Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə25/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
115.4.3.  maddi  sübut  hesab  edilən  sənədlər  inzibati  xəta  haqqında  işdə 
müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; 
115.4.4.  alınmış  orden,  medal,  döş  nişanları  onların  qanuni  sahibinə 
qaytarılır,  qanuni  sahib  müəyyən  edilmədikdə  isə müvafiq  icra  hakimiyyəti 
orqanına göndərilir. 
115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial 
orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. 
  
Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi
 
 
 
116.1.  Eyni  inzibati  xətanı  inzibati  tənbeh  almış  şəxs  tərəfindən  inzibati  tənbeh 
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları 
istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 536, 537.2, 539 
–  544,  551.2,  557.2,  603,  604,  606.2  və  606.3-cü  maddələrində  nəzərdə  tutulan  inzibati 
xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti 
olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.
 
116.2.  İnzibati  cərimənin  şərti  olaraq  tətbiq  edilməsi  haqqında  qərarda  şəxsin 
törətdiyi hüquqpozmanı aradan qaldırması  üçün müddət nəzərdə tutulur. Bu müddət 
bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün 
əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.
 
116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma 
aradan  qaldırılarsa,  inzibati  cərimə  ödənilmir.  Əks  təqdirdə,  inzibati  cərimənin  şərti 
olaraq  tətbiq  edilməsi  haqqında  qərarda  nəzərdə  tutulan  cərimə  ödənilməlidir. 
Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən 
azad etmir.
 
116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 
116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan 
səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  bu  barədə  məlumat  verməlidir.  Həmin  məlumatın 
verildiyi  gündən  bu  Məcəllənin  116.2-ci  maddəsində  nəzərdə  tutulan  müddətin  axımı 
dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş 
günü  müddətində  bu  məlumatın  düzgünlüyünü  araşdırır  və  araşdırmanın  nəticəsi 
barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu 
müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda 
nəzərdə tutulan cərimə ödənilməlidir.
 
  
Maddə 117. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
117.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar  onun  baxılmasından  dərhal 
sonra elan olunur. 
117.2.  Qərarın  surəti  iki  gün  müddətində  barəsində  qərar  qəbul  edilmiş 
fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. 
  
Maddə 118. İnzibati xəta haqqında iş üzrə qərardad 
  
118.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: 
118.1.1.  qərardad  çıxarmış  hakimin,  vəzifəli  şəxsin  vəzifəsi,  soyadı,  adı, 
atasının adı, kollegial orqanın adı və tərkibi; 
118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; 
118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; 
118.1.4. ərizənin, vəsatətin məzmunu
118.1.5.  ərizəyə,  vəsatətə,  işin  materiallarına  baxılarkən  müəyyən  edilən 
hallar; 
118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. 
118.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardad  onu  qəbul  etmiş  hakim, 
kollegial  orqanın  iclasına  sədrlik  edən  şəxs  və  vəzifəli  şəxs  tərəfindən 
imzalanır. 
  
Maddə  119.  İnzibati  xətanın  törədilməsinə  kömək  edən  səbəbləri  və 
şəraiti aradan qaldırmaq haqqında təqdimat 
  
119.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli 
şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən 
etdikdə,  müvafiq  müəssisə,  idarə  və  təşkilatlara,  vəzifəli  şəxslərə  onların 
aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. 
119.2.  Təqdimatın  alındığı  gündən  bir  ay  ərzində  həmin  müəssisələr, 
idarələr,  təşkilatlar,  habelə  vəzifəli  şəxslər  təqdimat  vermiş  hakimə, 
səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  görülən  tədbirlər  haqqında  məlumat 
verməyə borcludurlar. 
  
FƏSİL 16 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə 
baxılmanın xüsusiyyətləri 
  
Maddə  120.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətalar 
haqqında işlərə baxılmanın ümumi qaydası 
  
Bu Məcəllənin 327  -  348-ci maddələrində  nəzərdə tutulmuş  yol hərəkəti 
qaydaları  əleyhinə  olan  inzibati  xətalar  haqqında  işlərə,  bu  fəsillə  müəyyən 
edilmiş  xüsusiyyətlər  nəzərə  alınmaqla,  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 
qaydada baxılır. 
  
Maddə 121. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında 
iş  üzrə  barəsində  icraat  aparılan  şəxsin  səlahiyyətli  orqana  çağırılmasının 
yolverilməzliyi 
  
Bu  Məcəllənin  122.7,  122.8  və  124.3-cü  maddələrində  nəzərdə  tutulmuş 
hallar  istisna  olmaqla,  yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xəta 
haqqında  iş  üzrə  barəsində  icraat  aparılan  şəxsin  səlahiyyətli  orqan  (vəzifəli 
şəxs) tərəfindən çağırılması qadağandır. 
  
Maddə  122.  İnzibati  xəta  hadisəsi  foto  və  ya  video  qeydiyyat 
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə 
icraatın aparılması qaydası 
  
122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü 
maddələrində  nəzərdə  tutulmuş  xətalar  foto  və  ya  video  qeydiyyat 
funksiyalarına  malik  xüsusi  texniki  vasitələrin  köməyi  ilə  aşkar  edildikdə, 
xüsusi  texniki  vasitələrin  məlumatları  müvafiq  icra  hakimiyyəti  orqanının 
mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində 
elektron  formada  birbaşa  həmin  mərkəzi  informasiya  sisteminə  ötürülür, 
inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron 
imza  və  elektron  sənəd  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  qaydada  elektron  sənəd  şəklində  inzibati  xəta  haqqında 
elektron  protokol  tərtib  olunur  və  həmin  mərkəzi  informasiya  sisteminin 
müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə