Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən 
hər  cür  atəşə,  raketin  buraxılmasına,  partlayış  işlərinə  və  digər  işlərin 
görülməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
293.3.  Binalarda  və  tikililərdə  gecə  və  gündüz  işarələri  və  ya  nişanlı 
qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
293.4. Aerodrom  avadanlığının,  aerodrom  işarələrinin,  hava  gəmilərinin 
və onların avadanlığının zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
293.5.  Lazımi  icazə  olmadan  aeroportların  (aerovağzallardan  başqa), 
aerodromların,  uçuşların  radio  və  işıq  təminatı  obyektlərinin  ərazisindən 
piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə- 
əlli manat məbləğində cərimə edilir.
 
293.6. Müvafiq  icra  hakimiyyəti  orqanının  xüsusi  icazəsi  olmadan 
Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə- 
dörd yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava 
gəmisinin  hissələrinin  və  ya  onun  daşıdığı  əşyaların  (yüklərin,  baqajın) 
qanunsuz götürülməsi 
  
Aviasiya  qəzasını  araşdıran  komissiyanın  icazəsi  olmadan,  aviasiya 
qəzasının  baş  verdiyi  yerdə  qəzaya  uğramış  hava  gəmisinin  hər  hansı 
hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə- 
beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə  295.  Aviasiya  təhlükəsizliyinin  təmin  edilməsi  qaydalarının 
pozulması 
  
295.1.  Aeroportun  ərazisində  yerləşən  müəssisə,  idarə  və  təşkilatlar  və 
onların  işçiləri  tərəfindən  obyektdaxili  rejimin  təmin  olunmamasına  və 
buraxılış rejiminə riayət edilməməsinə görə- 
vəzifəli  şəxslər  beş  yüz  manat  məbləğində,  hüquqi  şəxslər  min  manat 
məbləğində cərimə edilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
295.2.  Hava  gəmisinin  istismarçısı  tərəfindən  hava  gəmilərinin 
təhlükəsizliyinin təmin edilməməsinə görə- 
 vəzifəli  şəxslər  min  manat  məbləğində,  hüquqi  şəxslər  üç  min  manat 
məbləğində cərimə edilir. 
295.3.  Aviasiya  təhlükəsizliyi  üzrə  əməkdaş  tərəfindən  yerdə  hava 
gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. 
295.4.  Hava  gəmilərinin  yoxlanılması  və  onlara  baxış  keçirilməsi 
qaydasının pozulmasına görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. 
295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl 
etməməyə görə- 
fiziki  şəxslər  əlli  manat  məbləğində,  vəzifəli  şəxslər  beş  yüz  manat 
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
  
Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr 
və predmetlər daşıma qaydalarının pozulması 
  
296.1.  Hava  yolu  ilə  sərnişin,  baqaj,  yük,  poçt  daşıma  qaydalarının 
pozulmasına görə- 
fiziki  şəxslər iyirmi  manatdan  otuz  manatadək məbləğdə,  vəzifəli  şəxslər yüz 
manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
296.2.  Hava  nəqliyyatında  təhlükəli  maddələr  və  predmetlər  daşıma 
qaydalarının pozulmasına görə- 
təhlükəli  maddələr  və  predmetlər  müsadirə  edilməklə  və  ya  edilməməklə,  fiziki 
şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz 
əlli manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 297.  Hava  nəqliyyatında  yüklərin  qorunması  qaydalarının 
pozulması 
  
297.1.  Konteynerlərin  plomblarının  və  kilidlərinin  zədələnməsinə, 
plomblarının  qırılmasına,  ayrı-ayrı  yüklərin  və  onların  qutularının, 
paketlərinin,  habelə  hava  nəqliyyatında  yükdaşıma  ilə  əlaqədar  işlər  üçün 
istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
297.2.  Hava  nəqliyyatında  yükdaşıma  üçün  nəzərdə  tutulmuş 
konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 298. Hava gəmisində davranış qaydalarının pozulması 
  
298.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun 
bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi 
ilə  gəmi  kapitanının  (yaxud  onun  adından  digər  heyət  üzvünün)  qanuni 
sərəncamlarının yerinə yetirilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
298.2.  Hava  gəmisində  kompyuter,  foto  və  video  çəkiliş,  elektrik 
(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına 
görə- 
yüz manat məbləğində cərimə edilir.
 
298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə 
quraşdırılmış  cihazların,  habelə  təhlükəsizliyi  təmin  edən  digər  qurğuların 
zədələnməsi və yaxud sıradan çıxarılmasına görə- 
iki yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 299.  Hava  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə  siqaret 
çəkmə 
  
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 300.  Dəmir  yolu  nəqliyyatında  hərəkətin  təhlükəsizliyinin 
təmin edilməsi qaydalarının pozulması 
  
300.1.  Dəmir  yolunun,  qardan  mühafizə  çəpərlərinin  və  digər  yol 
obyektlərinin,  siqnalizasiya  və  rabitə  qurğularının  və  avadanlığının 
zədələnməsinə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
300.2.  Yük  vurulması  və  boşadılması  zamanı  müəyyən  olunmuş 
qabaritlərə əməl edilməməsinə görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə