Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə33/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
150.14. Ətraf  mühitin  mühafizəsi,  təbiətdən  istifadə  və  ekoloji 
təhlükəsizlik  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  törədilməsinə  görə 
barəsində inzibati  cərimə  tənbeh  növü  tətbiq  edilən  şəxs  qərarı  dərhal  və ya 
qərarın  qanuni  qüvvəyə  mindiyi  gündən  5  iş  günü  müddətində  icra  edərsə, 
tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. 
  
Maddə 151. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası 
  
151.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti  olmuş  predmetin  müsadirəsi  haqqında  qərar  müsadirə  edilmiş 
predmetin  alınması  və  ödənişsiz,  məcburi  olaraq,  dövlət  mülkiyyətinə 
verilməsi yolu ilə icra edilir. 
151.2.  Predmetin  müsadirəsi  haqqında  qərarın  icrası  başa  çatdıqda,  bu 
barədə  müvafiq  qeyd  aparılmaqla  həmin  qərar  onu  qəbul  etmiş  hakimə 
qaytarılır. 
  
Maddə 152. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması 
haqqında qərarın icrası 
  
152.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun  məhdudlaşdırılması 
haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. 
152.2.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılmış  şəxs 
sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin 
alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 
152.3.  Gəmiləri  (kiçik  həcmli  gəmiləri)  idarə  etmək  hüququnun 
məhdudlaşdırılması  haqqında  qərarın  icrası müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir. 
152.4.  Ov  etmə  hüququnun  məhdudlaşdırılması  haqqında  qərarın 
icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
152.5. Barəsində  yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xəta 
törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 
qərarın  icra  edilməməsinə  görə  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun 
məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
olaraq  hesablanmış  dəbbə  pulunu  ödədikdə,  bu  qərara  onu  qəbul  etmiş 
məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. 
  
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması 
müddətinin hesablanması 
  
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında 
qərar  qanuni  qüvvəyə  mindiyi  gündən  həmin  fiziki  şəxs  xüsusi  hüququ 
məhdudlaşdırılmış hesab olunur. 
153.2. Xüsusi  hüququn  məhdudlaşdırılması  haqqında  qərar qanuni 
qüvvəyə  mindiyi  gündən üç  iş  günü  müddətində  xüsusi  hüququ 
məhdudlaşdırılmış  fiziki  şəxs  onun  xüsusi  hüququnu  təsdiq  edən  müvafiq 
sənədi  bu  Məcəllənin 152.2  -  152.4-cü maddələrində  nəzərdə  tutulmuş 
aidiyyəti  orqana  təqdim  etməli  (əgər  həmin  sənəd  bu  Məcəllənin 94.2-
ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi 
hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 
153.3. Xüsusi  hüququ  məhdudlaşdırılmış  fiziki  şəxs  onun  xüsusi 
hüququnu  təsdiq  edən  müvafiq  sənədi  təqdim  etmədikdə,  xüsusi  hüququn 
məhdudlaşdırılması  müddətinin  axımı  dayanır.  Bu  halda  müddətin  axımı 
müvafiq  sənədin  alındığı  və  ya  həmin  sənədin  itirilməsi  barədə  ərizənin 
verildiyi gündən başlayır. 
153.4.  Xüsusi  hüququn  məhdudlaşdırılması  müddəti  qurtardıqda, bu 
Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək 
hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə,barəsində 
həmin  inzibati  tənbeh  növü  tətbiq  edilmiş  şəxsdən  alınan  sənədlər  ona 
qaytarılır. 
153.5. Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun  məhdudlaşdırılması 
müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 
153.5.1. nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  bir  ildən  çox  müddətə 
məhdudlaşdırılmış  şəxslərə  nəqliyyat  vasitəsini  idarə  etmək  vərdişləri  üzrə 
təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə 
məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. 
153.6. Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırılmış  şəxs 
barəsində  bu  Məcəllənin  511.2  və  529.3-cü  maddələrinə  əsasən  nəqliyyat 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
vasitəsini  idarə  etmək  hüququnun  məhdudlaşdırılması  barədə  qərar  qəbul 
edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılması  müddəti  əvvəlki  qərara  əsasən  təyin  edilmiş  nəqliyyat 
vasitəsini  idarə  etmək  hüququnun  məhdudlaşdırılması  müddətinin  son 
günündən etibarən hesablanmağa başlayır. 
  
Maddə 154. İctimai işlər haqqında qərarın icrası 
  
154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, 
barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. 
154.2.  Barəsində  ictimai  işlər  növündə  inzibati  tənbeh  tətbiq  edilən  şəxs 
icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra 
ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. 
154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq 
edilən  şəxslərin  qeydiyyatını  aparır,  onlara  ictimai  işlərin  icrasının  qayda  və 
şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata 
keçiriləcəyi  yerlərin  siyahısını  razılaşdırır,  barəsində  ictimai  işlər  növündə 
inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş 
olduğu vaxtın uçotunu aparır. 
154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər 
ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət 
etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və 
məhkəmənin  qərarında  müəyyən  olunmuş  müddətdə  işləməli  və  yaşayış 
yerini dəyişdikdə, bu barədə icra məmuruna məlumat verməlidirlər. 
154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə 
əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati 
tənbehin icrasını dayandırmır. 
154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrası  zamanı  bu  Məcəllənin  28.4-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar 
yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs 
və ya onun qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi barədə ərizə 
ilə məhkəməyə müraciət edə bilər. 
154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə