Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
başlanılır. 
99.4.  İnzibati  xata  haqqında  iş  üzrə  icraat  aşağıda  göstərilən  vaxtdan 
başlanılmış hesab edilir: 
99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq 
etmə haqqında ilk protokol tərtib edildikdə
99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta 
haqqında  iş  üzrə  icraata  başlama  haqqında  prokuror  tərəfindən  qərar  qəbul 
edildikdə; 
99.4.3.  bu  Məcəllənin  102-ci  maddəsində  nəzərdə  tutulan  inzibati 
araşdırılma  tələb  olunduğu  hallarda  inzibati  xəta  haqqında  iş  üzrə  icraata 
başlama haqqında qərardad qəbul edildikdə. 
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin 
əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında 
işin  başlanmasının  rədd  edilməsi  haqqında  əsaslandırılmış  qərardad  qəbul 
edilir. 
99.6.  İnzibati  xəta  haqqında  işin  başlanmasının  rədd  edilməsi  haqqında 
qərardadın  surəti  bu  Məcəllənin  99.1.2  və  99.1.3-cü  maddələrində  göstərilən 
məlumatları vermiş şəxslərə göndərilir. 
99.7.  Bu  Məcəllənin  40.0.2  –  40.0.3-cü  maddələrində  nəzərdə  tutulmuş 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının 
rədd  edilməsi  haqqında  qərardadından onun  rəsmi  qaydada  verildiyi 
vaxtdan on 
gün 
müddətində yuxarı 
səlahiyyətli 
orqana 
(vəzifəli 
şəxsə), prokurora və ya məhkəməyə şikayət verilə bilər. 
  
Maddə 100. İnzibati xəta haqqında protokol 
  
100.1.  Bu  Məcəllənin  54-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla, inzibati  xətanın  törədilməsi haqqında  protokol  tərtib  edilir. İnzibati 
xəta haqqında protokolda aşağıdakılar göstərilir: 
100.1.1. protokolun tərtib edildiyi tarix və yer
100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
100.1.3.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs 
haqqında məlumat; 
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
100.1.5.  inzibati  xətaya  görə  məsuliyyət  nəzərdə  tutan  bu  Məcəllənin 
müvafiq maddəsi; 
100.1.6.  olduğu  halda,  şahidlərin  və  zərər  çəkmiş  şəxslərin  adı,  atasının 
adı, soyadı və onların yaşadığı yerin ünvanı; 
100.1.7.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki 
şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 
100.1.8. inzibati  xətanın  aşkar  edilməsində  xüsusi  texniki  vasitələrdən 
istifadə  olunmuşdursa,  onların  göstəriciləri,  habelə  istifadə  olunmuş  xüsusi 
texniki  vasitənin  tipi,  markası,  modeli,  yerləşdiyi  yer,  ölçmə  vasitəsinin  son 
dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin 
nömrəsi,  tarixi)  və  növbəti  yoxlamanın  keçirilməli  olduğu  vaxt  barədə 
məlumatlar; 
100.1.9. inzibati  xətanın  törədilməsi  nəticəsində  şəxsin  sağlamlığına 
yüngül  zərər  vurulmuşdursa  və  ya  maddi  zərər  yetirilmişdirsə,  bu  hallar 
barədə qeydlər; 
100.1.10.  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  üçün  zəruri  olan  digər 
məlumatlar. 
100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə 
icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati 
xəta  haqqında  iş  üzrə  icraatın  digər  iştirakçılarına  bu  Məcəllədə  nəzərdə 
tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq 
qeyd aparılır. 
100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə 
və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti 
verilir.  İnzibati  xəta  haqqında  iş  üzrə  zərər  çəkmiş  şəxsin  də  inzibati  xəta 
haqqında protokolun surətini almaq hüququ vardır. 
100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş 
üzrə  icraat  aparılan  fiziki  şəxs  və  ya  hüquqi  şəxsin  nümayəndəsi  tərəfindən 
imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və 
ya  hüquqi  şəxsin  nümayəndəsi  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu 
barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar 
və  protokolun  məzmunu  barəsində  öz  mülahizələrini  təqdim  etmək,  habelə 
protokolu  imzalamaqdan  imtina  etməsinin  səbəblərini  göstərmək  hüquqları 
vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
100.5.  Protokol  ciddi  hesabat  sənədi  olmaqla,  nömrələnmiş  blanklarda 
tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən olunur. 
  
Maddə  101.  İnzibati  xəta  haqqında  protokolun  tərtib  edilməsi 
müddətləri 
  
101.1.  İnzibati  xətanın  törədilməsi  faktı  aşkar  edildikdən  dərhal  sonra 
inzibati xəta haqqında protokol tərtib edilir. 
101.2. İşin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların 
əlavə  aydınlaşdırılması  tələb  olunduğu  hallarda,  inzibati  xəta  haqqında 
protokol  inzibati  xətanın  aşkar  edildiyi  vaxtdan  iki  gün  müddətində  tərtib 
edilir. 
101.3.  İnzibati  araşdırma  aparıldığı  hallarda,  inzibati  xəta  haqqında 
protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 
  
Maddə 102. İnzibati araşdırma 
  
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf 
mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları 
əleyhinə inzibati  xəta  aşkar  edildikdən  sonra  kifayət  qədər  vaxt  tələb  edən 
ekspertizanın  və  ya  digər  prosessual  hərəkətlərin  aparılması  zərurəti 
yarandıqda inzibati araşdırma aparılır. 
102.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  başlanması  və  inzibati 
araşdırma  aparılması  haqqında  qərardad  bu  Məcəllənin  42.2  və  43.2-ci 
maddələrinə  müvafiq  olaraq  inzibati  xəta  haqqında  protokol  tərtib  etmək 
vəinzibati  xətalar  haqqında  işlərə  baxmaq səlahiyyəti  olan  vəzifəli  şəxs 
tərəfindən  qəbul  edilir.  Prokuror  isə  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın 
başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 
102.3.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  başlanması  və  inzibati 
araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə