Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 209. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv 
edilməsi üzrə tədbirlər görülməməsi 
  
Yerli  özünüidarəetmə  orqanlarının  mülkiyyətində,  bitkiçilik  üzrə  kənd 
təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, 
istifadəsində  və  ya  mülkiyyətində  olan  torpaq  sahələrində  aşkar  edilmiş, 
tərkibində  narkotik  maddələr  olan  yabanı  bitkilərin  məhv  edilməsi  üzrə 
tədbirlər görülməməsinə görə- 
fiziki  şəxslər  yüz  əlli  manat məbləğində,  vəzifəli  şəxslər  dörd  yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
  
FƏSİL 23 
  
Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı 
qaydaları əleyhinə olan inzibati xətalar 
  
  
Maddə 210.  Lisenziya  olmadan  özəl  tibbi  fəaliyyətlə və  ya 
əczaçılıqla məşğul olma 
  
210.1.  Lisenziya  olmadan  özəl  tibbi  fəaliyyətlə  və  ya  əczaçılıqla  məşğul 
olmağa görə- 
fiziki şəxslər  iki min  manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş 
min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz 
min manatadək məbləğdə cərimə edilir.
 
210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom 
və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə- 
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 211.  Sanitariya-gigiyena  və  epidemiya  əleyhinə  rejimlərin 
pozulması 
  
Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya 
əleyhinə rejimlərin pozulmasına görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət 
edilməməsi 
  
212.1.  Bu  Məcəllənin  299,  305,  306.4,  318  və  322.0.4-cü  maddələrində 
nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  ilə  qadağan  edilmiş  digər  yerlərdə 
siqaret çəkməyə görə- 
otuz manat məbləğində cərimə edilir.
 
212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin 
ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və 
ya işarəsinin olmasının təmin edilməməsinə görə-
 
vəzifəli  şəxslər  dörd  yüz  manat  məbləğində,  hüquqi  şəxslər  min  manat 
məbləğində cərimə edilir. 
  
Maddə 213. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında 
qanunvericiliyin pozulması 
  
213.0.  Körpələrin  və  erkən  yaşlı  uşaqların  qidalanması  haqqında 
qanunvericiliyin pozulmasına, yəni: 
213.0.1. süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün 
qeyd olunmamasına; 
213.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra 
hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə
213.0.3. süni  qida  məhsullarının  satışını  artırmaq  məqsədi  ilə  tibb 
işçilərinin  və  onların  ailə  üzvlərinin  bu  və  ya  digər  formada 
həvəsləndirilməsinə görə - 
fiziki  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  məbləğdə,  vəzifəli 
şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər 
yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 
214. 
Uşaqların 
icbari 
dispanserizasiyası 
haqqında 
qanunvericiliyin pozulması 
  
214.1.  Uşağın  qanuni  nümayəndəsi  tərəfindən  dispanserizasiya  ilə 
əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
çağırışı  ilə  uşağın  aidiyyəti  tibb  müəssisəsinə  gətirilməməsinə  və  ya  daimi 
yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması 
üçün bir ay müddətində müraciət edilməməsinə görə- 
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
 
214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqların illik 
tibbi baxışdan və zəruri müayinələrdən keçirilməməsinə, uşaqların sağlamlıq 
vəziyyətinin  müəyyən  edilməməsinə  və  qiymətləndirilməməsinə  və  ya  hər 
uşaqla  bağlı  aparılmış  müayinə  və  müalicə-sağlamlaşdırıcı  tədbirlərin 
registrinin  aparılmamasına,  yaxud  uşaqlar  arasında  xəstəliklərin  səbəbləri 
aşkar  edildikdən  sonra  onların  aradan  qaldırılması  üzrə  sosial,  sanitariya-
gigiyena,  epidemiya  əleyhinə  və  müalicə-sağlamlaşdırıcı  tədbirlərin  həyata 
keçirilməməsinə,  yaxud  xəstə  və  xəstələnmə  riski  olan  uşaqların  tibbi-sosial 
müəssisələrdə yerləşdirilməməsinə görə- 
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli  şəxslər yüz əlli manat məbləğində, 
hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.
 
  
Maddə  215.  Sağlamlığın  qorunması  sahəsində  vətəndaşların 
hüquqlarının pozulması 
  
215.1.  Tibb  fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  tərəfindən  dövlət  tibb 
müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara 
verilmiş  lisenziyada  göstərilən  işlərdən  və  xidmətlərdən  kənar  tibb 
fəaliyyətinin həyata keçirilməsinə görə - 
fiziki  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək məbləğdə,  vəzifəli 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min 
manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 
215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi 
yardım  göstərilməsi  tələb  olunan  şəxsləri  bu  yardımı  göstərən  tibb 
müəssisələrinə göndərmədiklərinə görə - 
fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək məbləğdə,  vəzifəli 
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 
  
Maddə 216. Təhsil  və  ya  tibb  müəssisələrində sanitariya-gigiyena  və 
epidemiya əleyhinə rejimlərin pozulması 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə