Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə57/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
otuz manat məbləğində cərimə edilir. 
320.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz 
aparılmasına görə- 
qırx manat məbləğində cərimə edilir. 
320.4. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- 
qırx manat məbləğində cərimə edilir.
 
320.5. Dəniz və çay nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- 
əlli manat məbləğində cərimə edilir.
 
320.6. Hava nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə- 
altmış manat məbləğində cərimə edilir.
 
  
Maddə 321. Sənədsiz sərnişin daşıma 
  
Beynəlxalq  daşımalar  həyata  keçirən  şəxs  tərəfindən  müvafiq  dövlətin 
ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinin 
daşınmasına görə- 
fiziki  şəxslər  iki  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  dörd  yüz  manat 
məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə  322.  Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  baqaj  daşınması 
qaydalarının pozulması 
  
322.0. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının 
pozulmasına, yəni: 
322.0.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) 
və  beynəlxalq  marşrutlar  üzrə  hərəkət  edən  avtobusların  müəyyən  edilmiş 
hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına; 
322.0.2.  “Taksi”  tanınma  nişanları,  taksometr  və  ya  sərnişin  və  baqaj 
daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan 
taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə
322.0.3.  müəyyən  edilmiş  tarifdən  daha  yüksək  gediş  haqqının  tətbiq 
edilməsinə; 
322.0.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) 
və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
322.0.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) 
və  beynəlxalq  marşrutlar  üzrə  hərəkət  edən  avtobuslarda  aparılmasına  yol 
verilməyən əşyaların daşınmasına; 
322.0.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə 
əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə
322.0.7.  taksi  minik  avtomobilində,  müntəzəm  və  ya  qeyri-müntəzəm 
şəhərdaxili  (rayondaxili),  şəhərlərarası  (rayonlararası)  və  beynəlxalq 
marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına 
və  baqajın  kütləsinə  dair  müəyyən  olunmuş  tələblərə  riayət  olunmamasına 
görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 323. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında 
nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması 
  
323.1.  Avtomobil  nəqliyyatı  ilə  yüklərin  daşınması  qaydalarının  şamil 
edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə 
tutulmuş  qalaq  (tökülən)  yüklərin,  tikinti  materiallarının,  heyvanların  və  ya 
quşların,  çörək  və  çörək-bulka  məmulatlarının  daşınması  şərtlərinin 
pozulmasına görə- 
qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.
 
323.2. 
Əmtəə 
təyinatlı 
yüklərin 
əmtəə-nəqliyyat 
qaiməsi 
ilə 
rəsmiləşdirilmədən daşınmasına görə- 
iyirmi manat məbləğində cərimə edilir.
 
  
Maddə 324. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə 
sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması 
  
324.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin 
və yük daşınmasına görə- 
yüz manat məbləğində cərimə edilir.
 
324.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi 
razılıq (lisenziya) şərtlərinin pozulmasına görə- 
əlli manat məbləğində cərimə edilir.
 
 
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə  325.  Pasport  olmadan  avtovağzal  (avtostansiya)  fəaliyyəti  ilə 
məşğul  olma  və  pasportla  müəyyən  edilmiş  müvafiq  kateqoriyaya  uyğun 
texnoloji prosesi pozma 
  
325.1.  Pasport  olmadan  avtovağzal  (avtostansiya)  fəaliyyəti  ilə  məşğul 
olmağa görə- 
min beş yüz manat məbləğində cərimə edilir.
 
325.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya 
uyğun texnoloji prosesinin pozulmasına görə- 
beş yüz manat məbləğində cərimə edilir.
 
 
 
Maddə 326. Avtonəqliyyat 
vasitələrinin 
texniki 
vəziyyətinin 
yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi 
  
Sərnişin  və  yük  daşımalarını  yerinə  yetirən  avtonəqliyyat  vasitələrinin 
texniki  vəziyyətinin  reysqabağı  yoxlanılmasının,  həmin  avtonəqliyyat 
vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil 
edilməməsinə görə - 
vəzifəli  şəxslər beş  yüz  manatdan  səkkiz  yüz  manatadək məbləğdə,  hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 29 
  
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə  327.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən  yol  hərəkəti 
qaydalarının pozulması 
  
327.1.  Yol  nişanlarının  və  ya  yolların  hərəkət  hissəsinin  işarələrinin 
tələblərinə riayət  edilməməsinə,  yaxud nəqliyyat  vasitəsinin  yolların  hərəkət 
hissələrində 
yerləşdirilməsi, 
yaxud 
araməsafəsi, yedəyə 
alma, 
yük 
daşıma, sürmə  təlimi keçmə, yaşayış zonasında hərəkət  etmə, əks  istiqamətli 
hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, 
səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
nəzərdə  tutulmamış  hallarda  yolun  çiyni  ilə  hərəkət  edilməsinə,  nəqliyyat 
vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə