Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, 
tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 
135.2. İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətə  və  ya 
protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul 
edilmiş  şəxsin  vəziyyətini  ağırlaşdıran  qərarı  yalnız  bununla  əlaqədar  zərər 
çəkmiş  şəxsin, bu  Məcəllənin  43.2-ci  maddəsində  nəzərdə  tutulan  vəzifəli 
şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. 
  
Maddə 136. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və 
ya protest barəsində çıxarılmış qərarın elan edilməsi 
  
136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest 
haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. 
136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest 
üzrə  qəbul  edilmiş  qərarın  surəti,  onun  qəbul  olunduğu  gündən  iki  gün 
müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki 
şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş 
prokurora verilir. 
136.3.  İnzibati  həbs  haqqında  tənbeh  növünün  tətbiq  edilməsi  barədə 
qərardan  verilən  şikayət  və  ya  protest  üzrə  qərar  onu  icra  etməli  olan 
səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən 
şəxsə qərarın qəbul olunduğu gün verilir. 
  
Maddə 137. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və 
ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılma 
  
137.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest 
üzrə  qəbul  edilmiş  qərardan  fiziki  şəxs,  yetkinlik  yaşına  çatmayanın  qanuni 
nümayəndəsi,  hüquqi  şəxsin  nümayəndəsi,  zərər  çəkmiş  şəxs,  habelə 
müdafiəçi  və  nümayəndə  tərəfindən  verilən  şikayətə,  habelə  prokurorun 
protestinə  məhkəmələrdə bu  Məcəllədə müəyyən  edilmiş  qaydada  və 
müddətdə baxılır. 
137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə 
hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu 
maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
V BÖLMƏ 
  
İnzibati xəta haqqında iş üzrə qərarın icrası 
  
FƏSİL 18 
  
Ümumi müddəalar 
  
Maddə  138.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərarın,  şikayət  ya  protest 
üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi 
  
138.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar,  habelə  şikayət  və  ya  protest 
üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 
138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati 
xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin 
bitdiyi gün; 
138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati 
xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) 
tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 
138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə 
qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. 
  
Maddə 139. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi 
  
139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, 
bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. 
139.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar  qanuni  qüvvəyə  mindiyi 
vaxtdan dərhal icra olunmalıdır. 
  
Maddə 140. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi 
  
İnzibati  xəta  haqqında  iş  üzrə  qərarın  icraya  yönəldilməsi  vəzifəsi 
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 141. İnzibati xəta haqqında iş üzrə qərarın icrası 
  
141.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar  bu  Məcəllədə  və “İcra 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununda nəzərdə  tutulmuş 
qaydada icra edilir. 
141.2.  Məhkəmələr  tərəfindən  baxılan  inzibati  xətalara  dair  işlər  üzrə 
inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu Məcəllənin 142, 143, 144.1, 
145, 146.3, 147, 150.2-ci, 150.8, 150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə 
alınmaqla,  “İcra  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq 
olaraq icra edilir. 
141.3.  Bir  şəxs  barəsində  bir  neçə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında 
qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir. 
  
Maddə  142.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrası  ilə 
əlaqədar məsələlərin həll edilməsi 
  
142.1.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasının  təxirə 
salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud 
yetkinlik  yaşına  çatmayan  şəxsin  üzərinə  qoyulmuş  cərimənin  onun 
valideynlərindən  və  ya  digər  qanuni  nümayəndələrindən  tutulması 
məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 
142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən məsələlərin həllində 
maraqlı  olan  şəxslərə  həmin  məsələlərə  baxılmanın  yeri  və  vaxtı  barədə 
məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri 
göstərilən məsələlərə baxılması üçün maneə yaratmır. 
142.3.  Qərarın  icrasının  təxirə  salınması,  dayandırılması,  onun  icrasına 
möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə 
qoyulmuş  cərimənin  onun  valideynlərindən  və  ya  digər  qanuni 
nümayəndələrindən  tutulması  barədə  qərardad  qəbul  edilir.  Qərardadın 
surəti,  barəsində  bu  qərardad  qəbul  edilmiş  fiziki  şəxsə  və ya  hüquqi  şəxsin 
nümayəndəsinə, yetkinlik 
yaşına 
çatmayan 
şəxsin 
qanuni 
nümayəndəsinə

habelə  zərər  çəkmiş  şəxsə  bu  barədə  müvafiq  qeyd 
aparılmaqla verilir. 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə