Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   ...   57

8.0.7. 
gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;
 
8.0.8.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsinin 
sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
 
8.0.9. 
gömrük  sərhədindən  keçirilən  mallar  barəsində  ticarət  siyasəti  tədbirlərinin 
işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
 
 
 
8.0.10. 
gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati 
xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop 
maddələrin  və  onların  prekursorlarının,  silahların,  ozondağıdıcı  maddələrin,  xalqların 
mədəni, tarixi  və arxeoloji sərvətlərinin, əqli mülkiyyət  hüquqları obyektlərinin, yox olmaq 
təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən 
qanunsuz keçirilməsinin qarşısını almaq;
 
8.0.11. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, 
habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin 
qarşısının  alınmasında  və  beynəlxalq  terrorçuluqla  mübarizədə  digər  hüquq  mühafizə 
orqanlarına yardım göstərmək;
 
8.0.12.  milli 
təhlükəsizliyin,  ictimai  asayişin,  insanların  mənəviyyatının,  həyat  və 
sağlamlığının,  heyvanlar  və  bitkilər  aləminin,  ətraf  mühitin,  xalqların  bədii,  tarixi  və 
arxeoloji  sərvətlərinin  qorunması  sahəsində  tədbirlərin  həyata  keçirilməsində  müvafiq 
dövlət orqanlarına yardım göstərmək;
 
8.0.13.  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 
bölməsində  bioloji  sərvətlərdən  səmərəli  istifadə  edilməsi  və  qorunması  üzrə  dövlət 
siyasətinin  həyata  keçirilməsində  iştirak,  onlar  gömrük  sərhədindən  keçirilərkən 
qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək;
 
8.0.14.  insan  alverçilərinin,  habelə  insan  alveri  qurbanlarının  gömrük  sərhədindən 
keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada
 almaq; 
8.0.15.  Azərbaycan  Respublikasında  xarici  ticarətin  gömrük  statistikasını  və  xüsusi 
gömrük  statistikasını  beynəlxalq  standartlara  və  təcrübəyə  uyğun  aparmaq  və 
təkmilləşdirmək;
 
8.0.16. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının 
müdafiəsi  üzrə  tədbirlərin  həyata  keçirilməsinə  müvafiq  dövlət  orqanlarına  yardım 
göstərmək;
 
8.0.17.  gömrük  işini  həyata  keçirərkən  şəxslərin  hüquqlarının  və  maraqlarının 
qorunması üzrə tədbirlər görmək;
 
8
.0.18.  milli  və  xarici  valyutanın,  digər  valyuta  sərvətlərinin  gömrük  sərhədindən 
müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə 
müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
 
8.0.19.  gömrük  işi  ilə
 
əlaqədar  beynəlxalq  müqavilələrin  layihələrinin  işlənib 
hazırlanmasında  iştirak,  orada  nəzərdə  tutulmuş  beynəlxalq  öhdəliklərin  yerinə 
yetirilməsini təmin etmək;
 
8.0.20. 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini
 
həyata keçirmək;
 
8.0.21.  d
övlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  mallar  üzərində 
qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək;
 
8.0.22. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət 
sərhədinin  buraxılış  məntəqələrində  qanunvericiliyə  uyğun  olaraq  İcazə  blanklarını 
vermək;
 
8.0.23.  gömrük  işi  sahəsində  yeni  informasiya  sistemlərinin  və  texnologiyalarının 
layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək;
 
8.0.24. müasir  texnologiyalardan  v
ə  avadanlıqdan  istifadə  etməklə,
 
gömrük  işi 
sahəsində
 
riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;
 


8.0.25. 
xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  aparılması  ilə  əlaqədar 
müvafiq tədbirlər görür;
 
8.0.26. 
gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər 
vermək;
 
8.0.27. 
dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək;
 
8.0.28.  dövlət  orqanları  ilə,  xarici  ticarətin  iştirakçıları  və  səlahiyyətli  iqtisadi 
operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
 
8.0.29. müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
 
malların idxalı və ixracı 
barədə məlumatların digər dövlətlərin gömrük  xidmətləri ilə elektron formada mübadiləsi, 
gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq 
ticarət
-
təchizat  zəncirinin  kompleks  idarə  edilməsində  iştirak  etmək  yolu  ilə  beynəlxalq 
ticarətin asanlaşdırılmasına şərait y
aratmaq; 
8.0.30. 
beynəlxalq ticarət
-
təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi 
ilə  xarici  ticarətin  iştirakçıları  və  səlahiyyətli  iqtisadi  operatorlarla  tərəfdaşlıq  əlaqələri 
yaratmaq; 
8.0.31.  digər  dövlət  orqanları  ilə  əməkdaşlıq  etmək,  həmçinin  müvafiq  məqsədlərə 
nail  olmaq  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  onların  fəaliyyətini 
əlaqələndirmək;
 
8.0.32. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
  
M a d d ə
 9. 
Gömrük orqanlarının
 
hüquqları
 
  
9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək 
üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:
 
9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata 
keçirmək;
 
9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük 
orqanlarına  təqdim  olunması  nəzərdə  tutulan  sənəd  və  məlumatları  şəxslərdən  tələb 
etmək;
 
9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin 
düzgünlüyünü araşdırmaq;
 
9.0.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;
 
9.0.5.  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  malların  və  nəqliyyat 
vasitələrinin  sənədlərini,  o  cümlədən  malların  baytarlıq,  fitosanitar,  gigiyenik  və  digər 
sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun olaraq yoxlamaq;
 
9.0.6.  malların  və  nəqliyyat  vasitələrinin  buraxılışından  sonra  şəxslərin  bunlar 
barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə,  tələblərə və şərtlərə  riayət  etmək 
öhdəliklərini  yerinə  yetirməsini  yoxlamaq,  gömrük  prosedurlarına  nəzarəti  həyata 
keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat
-
axtarış fəaliyyətini 
sürətləndirmək  və  digər  məqsədlər  üçün  gömrük  orqanlarının  sistemi  daxilində  mobil 
qruplar təşkil etmək;
 
9.0.7. t
əhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin 
qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş 
şəxsləri  müəyyənləşdirmək  məqsədi  ilə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
əməli
yyat-
axtarış fəaliyyətini həyata keçirmək;
 
9.0.8.  cinayət
-
prosessual  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  təhqiqat  və 
ibtidai istintaq aparmaq
9.0.9.  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  inzibati  xətalarla  bağlı  işlər  üzrə  icraatı 
aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;
 
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə