Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz 
manatdan  üç  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  üç  yüz  manatdan  dörd  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
225.2.  Dopinq  vasitələrinin  hazırlanmasının,  istehsalının,  istifadəsinin 
vasitə  və  metodları,  onların  əldə  edilməsi  mümkün  olan  yerlər  haqqında 
məlumatların yayılmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan 
iki  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək 
məbləğdə cərimə edilir.
 
  
Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması 
  
Bədən  tərbiyəsi-idman  təşkilatları,  idmançılar,  məşqçilər,  həkimlər  və 
digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 

yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 24 
  
Mülkiyyət əleyhinə olan inzibati xətalar 
  
Maddə 227. Xırda talama 
  
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən 
sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, 
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 
isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
 
Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.
 
  
Maddə 228. Lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə 
  
Lisenziya və  ya  icazə olmadan  və  ya həmin  sənəddə nəzərdə  tutulmuş 
şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə- 
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki 
min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  beş  min 
manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 229. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması 
  
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə- 
fiziki  şəxslər əlli  manatdan  yüz  manatadək məbləğdə,  vəzifəli  şəxslər üç  yüz 
manatdan  dörd  yüz  manatadək məbləğdə,  hüquqi  şəxslər min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 230. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi 
  
“Heyvanlar  aləmi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 
nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən 
götürülməsinə və ya onlardan istifadə edilməsinə görə- 
fiziki  şəxslər  iki  yüz  manatdan  beş  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan 
yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 231. Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulması 
  
231.1. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni 
irs  obyektlərinin  Azərbaycan  Respublikasının  ərazisindən  qanunsuz 
aparılmasına görə- 
fiziki  şəxslər  min  beş  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  min  manat 
məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
 
231.2.  Mühafizə  dərəcəsi  tətbiq  edilmiş  mədəni  sərvətlərin  müvafiq  icra 
hakimiyyəti  orqanı  ilə  razılaşdırılmadan  sökülməsinə,  məhv  edilməsinə, 
parçalanmasına,  yeni  quruluşa  salınmasına,  başqa  yerə  köçürülməsinə  və 
zahiri görkəminin dəyişdirilməsinə görə- 
fiziki  şəxslər  min  beş  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  min  manat 
məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
 
231.3. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin 
qorunması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq 
tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  istifadəsi  üzrə  tələblərin 
pozulmasına görə- 
xəbərdarlıq  edilir  və  ya  fiziki  şəxslər  əlli  manatdan  yüz  manatadək  məbləğdə, 
vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
231.4.  Bu  Məcəllənin  231.3-cü  maddəsində  nəzərdə  tutulmuş  xətanın 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, 
hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 231.1 - 231.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
 
  
Maddə 232. Təsərrüfat əkinlərinin korlanması 
  
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər 
nəqliyyat  vasitələrini,  yaxud  at  arabalarını  sürməklə  və  ya  digər  üsullarla 
onların korlanmasına görə- 
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 25 
  
Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik 
qaydaları əleyhinə olan inzibati xətalar 
  
Maddə 233.  Ətraf  mühitə  atılan,  axıdılan  və  ya  basdırılan  zərərli 
maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə 
bilən normativlərdən artıq olması 
  
233.1.  Ətraf  mühitə  atılan,  axıdılan  və  ya  basdırılan  zərərli  maddələrin 
miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi 
şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
233.2.  Ətraf  mühitin  mühafizəsi  məqsədi  ilə  elektromaqnit  sahələrinin 
səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə 
bilən son hədlərinin normativlərinin pozulmasına görə- 
vəzifəli  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin 
pozulması 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə