Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə56/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Dəniz  və  çay  nəqliyyatında  siqnalizasiya  və  rabitə  qurğularının  və 
avadanlığının zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 310. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması 
  
Gəminin  məcburi  olan  qeydiyyata  alınmasından  boyun  qaçırmağa, 
gəminin müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində 
qeydiyyata  alınmasına  və  ya  gəmi  reyestlərinə  daxil  olan  məlumatların 
dəyişdirilməsi barədə xəbər verilməməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə 311. Kiçik həcmli gəmilərin istismar qaydalarının pozulması 
  
Müvafiq  icra  hakimiyyəti  orqanının nəzarəti  altında  olan  kiçik  həcmli 
gəmilərdən,  onların  dayanması  üçün  bazalardan  (qurğulardan)  istifadə 
qaydalarının pozulmasına görə- 
yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini idarə etmək hüququ 
altı aydan iki ilədək müddətə məhudlaşdırılır.
 
  
Maddə 312.  Limanlarda  yükvurma,  yükləri  boşaltma  və  yığma 
qaydalarının pozulması 
  
Limanlarda  yükvurma,  yükləri  boşaltma  və  yığma  qaydalarının 
pozulmasına görə- 
fiziki 
şəxslər 
əlli manat məbləğində, 
vəzifəli 
şəxslər 
iki 
yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə  313.  Dəniz  Limanları  Reyestrinin  aparılması  qaydalarının 
pozulması 
  
313.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulmasına 
görə - 
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir. 
313.2.  Dəniz  Limanları  Reyestrinin  aparılması  üçün  zəruri  olan 
məlumatların  təqdim  edilməməsinə  və  ya  vaxtında  təqdim  edilməməsinə, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
yaxud  yanlış  məlumatların  verilməsinə  görə,  həmçinin  reyestrə  daxil  olan 
məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə - 
iki yüz manat məbləğində cərimə edilir. 
 
 
Maddə  314.  Dəniz  limanlarında  gəmi  agenti  xidmətlərinin  qanunsuz 
göstərilməsi 
  
Gəmi  agenti  xidmətlərin  göstərilməsi  üçün  sertifikat  olmadan  dəniz 
limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə - 
fiziki  şəxslər  iki  yüz  manat məbləğində, hüquqi  şəxslər  yeddi  yüz 
manat məbləğində cərimə edilir. 
  
 Maddə  315. Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı “Gəmi  və  liman 
vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin pozulması
 
 
 
Dəniz  limanının  “Gəmi  və  liman  vasitələrinin  mühafizəsi  haqqında  Beynəlxalq 
Məcəllə”də nəzərdə tutulmuş sənədlər olmadan fəaliyyət göstərməsinə görə -
 
vəzifəli 
şəxslər 
üç 
yüz manat məbləğində, hüquqi 
şəxslər 
min 
manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 316.  Dəniz  və  çay  nəqliyyatında  təhlükəli  maddələr  və 
predmetlər aparma qaydalarının pozulması 
  
Dəniz  və  çay  nəqliyyatında  təhlükəli  maddələr  və  predmetlər  aparma 
qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə 317.  Dəniz  və  çay  nəqliyyatında  yüklərin  qorunması 
qaydalarının pozulması 
  
317.1.  Yükdaşıma  üçün  nəzərdə  tutulmuş  üzən  nəqliyyat  vasitələrinin, 
habelə daşıma mexanizmlərinin zədələnməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
317.2.  Konteynerlərin  zədələnməsinə,  plomblarının  və  kilidlərinin 
zədələnməsinə,  plomblarının  qırılmasına,  ayrı-ayrı  yükləri  və  onların 
qutularını, paketlərini, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
konteyner  məntəqələrinin  (meydançalarının)  və  yük  daşımaları  ilə  əlaqədar 
işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə- 
yüz əlli manat məbləğində cərimə edilir.
 
  
Maddə 318.  Dəniz  və  çay  nəqliyyatında  müəyyən  edilməmiş  yerlərdə 
siqaret çəkmə 
  
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə 
görə- 
qırx manat məbləğində cərimə edilir.
 
  
Maddə 319. Nəqliyyatda biletsiz getmə 
  
319.1. Şəhərdaxili 
(rayondaxili) 
sərnişin 
daşımaları 
yerinə 
yetirən avtobusda sərnişin biletsiz getməyə görə- 
beş manat məbləğində cərimə edilir.
 
319.2. Şəhərlərarası 
(rayonlararası) 
sərnişin 
daşımaları 
yerinə 
yetirən avtobusda sərnişin biletsiz getməyə görə- 
on beş manat məbləğində cərimə edilir. 
319.3. Beynəlxalq  marşrut  üzrə  hərəkət  edən  avtobusda sərnişin  biletsiz 
getməyə görə- 
iyirmi beş manat məbləğində cərimə edilir. 
319.4. Dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
otuz manat məbləğində cərimə edilir.
 
319.5. Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
otuz beş manat məbləğində cərimə edilir.
 
319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
  
Maddə 320. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparma 
  
320.1. Şəhərdaxili 
(rayondaxili) 
sərnişin 
daşımaları 
yerinə 
yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə- 
iyirmi manat məbləğində cərimə edilir.
 
320.2. Şəhərlərarası 
(rayonlararası) 
sərnişin 
daşımaları 
yerinə 
yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə