Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
288.0.6.  istehsal  mənşəyinə  görə  adlar  verilən  və  yüksək  keyfiyyətli 
(markalı)  bitkiçilik  məhsullarının  istehsalı  məqsədi  ilə  bitkilərə  pestisidlərin, 
bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə
288.0.7.  tərkibində  pestisidlərin,  bioloji  preparatların  və  onların 
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik 
məhsullarının satılmasına; 
288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, 
su  fondu  torpaqlarında,  suqoruyucu  və  xüsusi  qorunan  digər  ərazilərdə 
pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması 
  
289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) 
tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda 
heyvanların kəsilməsinə; 
289.0.2.  heyvan  mənşəli  məhsulların  baytarlıq  (baytarlıq-sanitariya) 
ekspertizası aparılmadan satışına və istehsalına; 
289.0.3.  heyvanların  kütləvi  xəstələnməsi  və  ya  onların  qeyri-adi 
vəziyyətləri,  heyvan  tələfatı  halları  haqqında  müvafiq  icra  hakimiyyəti 
orqanına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə
289.0.4.  yoluxucu  xəstəliklərin  qarşısının  alınması  üzrə  karantin 
tədbirlərinin  və  baytarlıq  (baytarlıq-sanitariya)  qaydalarının,  yaxud  dövlət 
baytarlıq  nəzarətini  həyata  keçirən  orqanların  epizootiya  əleyhinə  dair 
qərarlarının pozulmasına və ya icra edilməməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz 
manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması 
  
290.1.  İt,  pişik  və  digər  ev  heyvanlarının  saxlanılması  qaydalarının 
pozulmasına, yəni: 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
290.1.1.  ev  heyvanlarının  qadağan  edilmiş  yerlərdə  saxlanılmasına, 
qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə
290.1.2.  ev  heyvanlarının  nəqliyyat  vasitələri  ilə  aparılması  şərtlərinin 
pozulmasına; 
290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
saydan artıq saxlanılmasına; 
290.1.4.  itlərin  cilovsuz,  iri  itlərin  isə  həmçinin  buruntaqsız  ümumi 
məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə
290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və 
ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən 
ev heyvanlarının gəzdirilməsinə; 
290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 
290.1.7.  yarış  vaxtı  və  ya  heyvanın  sağlamlığı  və  rifahı  üçün  təhlükə 
yarada  bilən  digər  hallarda  ev  heyvanlarının  təbii  imkanlarının  artırılması, 
yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki 
üsulların tətbiq edilməsinə; 
290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının 
xarici  görkəmini  dəyişdirmək  və  ya  digər  qeyri-müalicəvi  məqsədlə  cərrahi 
əməliyyatların  (quyruğun  kəsilməsi, qulaqlarının  kəsilməsi,  devokalizasiya, 
dırnaq və dişlərin çıxarılması) aparılmasına; 
290.1.9.  ev  heyvanı  saxlayan  və  ya  ona  baxan  şəxs  tərəfindən  ev 
heyvanlarına  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.
 
290.2.  Bu  Məcəllənin  290.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
üç yüz manat məbləğində cərimə edilir.
 
290.3.  Bu  Məcəllənin  290.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətalar 
nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına  yüngül  bədən  xəsarətinin 
yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu  Məcəllənin  290.3-cü  maddəsi  həmin  maddədə  göstərilən  əməllər  Azərbaycan 
Respublikası Cinayət  Məcəlləsinin müvafiq  maddələrinə  əsasən  cinayət  məsuliyyətinə
 
səbəb  olmadıqda 
tətbiq edilir.
 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 291.  Qırmızı  kitaba  daxil  edilmiş  heyvan  və  bitki  növlərinin 
qorunması üzrə tələblərin pozulması 
  
Azərbaycan  Respublikasının  Qırmızı  kitabına  daxil  edilmiş  və  xüsusi 
mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi 
üzrə tələblərin yerinə yetirilməməsinə görə- 
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 292.  Zooloji  kolleksiyaların  yaradılması  və  onlarla  ticarət 
qaydalarının pozulması 
  
292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, 
istifadəsi,  dövlət  uçotuna  alınması,  Azərbaycan  Respublikasına  gətirilməsi, 
onun  hüdudlarından  kənara  göndərilməsi  və  ya  aparılması  qaydalarının 
pozulmasına görə- 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, 
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə- 
fiziki  şəxslər  iki  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  min  manat  məbləğində, 
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 
  
FƏSİL 28 
  
Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə 
olan qaydalar əleyhinə inzibati xətalar 
  
Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması 
  
293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş 
işarələrə  və  ya  nişanlı  qurğulara  oxşar  hər  hansı  işarə  və  ya  qurğu 
yerləşdirilməsinə  və  ya  müvafiq  icazə  olmadan  pirotexnik  məmulat 
yandırılmasına,  yaxud  hava  gəmilərinin  uçuşları  üçün  təhlükəli  quşların 
kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə- 
əlli manat məbləğində cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə