WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə
yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət
orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-
dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında
həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti
18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya
onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən
inzibati xətalara görə cəlb edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik
olan
vəzifəli şəxs;
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi
şəxsin işçisi.
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya
onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin
inzibati məsuliyyətini
istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs
barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin
icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə
mane olmur.
18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq
edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində
müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu
baxılmaq üçün məhkəməyə göndərirlər.
18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda,
səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.
18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul
olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda inzibati məsuliyyətə hüquqi
şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında
iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək
hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi
qadağandır.
FƏSİL 3
Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar
Maddə 19. Son zərurət
19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin
əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və
ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya
cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün
edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan
qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına
yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin
təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər
vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq
olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma
yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur.
Maddə 20. Zəruri müdafiə
20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin
əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni
özünü müdafiə
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin
və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd
qəsddən
qoruyarkən
edilmiş
hərəkət, zəruri
müdafiə
həddini
aşmamışdırsa, inzibati xəta hesab olunmur.
20.2. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar
uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq
hesab edilir.
FƏSİL 4
İnzibati tənbeh
Maddə 21. İnzibati tənbehin məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi
qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta
törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin
qarşısını almaq məqsədi daşıyır.
Maddə 22. İnzibati tənbeh növləri
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:
22.1.1. xəbərdarlıq;
22.1.2. inzibati cərimə;
22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə
obyekti
olmuş predmetin müsadirəsi;
22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
22.1.5. ictimai işlər;
22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati
qaydada çıxarma;
22.1.7. inzibati həbs.
22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü
maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.
Maddə 23. Əsas və əlavə inzibati tənbehlər