WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən
hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin
görülməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı
qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin
və onların avadanlığının
zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa),
aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən
piyada və ya nəqliyyat vasitəsi
ilə keçməyə görə-
əlli manat məbləğində cərimə edilir.
293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan
Azərbaycan Respublikasının hava məkanında səsdən
iti sürətlə uçuşa görə-
dörd yüz manat məbləğində cərimə edilir.
Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava
gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın)
qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya
qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı
hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının
pozulması
295.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və
onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və
buraxılış rejiminə riayət
edilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat
məbləğində cərimə edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin
təhlükəsizliyinin
təmin edilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat
məbləğində cərimə edilir.
295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava
gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi
qaydasının pozulmasına görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl
etməməyə görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr
və predmetlər daşıma qaydalarının pozulması
296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının
pozulmasına görə-
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz
manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
296.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma
qaydalarının pozulmasına görə-
təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə, fiziki
şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz
əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 297. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının
pozulması
297.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə,
plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının,
paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün
istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
297.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş
konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 298. Hava gəmisində davranış qaydalarının pozulması
298.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun
bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni
sərəncamlarının yerinə yetirilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
298.2. Hava gəmisində kompyuter, foto və video çəkiliş, elektrik
(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına
görə-
yüz manat məbləğində cərimə edilir.
298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə
quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların
zədələnməsi və yaxud sıradan çıxarılmasına görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret
çəkmə
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret
çəkməyə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 300. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol
obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının
zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş
qabaritlərə
əməl edilməməsinə görə-