Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
150.3. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati 
cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. 
150.4.  İnzibati  cərimə inzibati  xəta  törətmiş  şəxs  tərəfindən yalnız bank, 
poçt,  plastik  kart  və  ya  internet  vasitəsilə ödənilir. Cərimənin  ödənilməsi 
qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan 
səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  inzibati  xətanı  törətmiş  şəxsə 
verilir. Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  törədilməsinə 
görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya 
poçt  müvafiq  ödənişin  edildiyi  barədə  məlumatı  dərhal  elektron  qaydada 
müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. 
150.5.  Bu  Məcəllənin  150.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdə 
inzibati  cərimə  ödənilmədikdə,  onun  ödənilməsi  məqsədi  ilə  inzibati  cərimə 
tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən: 
150.5.1.  fiziki  şəxslər  barəsində  -  onun  əməkhaqqından,  təqaüdündən, 
pensiyasından və ya  digər  gəlirlərindən  tutulması  üçün  inzibati məsuliyyətə 
cəlb  edilmiş  şəxsin  işlədiyi  və  ya  oxuduğu,  yaxud  əməkhaqqı  aldığı 
müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana
150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya 
gəlirlərindən  tutulması  üçün  banka  və  ya  digər  kredit  təşkilatlarına 
göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 
7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında 
pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq 
edilməsi  haqqında  qərarı,  onun  icra  edilməməsinin  səbəbini  göstərməklə, 
qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 
150.6.  İnzibati  məsuliyyətə  cəlb  edilən  fiziki  şəxs  işdən  çıxdıqda  və  ya 
inzibati  cəriməni  onun  əməkhaqqından,  yaxud  digər  gəlirlərindən  tutmaq 
imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb 
edilən  şəxsin  yeni  iş  yerini  göstərməklə  (əgər  bu  mümkündürsə),  ödəmənin 
mümkünsüzlüyünün  səbəblərini,  eləcə  də  ödəmə  olmuşdursa,  bu  barədə 
müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul 
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 
150.7. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs 
işləmirsə,  yaxud  onun  əməkhaqqından  və  ya  digər  gəlirlərindən  inzibati 
cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
digər  kredit  təşkilatlarında  hesabları  barədə  məlumat  və  ya hüquqi  şəxsin 
hesabında  pul  vəsaiti  olmadıqda, yaxud  cərimə  könüllü  qaydada 
ödənilmədikdə  inzibati  cərimə  tətbiq  etmə  haqqında  qərar “İcra  haqqında” 
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi 
icraya yönəldilir. 
150.8. Bu  Məcəllənin 150.2-ci maddəsində  nəzərdə  tutulmuş  müddətdə 
inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq 
etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. 
150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati 
tənbeh  tətbiq  etmə  haqqında  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  məcburi 
icraya  yönəldilmiş  qərarı  2  ay  müddətində,  məhkəmənin  məcburi  icraya 
yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu 
Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta 
haqqında  protokol  tərtib  edir.  Hüquqi  şəxslərə  münasibətdə  isə “İcra 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən  məcburi  icra 
tədbirləri davam etdirilir. 
150.10. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə 
bilən  həcmdə  əmlakı  və  ya  gəlirləri  bu  Məcəllənin 150.9-cu maddəsində 
göstərilən  müddətlərdə  aşkar  edildikdə,  bu  Məcəllənin  529.1  və  ya  529.2-ci 
maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir 
və məcburi icra tədbirləri davam etdirilir. 
150.11.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların 
törədilməsinə  görə  inzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə 
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni 
qanunla  müəyyən  edilmiş  əsaslar  olmadan  ödəməyən  şəxsə  onun 
ödənilmədiyi  hər  növbəti  gün  üçün  cərimə  məbləğinin  1  faizi  məbləğində 
dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan 
çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 
ay  müddətində  cərimə  qanunla  müəyyən  edilmiş  əsaslar  olmadan 
ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin 
inzibati  xətanı  törədərkən  idarə  etdiyi  nəqliyyat  vasitəsinin  saxlanılması 
barədə  qərar  qəbul  edir.  Cərimə,  müvafiq  dəbbə  pulu,  nəqliyyat  vasitəsinin 
duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən 
sonra  saxlanılmış  nəqliyyat  vasitəsi  sahibinə  qaytarılır.  Qərarın  qanuni 
qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar 
qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya 
yönəldilir.  Məcburi  icraya  yönəldilmiş  inzibati  tənbeh  tətbiq  etmə  haqqında 
qərar  könüllü  icra  üçün  qanunla  müəyyən  edilmiş  vaxtda  borclu  tərəfindən 
üzrsüz  səbəbdən  icra  edilmədikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  “İcra 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş 
məcburi  icra  tədbirləri  görür.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati 
xətaların  törədilməsinə  görə  barəsində  inzibati  cərimə  tənbeh  növü  tətbiq 
edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş 
günü  müddətində  icra  edərsə,  tətbiq  olunan  cərimənin  10  faizi  məbləğində 
ödənişdən azad edilir. 
150.12. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya 
istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra 
onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı 
törətmiş  şəxs  2  ay  müddətində  inzibati  cəriməni  ödəməmişdirsə,  nəqliyyat 
vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati xətanı törətmiş 
şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun  məhdudlaşdırılması 
barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə 
məcburi icraya yönəldilir. 
150.13. Ətraf  mühitin  mühafizəsi,  təbiətdən  istifadə  və  ekoloji 
təhlükəsizlik  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  törədilməsinə  görə 
inzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  qanuni 
qüvvəyə  mindiyi  gündən  30  gün  müddətində  cəriməni  qanunla  müəyyən 
edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün 
üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu 
bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. 
Qərar  qanuni  qüvvəyə  mindiyi  gündən  3  ay  müddətində  cərimə  qanunla 
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. 
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü 
icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən 
icra  edilmədikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  “İcra  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  məcburi  icra 
tədbirləri görür. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə