Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya 
məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi 
icazə olmadan kəsilməsinə görə - 
fiziki  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  məbləğdə,  vəzifəli 
şəxslər  beş  min  manatdan  altı  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər  iyirmi  min 
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir;
 
253.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq 
ərazilərinin  kadastrında  olan hər  bir  ağacın və  ya  kol  əkililərinin 
zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə  qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə - 
fiziki  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə, 
vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi 
beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 253.3.1, 253.3.2, 253.3.3 və ya 253.3.4-cü maddələrinə əsasən bir neçə ağacın və 
ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq 
edilən  inzibati  cərimənin  məbləği  bu  Məcəllənin  25.4-cü  maddəsində  hüquqi  və  fiziki  şəxsə,  həmçinin 
vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.
 
  
Maddə 254.  Meşəqırma  biletində  (orderində)  və  ya  meşə  biletində 
nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə 
  
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş 
məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə - 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz 
min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 255.  Meşələrin  bərpası,  məhsuldarlığının  artırılması,  cins 
tərkibinin  yaxşılaşdırılması  və  yetişmiş  oduncaq  ehtiyatlarından  istifadə 
qaydalarının pozulması 
  
Meşələrin  bərpası,  məhsuldarlığının  artırılması,  cins  tərkibinin 
yaxşılaşdırılması  və  yetişmiş  oduncaq  ehtiyatlarından  istifadə  qaydalarının 
pozulmasına görə - 
fiziki şəxslər beş yüz əlli manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər 
iki  min  beş  yüz  manatdan  üç  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər  səkkiz  min 
manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 256. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin 
zədələnməsi və ya korlanması 
  
Meşə  fondu  torpaqlarında  biçənəklərin  və  ya  otlaq  sahələrinin 
zədələnməsinə və ya korlanmasına görə - 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz 
manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 257.  Meşə  fondu  sahələrində  özbaşına  ot  biçilməsi  və  ya  mal-
qara  otarılması,  özbaşına  yabanı  meyvə,  qoz-fındıq,  göbələk,  giləmeyvə 
yığılması 
  
Meşə  fondu  sahələrində  özbaşına  ot  biçilməsinə  və  ya  mal-qara 
otarılmasına  və  ya  yabanı  meyvə,  qoz-fındıq,  göbələk,  giləmeyvə  və  sair 
yığılması  qadağan  edilən  və  ya  buna  ancaq  meşə  biletləri  üzrə  yol  verilən 
sahələrdə onların özbaşına yığılmasına görə - 
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan 
altı min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 258. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını 
alan  qurğuları  olmayan  istehsal  obyektlərinin  tikilməsi  və  ya  istifadəyə 
verilməsi 
  
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları 
olmayan  istehsal  obyektlərinin  və  ya  digər  obyektlərin  tikilməsinə  və  ya 
istifadəyə verilməsinə görə- 
fiziki  şəxslər  yeddi  yüz  manatdan  doqquz  yüz  manatadək  məbləğdə,  vəzifəli 
şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz 
min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 259.  Meşə  fondu  torpaqlarında  meşəsuvarma  şəbəkələrinin, 
drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və ya korlanması 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Meşə  fondu  torpaqlarında  meşəsuvarma  şəbəkələrinin,  drenaj 
sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  altı  min 
manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 260.  Meşə  fondu  torpaqlarında  məhdudlaşdırıcı  nişanların 
(sərhəd,  kvartal  və  digər  göstərici  dirəklərin)  məhv  edilməsi  və  ya 
zədələnməsi 
  
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və 
digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə- 
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min 
beş  yüz  manatdan  üç  min  manatadək  məbləğdə,  hüquqi  şəxslər  beş  min  beş  yüz 
manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 261. Meşə üçün faydalı faunanın məhv edilməsi 
  
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə- 
fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər 
iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi 
min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 262.  Su  obyektlərindən  və  sudan  istifadə  qaydalarının 
pozulması 
  
262.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
262.1.1.  su  obyektlərində  hidrotexniki  və  digər  qurğuların  özbaşına 
tikilməsinə; 
262.1.2. su obyektlərinin özbaşına tutulmasına; 
262.1.3. su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən 
edilmiş şərtlərin pozulmasına görə - 
fiziki  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək məbləğdə,  vəzifəli 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç 
min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 
262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni: 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə