Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə27/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   23   24   25   26   27   28   29   30   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  bilavasitə  aşkar  edildikdə  və  barəsində 
inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs  inzibati  xəta  hadisəsinin 
mövcudluğu  ilə  razılaşdıqda,  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar 
çıxarılır. 
124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati 
xəta  hadisəsinin  mövcudluğu  ilə  razılaşmadıqda,  səlahiyyətli  vəzifəli  şəxs 
inzibati xəta haqqında protokol tərtib edir. 
124.4.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  və  ya  inzibati  xəta 
haqqında  protokol  operativ  nəqliyyat  vasitəsində  quraşdırılmış  bort-
kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda 
həmin  günün  sonunadək  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi 
informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə 
icraat  aparılan  şəxsə  bu  Məcəllənin  125.2.1-ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydada  bu  barədə  məlumat  verilir.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında 
qərarın  və  ya  inzibati  xəta  haqqında  protokolun  kağız  daşıyıcıda  surəti 
səlahiyyətli orqan (vəzifəli  şəxs)  tərəfindən yerindəcə barəsində inzibati  xəta 
haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə,  həmçinin  belə  müraciəti  olduqda 
inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-
cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  inzibati  xəta  haqqında  protokol 
baxılması  üçün  yuxarı  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  göndərilir.  Yuxarı 
səlahiyyətli orqan (vəzifəli  şəxs)  tərəfindən  həmin  iş  üzrə qəbul  edilən  qərar 
qəbul  edildiyi  gün  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya 
sistemində  yerləşdirilir  və  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə 
tutulmuş qaydada məlumat verilir. 
124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş 
inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta 
törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat 
vasitəsinin  istifadəçisi  barədə inzibati  xəta haqqında  protokol  tərtib  edilir  və 
nəqliyyat  vasitəsi  mühafizə  edilən  duracağa  aparılır.  Bu  halda  inzibati  xəta 
haqqında  protokolda  nəqliyyat  vasitəsinin  aparıldığı  duracağın  ünvanı 
göstərilir.  Protokol  operativ  nəqliyyat  vasitəsində  quraşdırılmış  bort-
kompyuter  vasitəsilə  tərtib  olunaraq  dərhal  müvafiq  icra  hakimiyyəti 
orqanının  mərkəzi  informasiya  sistemində  yerləşdirilir  və  barəsində  inzibati 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə  həmin  protokol  barədə  bu 
Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 
124.6. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş 
inzibati  xətanı  törətmiş  şəxs  nəqliyyat  vasitəsinin  yanında  olmadığı  və 
nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı 
hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş 
aparılmaqla,  nəqliyyat  vasitəsinin  istifadəçisi  barədə  inzibati  xəta  haqqında 
protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat 
vasitəsinin  sürücüsü  tərəfindən  törədildiyini  sübut  edən  foto  və  ya  video 
materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön 
şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-
kompyuter  vasitəsilə  tərtib  olunaraq  dərhal  müvafiq  icra  hakimiyyəti 
orqanının  mərkəzi  informasiya  sistemində  yerləşdirilir  və  barəsində  inzibati 
xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə  həmin  protokol  barədə  bu 
Məcəllənin  125.2.1  və  125.2.2-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada 
məlumat verilir. 
  
Maddə 125. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş 
üzrə qərar barədə məlumatlandırma 
  
125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə 
yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş 
üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti 
orqanının informasiya sisteminə yerləşdirilir. 
125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin 
mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi 
şəxs)  inzibati  xəta haqqında  protokol  və  inzibati  xəta  haqqında  iş  üzrə  qərar 
barədə aşağıdakı qaydada məlumatlandırılır: 
125.2.1.  müvafiq  icra  hakimiyyəti  orqanının  informasiya  sistemi  inzibati 
xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və 
onların  əlavələrini  hər  bir  nəqliyyat  vasitəsinin  istifadəçisi  üçün  internet 
informasiya  resursunda  yaradılmış  elektron  kabinetə  dərhal  yerləşdirir  və 
barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  elektron 
ünvanına (olduğu halda) göndərir; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
125.2.2.  eyni  zamanda  müvafiq  icra  hakimiyyəti  orqanının  informasiya 
sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta 
törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu 
Məcəllənin  hansı  maddəsinə  əsasən  inzibati  məsuliyyətə  cəlb  olunması, 
cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati 
xəta  haqqında  iş  üzrə  qərarın  nömrəsi,  həmin  sənədlə  və  ona  əlavə  edilmiş 
materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma 
qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir
125.2.3.  inzibati  xəta  haqqında  elektron  protokol  və  ya  inzibati  xəta 
haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda 
çap  olunaraq  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  inzibati  xətanın 
törədildiyi  vaxtdan  2  gün  müddətində  bu  Məcəllənin  57-ci  maddəsində 
nəzərdə tutulmuş rəsmi qaydada verilir. 
125.3.  Nəqliyyat  vasitəsinin  istifadəçisi  üçün  internet  informasiya 
resursunda  yaradılmış elektron  kabinetdə şəxsin  hansı  tarixdə  inzibati  xəta 
haqqında  protokol  və  ya  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  barədə  bu 
Məcəllənin  125.2.1  –  125.2.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada 
məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. 
125.4.  Foto  və  ya  video  qeydiyyat  funksiyalarına  malik  xüsusi  texniki 
vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati 
xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu 
Məcəllənin  57-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  “Poçt  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  sifarişli  poçt 
göndərişi  vasitəsilə  rəsmi çatdırılması  barədə  məlumatlarmüvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi 
informasiya sisteminə göndərilir. 
125.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-
ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini 
dövlət  qeydiyyatından  keçirərkən  fiziki  şəxslər  qeydiyyatda  olduğu  və 
yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını 
və  sürücülük  vəsiqəsinin  nömrəsini,  hüquqi  şəxslər  isə  nəqliyyat  vasitəsinin 
idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq 
məlumatlarını  dövlət  qeydiyyatını  həyata  keçirən  orqana  verməli  və  həmin 
məlumatlar  dəyişdikdə,  onları  3  gün  müddətində  yeniləməlidirlər.  Müvafiq 
icra  hakimiyyəti  orqanı  məlumatların  telefon,  poçt  və  internet  vasitəsilə 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə