WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə
bağlı tələblərin pozulmasına, yəni:
248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının
icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına;
248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının
icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş
hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının
dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya
dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya
tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin
mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə
birbaşa keçidin təmin olunmamasına;
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi
ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq
sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasınagörə -
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min
manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
248.2. Bu Məcəllənin 248.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında
qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat
məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Maddə 249. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının
pozulması
Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin
(magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik
şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin,
su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı
torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla)
tikinti üçün ayrılmasına görə -
iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 250. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının,
mərz nişanlarının məhv edilməsinə görə -
yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.
Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə
vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların
kateqoriyalarının dəyişdirilməsi
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin,
geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə -
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən
torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min
üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 252. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük
edilib daşınması qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması
qaydasının pozulmasına görə -
fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki
min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min
beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və
kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan
ağacların məhv edilməsi və zədələnməsi
253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş
ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə
əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və
tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə
təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya
zədələnməsinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd
min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
253.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin
zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə -
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
253.3. Eyni inzibati xəta:
253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq
sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir
ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə
görə -
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan
on beş min manatadək məbləğdə cərimə edilir;
253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə
zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə,
hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə,
habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan
kəsilməsinə görə -
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan
on iki min manatadək məbləğdə cərimə edilir;
253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da
daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə
Dostları ilə paylaş: |