Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə59/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq 
hərəkət edilməsinə görə - 
yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə  332.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs 
tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 
  
332.1.  Nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxsin nəqliyyat 
vasitəsində  olması  halları  istisna  olmaqla,  nəqliyyat  vasitəsinin  etibarnamə 
olmadan idarə edilməsinə görə- 
qırx manat məbləğində cərimə edilir.
 
332.2.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmadan  nəqliyyat 
vasitəsinin idarə edilməsinə görə- 
yüz manat məbləğində cərimə edilir.
 
332.3.  Bu  Məcəllənin  332.2-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  və  ya  nəqliyyat 
vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılmış  şəxs  tərəfindən  nəqliyyat 
vasitəsinin idarə edilməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.
 
332.4.  Bu  Məcəllənin  332.2-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta 
nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- 
dörd  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
332.5.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ 
olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə- 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
332.6.  Bu  Məcəllənin  332.5-ci  maddəsində  nəzərdə  tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında 
qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
332.7. Bu  Məcəllənin  332.5-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta 
nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - 
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qeyd: Bu  Məcəllənin  332.1,  335.1,  336.1  və  337.1-ci  maddələrində  “nəqliyyat  vasitəsinə  sahiblik 
hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi 
əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.
 
 
 
Maddə  333.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxs 
tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop 
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması 
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
  
333.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxs  tərəfindən 
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən 
və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  olunması  nəticəsində 
sərxoş vəziyyətdə idarə edilməsinə görə- 
dörd  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək 
hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
 
333.2.  Bu  Məcəllənin  333.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 
dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini 
idarə  etmək  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq 
olunur.
 
333.3.  Bu  Məcəllənin  333.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta 
nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- 
nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla 
yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 
iki  il  müddətinə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin 
şəxsiyyəti  nəzərə  alınmaqla,  on  beş  gündən  bir  ayadək  müddətə  inzibati  həbs  tətbiq 
olunur.
 
333.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ 
olan  şəxs  tərəfindən  belə  nəqliyyat  vasitəsinin  sərxoş  vəziyyətdə  sərnişin 
daşımaqla idarə edilməsinə görə - 
nəqliyyat 
vasitəsini 
idarə 
etmək 
hüququ 
iki 
il 
müddətinə 
məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq 
olunur. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
333.5. Bu  Məcəllənin  333.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xəta 
nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - 
nəqliyyat 
vasitəsini 
idarə 
etmək 
hüququ 
iki 
il 
müddətinə 
məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd:
 
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və 
yaxud  narkotik  vasitələrin,  psixotrop  və  digər  güclü  təsir  edən  maddələrin  qəbulunu  göstərdiyi  halda 
şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
 
2. Nəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  qaydaları 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
  
Maddə  334.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs 
tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop 
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması 
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
  
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən 
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən 
və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  olunması  nəticəsində 
sərxoş vəziyyətdə idarə edilməsinə görə- 
beş  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 
törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  on  beş  günədək  müddətə  inzibati  həbs  tətbiq 
olunur.
 
334.2.  Bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
334.3.  Bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
törədilməsi  və  yol  hərəkəti  qaydalarının  pozulması  nəticəsində zərər  çəkmiş 
şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş 
şəxsə maddi zərər vurulmasına görə- 
səkkiz  yüz  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq 
olunur.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə