Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
268.0.  Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  tələblərinin  yerinə 
yetirilməməsinə və ya pozulmasına, yəni: 
268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin 
təmin edilməməsinə; 
268.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin 
edilməməsinə; 
268.0.3.  qida  məhsulları  istehsalı  və  istifadəsi  zamanı  radiasiya 
təhlükəsizliyinin təmin edilməməsinə
268.0.4.  tibbi  rentgen-radioloji  prosedurlar  keçirilən  zaman  əhalinin 
radiasiya təhlükəsizliyinin təmin edilməməsinə; 
268.0.5.  radiasiya  qəzası  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməməsinə görə- 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  on  iki  min 
manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 269.  Hidrometeorologiya  fəaliyyəti  haqqında  qanunvericiliyin 
pozulması 
  
269.0. 
Hidrometeorologiya 
fəaliyyəti 
haqqında 
qanunvericiliyin 
pozulmasına, yəni: 
269.0.1.  hidrometeorologiya  fəaliyyəti  üzrə  normativ-texniki  sənədlərin 
tələblərinə  hidrometeorologiya  və  təbii  mühitin  monitorinqi  üzrə 
məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə
269.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan 
Respublikasının  dövlət  məlumatlar  fondunun  materiallarının  fondun 
sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin 
çıxarılmasına; 
269.0.3.  hazırlanmış  materialların  bir  nüsxəsinin hidrometeorologiya  və 
təbii  mühitin  monitorinqi  üzrə  məlumatların  istehsalçıları  tərəfindən, 
müəlliflik  və  mülkiyyət  hüquqları  saxlanılmaqla, xidməti  istifadə  üçün 
hidrometeorologiya  və  təbii  mühitin  monitorinqi  üzrə  Azərbaycan 
Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
269.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə 
rəsədxanalar,  stansiyalar  və  digər  müşahidə  məntəqələri  yerləşən  torpaq 
sahələrinin  və  su  obyektlərinin  mülkiyyətçiləri  və  istifadəçiləri  tərəfindən 
həmin  məntəqələrin  və  ölçmə  vasitələrinin  toxunulmazlığının  təmin 
edilməməsinə,  onların  korlanması  və  məhv  edilməsi barədə müvafiq  orqana 
məlumat  verilməməsinə  və  ya  məntəqələrdə  hidrometeoroloji  işlərin 
aparılması üçün lazımi şərait yaradılmamasına; 
269.0.5.  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  müşahidə 
şəbəkələrinin 
köçürülməsinə, 
yerlərinin 
dəyişdirilməsinə, yenilərinin 
quraşdırılmasına va ya fəaliyyətinin dayandırılmasına; 
269.0.6.  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  atmosfer 
proseslərinə  fəal  təsir  işlərini  həyata  keçirən  texniki  komplekslərdən  başqa 
məqsədlər üçün istifadə edilməsinə
269.0.7.  hidrometeoroloji  müşahidə  şəbəkələrinin  ətrafındakı  mühafizə 
zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 270.  Geodeziya  və  kartoqrafiya  haqqında  qanunvericiliyin 
pozulması 
  
270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, 
yəni: 
270.0.1.  dövlət  qeydiyyatına  alınmamış  və  ya  patenti  alınmamış,  yaxud 
sertifikatlaşdırılmamış  geodeziya  və  kartoqrafiya  materiallarının  və 
məlumatlarının,  xüsusi  təyinatlı  geodeziya  və  kartoqrafiya  avadanlığının  və 
cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə
270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların 
korlanmasına, yaxud məhv edilməsinə
270.0.3.  dövlət  geodeziya  və  kartoqrafiya  xidməti  orqanının  razılığı 
olmadan  dövlət  geodeziya-istinad  məntəqələrinin  və  yerüstü  nişanların 
yerlərinin  dəyişdirilməsinə,  habelə  belə  məntəqə  və  nişanların  yenidən 
qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
manatdan min üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 271.  Sənaye  və  məişət  tullantılarının  qalaqlanması  və 
yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi 
  
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, 
göstərilən  tullantıları  yandırarkən  ətraf  mühitin  mühafizəsi  tələblərinə  əməl 
edilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan 
səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  272.  Balıq  və  digər  su  bioresurslarının  mühafizəsi  və  ov 
qaydalarının pozulması 
  
272.1.  Balıq  və  digər  su  bioresurslarının  mühafizəsi  qaydalarının 
pozulmasına görə- 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min 
yeddi yüz manatadək məbləğdə cərimə edilir.
 
272.2.  Balıqçılıq  su  obyektlərində  istismar  edilən  su  təsərrüfatı 
obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə - 
 fiziki  şəxslər  yeddi  yüz  manatdan  min  manatadək məbləğdə,  vəzifəli 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki 
min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 
272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan 
və  ya  qadağan  edilmiş  yerlərdə,  yaxud  qadağan  olunmuş  müddətlərdə, 
qadağan  edilmiş  alətlərlə  və  ya  üsullarla  ov  edilməsinə),  habelə  digər  ov 
qaydalarının müntəzəm pozulmasına görə- 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmetlər  müsadirə  edilməklə  və  ya  müsadirə  edilməməklə,  min  manatdan  iki  min 
manatadək  məbləğdə  cərimə  edilir,  yaxud  altı  aydan  iki  ilədək  müddətə  ov  hüququ 
məhdudlaşdırılır.
 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə