WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi
Dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması,
inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar
edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və
mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına
ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və
həyata keçirirlər.
Maddə
11.
Azərbaycan
Respublikasının
inzibati
xətalar
qanunvericiliyinin qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə
icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra
edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati
xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan
qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar
onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq
etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.
11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti
gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.
FƏSİL 2
İnzibati xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta anlayışı
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd
olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati
məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab
olunur.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə
inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb
olmasın.
Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya
hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini
qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş
verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab
olunur.
Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya
hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş,
lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman
etmişdirsə,yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq
göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları
görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Maddə 15. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs
anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin
müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz
əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu
idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.
Maddə 16. Fiziki şəxslərin inzibati məsuliyyəti
16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər
inzibati məsuliyyətə cəlb olunurlar.
16.2. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə
tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti