WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız
əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.
23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi
tətbiq edilə bilər.
23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq
edilə bilər.
Maddə 24. Xəbərdarlıq
24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin
yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir.
Xəbərdarlıq yazılı formada edilir.
24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində
nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə
tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta
nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.
Maddə 25. İnzibati cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən
dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna
bilər:
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati
xətanın bilavasitə obyekti olmuş
predmetin dəyəri;
25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
miqdarı;
25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt
ödənilməli olan,
lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.