Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
təşkilatların  adı,  materialların  tirajı  və  buraxılış  tarixi  barədə  məlumatların 
göstərilməməsinə görə- 
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
178.2.  Siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  namizədlər  və  ya 
qeydə  alınmış  namizədlər  barəsində  reklamların  hazırlanmasının  və 
yayılmasının, 
yaxud 
xeyriyyə 
xidməti 
göstərilməsinin 
Azərbaycan 
Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydalarının 
pozulmasına görə- 
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və 
ya  qeydə  alınmış  namizədlərin  yazılı  formada  razılığı  olmadan  seçkiqabağı 
nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında 
məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması 
  
179.1.  Seçicilərin,  qeydə  alınmış  namizədin,  siyasi  partiyaların,  siyasi 
partiyaların  bloklarının  və  namizədlərin  vəkil  edilmiş  şəxslərinin, 
müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum 
üzrə  təşviqat  qruplarının səlahiyyətli  nümayəndələrinin,  kütləvi  informasiya 
vasitələri nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki 
komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid 
məlumatların bilərəkdən təqdim edilməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
179.2. 
Səsvermənin 
yekunlarına 
və 
nəticələrinə 
aid 
məlumatların bilərəkdən Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsində 
nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə- 
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 180. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin 
və piketlərin keçirilməsinə mane olma 
  
“Sərbəst  toplaşmaq  azadlığı  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, 
nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər 
üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan 
otuz min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 181. Təhsil haqqında qanunvericiliyin pozulması 
  
181.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni: 
181.0.1.  təhsilin  hər  hansı  pilləsindən,  səviyyəsindən  və  formasından 
şəxsin məhrum edilməsinə
181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan 
psixoloji zorakılığa yol verilməsinə; 
181.0.3.  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla, 
təhsilalanların  təhsil  prosesi  ilə  bağlı  olmayan  işlərə  və  tədbirlərə  cəlb 
edilməsinə; 
181.0.4.  dövlət  təhsil  və  elmi  tədqiqat  qrantlarının  təhsil  müəssisəsinin 
həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin 
maliyyələşdirilməsinə yönəldilməsinə görə - 
fiziki  şəxslər  yüz  manat  məbləğində,  vəzifəli  şəxslər  üç  yüz  manat  məbləğində, 
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 
  
Maddə  182.  İnsanın  immunçatışmazlığı  virusuna  yoluxması  səbəbinə 
görə təhsil hüququnun pozulması 
  
İnsanın  immunçatışmazlığı  virusuna  yoluxması  səbəbinə  görə  şəxsin 
özünün  və  ya  ailə  üzvlərinin  təhsil  almaq  hüququnun  hər  hansı  formada 
məhdudlaşdırılmasına, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan 
imtina olunmasına və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyət 
qoyulmasına, yaxud təhsil müəssisəsindən xaric edilməsinə görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  manatadək  məbləğdə 
cərimə edilir. 
  
Maddə  183.  İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxslərin 
sosial  xidmət  müəssisələrinə  yerləşdirilməsindən  və  onlara  sosial  xidmət 
göstərilməsindən imtina edilməsi 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
İnsanın  immunçatışmazlığı  virusu  ilə  yaşayan  şəxslərin  sosial  xidmət 
müəssisələrinə yerləşdirilməsindən  və onlara  sosial  xidmət  göstərilməsindən 
imtina edilməsinə görə- 
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  manatadək  məbləğdə 
cərimə edilir. 
  
Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması 
  
184.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni: 
184.1.1.  siyasi  partiya  tərəfindən  dövlət  orqanının  və  ya  vəzifəli  şəxsin 
fəaliyyətinə müdaxilə edilməsinə; 
184.1.2.  “Siyasi  partiyalar  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar 
tərəfindən qəbul edilməsinə
184.1.3.  Azərbaycan  Respublikasının  ərazisində  xarici  dövlətlərin  siyasi 
partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və 
fəaliyyətinə; 
184.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət 
göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak 
etməyə görə- 
fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min 
manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
184.2.  Bu  Məcəllənin  184.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətaların 
inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh  vermə  haqqında  qərar 
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər 
üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan 
otuz min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması 
  
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda 
ziyan vurduqda- 
pirat  nüsxələr,  həmçinin  pirat  nüsxələrin  hazırlanmasında  (istehsal 
edilməsində)  və  yayılmasında  istifadə  olunan  materiallar,  avadanlıqlar  və 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə