Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   ...   57

3.3.  Gömrük  ərazisində  bu  Məcəllədə  müəyyən  edilmiş  qaydada  sərbəst  zonalar 
yaradıla bilər.
 
3.4.  Gömrük  ərazisinin  hüdudları,  həmçinin  sərbəst  zonaların  perimetrləri  gömrük 
sərhədidir.
 
3.5.  Sərbəst  zonaların  perimetrləri  istisna  olmaqla,  gömrük  sərhədi  Azərbaycan 
Respublikasının dövlət sərhədi ilə üst
-
üstə düşür.
 
  
 
M a d d ə
 4. Gömrük qanunvericiliyi 
  
4.1.  Gömrük  qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu 
Məcəllədən, 
“Gömrük 
tarifi 
haqqında” 
Azərbaycan 
Respublikasının 
Qanunundan, 
“Antidempinq,  kompensasiya  və  mühafizə  tədbirləri  haqqında”  Azərbaycan 
Respublikasının  Qanunundan,
 
onlara  uyğun  olaraq  qəbul  edilmiş  digər  normativ  hüquqi 
aktlardan  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən 
ibarətdir.
  
4.2.  Aşağıdakılar  istisna  olunmaqla,  gömrük  qanunvericiliyindən  başqa  digər 
qanunvericilik  aktlarına  gömrük  ödənişləri  və  gömrük  nəzarəti  məsələləri  daxil  edilə 
bilməz:
 
4.2.1.  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulan 
gömrük münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
 
4.2.2.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə  tutulan  müvafiq
 
cinayətlər haqqında müddəalar;
 
4.2.3. büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar;
 
4.2.4.  hasilatın  pay  bölgüsü  haqqında,  əsas  boru  kəməri  haqqında  və  bu  qəbildən 
olan digər sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar;
 
4.2.5. 
ixrac  məqsədli  neft
-
qaz  fəaliyyəti  və  xüsusi  iqtisadi  zonalar  haqqında 
qanunlarda nəzərdə tutulan müddəalar.
 
4.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrlə  daha 
artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi 
aktda  onun  dərc  edildiyi  gündən  30  (otuz)  gün  sonra  qüvvəyə  mindiyi  göstərilməlidir. 
Müstəsna  hallarda,  beynəlxalq  təşkilatların  dərhal  məlumatlandırılması  şərti  ilə,  xarici 
ticarət  fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  akt  onda  nəzərdə  tutulmuş  müddətdə 
qüvvəyə minə bilər.
 
4.4.  Bu  Məcəllə  qüvvəyə  minənədək  və  ya  sonra  qanunla  təsdiq  olunmuş  hasilatın 
pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan digər sazişlərin və 
ya  qanunların,  o  cümlədən  neft  və  qaz  haqqında,  ixrac  məqsədli  neft
-
qaz  fəaliyyəti  və 
xüsusi iqtisadi zonalar haqqında qanunların müddəaları bu Məcəllədə və gömrük işi üzrə 
başqa  normativ  hüquqi  aktlarda  nəzərdə  tutulmuş  müddəalardan  fərqləndikdə,  həmin 
sazişlərin və ya qanunların müddəaları tətb
iq edilir. 
4.5.  Gömrük  qanunvericiliyi  müvafiq  icra  hakimiyyəti  orqanının  rəsmi  internet 
saytında da yerləşdirilməlidir.
 
  
 
M a d d ə
 5. 
Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları
 
  
5.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin aktları ilə 
nəzərdə  tutulmuş  hallarda  və  hədlərdə,  yalnız  Azərbaycan  Respublikası  Prezidentinin 
aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktları qəbul 
edirlər.
 


5.2.  Müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi  aktları,  həmin  aktlarda 
qüvvəyə  minmənin  daha  gec  müddəti  nəzərdə  tutulmadıqda,  Hüquqi  Aktların  Dövlət 
Reyestrinin elektron variantında dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
 
5.3. 
Müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi  aktları  onun
 
rəsmi  internet 
saytında da yerləşdirilməlidir.
 
  
 
 
M a d d ə
 6. 
Gömrük orqanları və onların fəaliyyəti
 
  
6.1.  Azərbaycan  Respublikasında  gömrük  işi  gömrük  orqanları  tərəfindən  yerinə 
yetirilir. 
6.2.  Gömrük  xidmətinin  inzibati  bölməsi  olan  və  vahid  sistem  təşkil  edən  gömrük 
orqanları hüquq mühafizə orqanlarıdır.
 
6.3.  Gömrük  orqanlarının  fəaliyyəti  qanunun  aliliyi,  insan  hüquqlarının  və 
azadlıqlarının  qorunması,  şəxslərin  qanun  qarşısında  hüquq  bərabərliyi,  aşkarlıq, 
peşəkarlıq, xidmətdə nizam
-in
tizam prinsiplərinə əsaslanır.
 
6.4. Gömrük orqanları öz fəaliyyətlərində gömrük qanunvericiliyini rəhbər tuturlar.
 
6.5. 
Qanunvericilikdə  nəzərdə  tutulan  hallar  istisna  edilməklə,  heç  bir  dövlət  orqanı 
tərəfindən  gömrük  orqanlarının  səlahiyyətlərinə  aid  olan  məsələlər  üzrə  qərarlar  qəbul 
edilə,  yaxud  dəyişdirilə,  funksiyaları  yerinə  yetirilə,  fəaliyyətinə  digər  formada  müdaxilə 
oluna bilməz.
 
  
M a d d ə
 7. 
Gömrük orqanlarının vahid sistemi
 
  
7.1. Gömrük orqanlarının vahid sisteminə aşağıdakılar daxildir:
 
7.1.1. 
müvafiq icra hakimiyyəti orqanının aparatı;
 
7.1.2. ərazi gömrük idarələri;
 
7.1.3. ixtisaslaşdırılmış gömrük idarələri;
 
7.1.4. gömrük postları.
 
7.2.  Müvafiq  icra  hakimiyyəti  orqanının  Əsasnaməsi  və  onun  strukturu  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
 
7.3.  Müvafiq  icra  hakimiyyəti  orqanının  strukturuna  daxil  olan  gömrük  orqanları 
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərirlər.
 
7.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  strukturuna  daxil  olan  gömrük  orqanlarının 
yaradılması,  yenidən  təşkili  və  ləğvi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata 
keçirilir. 
  
M a d d ə
 8. 
Gömrük orqanlarının vəzifələri
 
  
8.0. 
Gömrük orqanlarının vəzifələri aşağıdakılardır:
 
8.0.1.  Azərbaycan  Respublikasının  gömrük  siyasətinin  formalaşdırılmasında  iştirak 
və bu siyasətin həyata keçirilməsini təmin etmək;
 
8.0.2.  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  edilmiş  qanunvericilik  aktlarına 
riayət olunmasını təmin etmək;
 
8.0.3.  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarının  pozulması 
hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;
 
8.0.4.  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada
 
Azərbaycan  Respublikasının 
iqtisadi və milli təhlükəsizliyini təmin etmək;
 
8.0.5. 
gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək;
 
8.0.6. 
mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti 
və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə