vasitələrinə və antibiotiklərə nisbətən 

daha çox üstünlük verilməlidir, bir şərtlə ki, əgər onların müalicəvi effekti bir çox heyvan 

cinsləri və onların müalicə şəraitləri üçün effektivdir;  

c)  əgər  yuxarıda  qeyd  olunan  məhsullar  xəstəlik  və  zədələrə  qarşı  effektiv  olmazsa, 

kimyəvi allopatik dərmanlar və ya antibiotiklər baytarın nəzarəti və cavabdehliyi şərtilə 

işlədilə  bilər;  dərmanların  sorulma  (karantin)  dövrü  qanunvericilikdə  tələb  olunduğu 

müddətə nəzərən iki dəfə uzadılmalıdır və minimum 48 saat olmalıdır;  

d)  profilaktika  məqsədilə  kimyəvi  allopatik  dərmanların  və  antibiotiklərin  işlədilməsi 

qadağandır.   

22.  Hormonal    müalicə  ancaq  terapevtik  müalicə  məqsədilə  işlədilməlidir  və  baytarın 

nəzarətilə aparılmalıdır.   

23.  Boy  stimulyatorları  və  ya  istehsalı  və  böyüməni  tənzimləmək  üçün  maddələrin 

istifadəsi qadağandır.   

 

Heyvanlarin bəslənməsi, daşinma və kəsim  

 

24. Heyvanların bəslənilməsi və saxlanılması canlı varlıqlara olan qayğı, məsuliyyət və 

hörmət hissi ilə  müşayiət olunmalıdır.   

25. Çoxaltma metodları aşağıdakı ekoloji təsərrüfatçılıq prinsiplərini  nəzərə alaraq  tətbiq 

edilməlidir:  

a) cinslər və növlər yerli şəraitdə ekoloji sistem altında saxlanılmağa uyğun olmalıdır;  

b)  təbii  metodlarla  çoxaltmaya  üstünlük  verilməlidir,  həmçinin  süni  yolla  mayalandır-

madan da istifadə edilə bilər;  

c) rüşeym yayan  texnikadan və hormonal  müalicə vasitələrindən istifadə edilə bilməz;  

d) genetik mühəndislik vasitələrindən istifadə edən seleksiya üsullarına icazə verilmir.   

26.  Heyvanların  quyruğuna  elastik  rezin  bağlamaq,  quyruqları  bir-birinə  bağlamaq, 

dişlərin,  dimdiklərin,  dırnaqların  və  buynuzların  kəsilməsinə,  ümumiyyətlə,  ekoloji 

idarəetmə sistemində icazə verilmir. Ancaq bu sadalananlardan GABA-da bəzi müstəsna 

hallarda  heyvanların  sağlamlığını  qorumaq  və  rifahlarını  yaxşılaşdırmaq  naminə  icazə 

verilir. Bu cür əməliyyatlar müvafiq yaşlarda həyata keçirilməlidir və heyvanların hər cür 

əzab-əziyyəti minimuma endirilməlidir. Ağrıkəsici və keyləşdiricilərdən lazımı hallarda 

istifadə edilməlidir.  

 Məhsulun  keyfiyyətini  və  ənənəvi  istehsal  praktikasını  saxlamaq  məqsədilə  (ətlik 

donuzları, buğalar, ətlik axta xoruzlar və s.)  fiziki axtalamaya ancaq bu şərtlər daxilində 

icazə verilir.  

27. Yaşayış şəraiti və ətraf mühitlə davranma  heyvanların təbii ehtiyaclarını nəzərə almaq 

baxımnından aşağıdakılara əməl edilməlidir:  

− kifayət qədər hərəkət azadlığı və  təbii ehtiyacları ödəmək üçün imkan;  

− digər heyvanlarla, xüsusilə də öz növündən olan heyvanlarla  ünsiyyət;  

− qeyri-normal hərəkətlərin, zədələnmələrin  və xəstəliklərin qarşısının alınması;  

−  fövqəladə    hadisələrdən    məsələn  yanğından,  vacib  xidmət  mexaniki  vasitələrinin 

sıradan çıxmasından və təminatın pozulmasından sığortalama.  

28. Diri heyvanların daşınması sakit və mədəni şəkildə aparılmalıdır ki, heyvanları stresə, 

zədəyə  və    əzaba  məruz  qoymasın:  səlahiyyətli  şəxslər  və  ya  qurumlar  bu  vəzifələrin 



düzgün  həyata  keçirilməsi  üçün  xüsusi  tələblər  və  maksimum  nəqliyyatda  daşınma 

müddəti müəyyən etməlidir. Heyvanların daşınması zamanı elektrik stimulyatordan və ya 

allopatik sakitləşdiricilərdən istifadəyə icazə verilmir.   

29.  Heyvanların  kəsilməsi  elə  tərzdə  həyata  keçirilməlidir  ki,  bunlar  milli  qaydalara 

müvafiq həyata keçirilsin,  stress və  əzab minimum olsun.   

 

Tövlə və azad hərəkət şəraiti   

30.  İqlim  şəraiti  heyvanların  açıq  havada  saxlanmasına  imkan  verən  yerlərdə  onların 

tövlədə saxlanması məcburi deyil.   

31. Tövlə şəraiti bioloji və heyvanların  davranış ehtiyaclarını ödəməklə aşağıdakı şərtlərə 

də cavab verməlidir:  

− yem və suya asan yol;  

−    izolyasiyası,  isitmə,  soyutma  sistemi  və  heyvanların  sağlamlığı  üçün  təhlükə 

olmamasına  təminat  vermək  üçün  otaqlarda  hava  mübadiləsi,  tozun  dərəcəsi,  hərarət, 

havanın nisbi rütubəti və qaz konsentrasiyasını nizamlayan ventilyasiya;  

− kifayət qədər təbii ventilyasiya və işıq;  

32. Bəzi hallarda heyvanların sərbəst həyat tərzinə məhdudiyyətlər qoyula bilər. Bu isə 

onların sağlamlığı, təhlükəsizliyi və rahatlıqları təhlükə altında olduğu hallarda və yaxud 

bitki, torpaq və suyun keyfiyyətini qorumaq naminə edilir.   

33. Binalarda heyvanların yaşam sıxlığı  aşağıdakı tələblərə müvafiq olmalıdır:  

−  növlər,  cinslər  və  heyvanların  yaşları  nəzərə  alınmaqla  onlar  üçün  rahatlıq  və  rifah 

təmin edilməlidir;  

−  heyvan  qruplarının  ölçüsü  və  cinsləri  nəzərə  alınmaqla  onların  təbii  davranış 

ehtiyaclarının təmin edilməsi; 

− təbii halda dayanmaları, asanlıqla uzanmaları, ətrafa dönmələri, özlərinə qulluq etmək 

və bütün təbii hərəkətləri yerinə yetirmək üçün, məs., dartınmanı, qanadların hərəkətini 

sərbəst həyata keçirmələri üçün onlara kifayət qədər ərazi ayrılmalıdır.  

34. Qarşılıqlı yoluxucu infeksiyaların və xəstəlikdaşıyıcı orqanizmlərin qarşısını almaq 

üçün yaşayış yeri, daldanacaq yerləri, avadanlıq və alətlər təmiz olmalı və dezinfeksiya 

edilməlidir.  

35. Sərbəst davranış, açıq havada gəzmək üçün ərazilər və ya açıq havada qaçışlar,  və 

əgər  vacibdirsə,  yağışdan,  küləkdən,  günəşdən  və  ekstremal  temperaturlardan  kifayət 

qədər müdafiə zolağı yaratmalı.   

36. Otlaqda, çöllərdə və ya digər təbii və ya yarımtəbii yaşayış yerlərində heyvanların 

sıxlığı  lazımi  qədər  seyrək  olmalıdır  ki,  həm  torpağı  deqradasiyadan,  həm  də    çox 

otarılmadan  qorusun.  

 

Məməlilər 

37. Bütün məməlilərin otlağa və ya açıq hava məşğələlərinə - gəzintilərinə, qaçış üçün 

əraziyə  çıxışı  olmalıdır,  bu  sahələrin  bir  hissəsi  bağlı  da  ola  bilər.  Onlar  bu  ərazidən 

heyvanların psixoloji vəziyyətlərini, hava şəraitini və torpağın vəziyyətini   nəzərə alaraq 

istifadə etməlidir. 

38. GABA  aşağıdakı müstəsnalıqlara icazə verə bilər:  

− öküzlərin otlaqlara çıxışı, qış dövründə inəklərin açıq hava gəzintilərinə, qaçış üçün  

əraziyə  çıxışı;  

− son kökəltmə fazası.  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə