Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
qaydada  şikayətin  verilməsi  üçün  nəzərdə  tutulmuş  müddət  qurtaranadək, 
yaxud  şikayət  üzrə  qərar  qəbul  edilənədək,  nəqliyyat  vasitəsini  müvəqqəti 
idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. 
94.3. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. 
94.4.  Əşyaların  və  sənədlərin  götürülməsi  haqqında  protokolda 
aşağıdakılar göstərilir: 
94.4.1. protokolun tərtib edildiyi tarix və yer
94.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
94.4.3. əşyaları və sənədləri götürülən şəxs barəsində məlumat
94.4.4. əşyaların və sənədlərin götürülməsi üçün əsaslar
94.4.5. götürülən sənədlərin növü və rekvizitləri
94.4.6.  götürülən  əşyaların  növü,  miqdarı  və  digər  eyniləşdirmə 
əlamətləri,  o  cümlədən  silahın  markası,  modeli,  seriyası  və  nömrəsi,  döyüş 
sursatının növü və miqdarı barədə məlumatlar. 
94.5.  Əşyaların  və  sənədlərin  götürülməsi  haqqında  protokolda 
fotoşəkillərin  çəkilməsi,  videoyazı  barədə  qeyd  aparılır.  Fotoşəkillərin, 
videoyazının tətbiq edilməsi nəticəsində əşyaların  və sənədlərin götürülməsi 
ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. 
94.6.  Əşyaların  və  sənədlərin  götürülməsi  haqqında  protokol  onu  tərtib 
etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri 
tərəfindən  imzalanır.  Əşyaları  və  ya  sənədləri  götürülən  şəxs  protokolu 
imzalamaqdan  imtina  etdikdə,  bu  barədə  protokolda  müvafiq  qeyd  aparılır. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək 
və  protokolun  məzmunu  barədə  öz  mülahizələrini  təqdim  etmək,  habelə 
protokolu  imzalamaqdan  imtina  etməsinin  səbəblərini  göstərmək  hüququ 
vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
94.7.  Protokolun  surəti,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. 
94.8. Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. 
Götürülmüş  əşyalar  və  sənədlər  inzibati  xəta  haqqında  işə  baxılanadək, 
əşyaları  və  sənədləri  götürən  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin) 
müəyyən etdikləri yerlərdə saxlanılır. 
94.9.  Götürülmüş  odlu  silah,  onun  patronları,  digər  silah  və  döyüş 
sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
94.10.  Götürülmüş  tez  xarab  olan  mallar  barəsində müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərəncam verilir. 
94.11.  Götürülmüş  narkotik  vasitələr  və  psixotrop  maddələr,  həmçinin 
müvafiq  standartlara,  sanitariya  normalarına  və  qaydalarına,  gigiyena 
normativlərinə  cavab  verməyən  etil  spirti,  alkoqollu  və  tərkibində  spirt  olan 
məhsullar müvafiq  icra  hakimiyyəti  orqanının müəyyən  etdiyi  qaydada 
yenidən istehsala göndərilir və ya məhv edilir. 
94.12. Məhv  edilməli  olan narkotik  vasitələrin və  psixotrop  maddələrin, 
etil  spirtinin,  alkoqollu  və  tərkibində  spirt  olan  məhsulların  nümunələri 
inzibati  xəta  haqqında  iş  üzrə  qəbul  edilmiş  qərar  qanuni  qüvvəyə  mindiyi 
günədək saxlanılır. 
94.13.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərarda  götürülmüş  əşyalar  və 
sənədlər barədə məsələlər bu Məcəllənin 115.4-cü maddəsinə uyğun olaraq həll 
olunur. 
  
Maddə 95. Götürülmüş əşyaların qiymətləndirilməsi 
  
95.1. Götürülmüş əşyalar aşağıdakı hallarda qiymətləndirilir: 
95.1.1.  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  dəyəri  ilə 
ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə; 
95.1.2. götürülmüş tez xarab olan mallar barəsində sərəncam verildikdə; 
95.1.3.  etil  spirti,  alkoqollu  və  tərkibində  spirt  olan  məhsullar  yenidən 
istehsala göndərildikdə və ya məhv edildikdə. 
95.2.  Götürülmüş  əşyaların  qiymətləri  dövlət  tərəfindən  tənzimlənirsə, 
dövlət  tənzimləmə  qiymətləri  tətbiq  edilir.  Digər  hallarda  götürülmüş 
əşyaların qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada 
qiymətləndirmə mümkün olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin 
rəyi əsasında müəyyən edilir. 
  
Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və 
sərxoşluq vəziyyətinin müayinəsi 
  
96.1.  Fiziki  şəxslər  aşağıdakı  hallarda  nəqliyyat  vasitəsinin  idarə 
olunmasından kənarlaşdırılır: 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
96.1.1.  dayandırılmış  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsdə  və  onunla 
birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat 
vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə 
etmək hüququ verən digər əsas olmadıqda; 
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri 
olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini 
başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi 
nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsindəki  rəqəmlərə  uyğun 
gəlmədikdə; 
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, 
psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə 
edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər 
əsas  olan  şəxs  tərəfindən  idarə  olunduqda  və  onunla  birlikdə  gedən 
sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 
96.1.5. nəqliyyat  vasitəsində  normativ  tələblər  pozulmaqla  avadanlıq 
quraşdırıldıqda  və  ya  dəyişdirildikdə,  nəqliyyat  vasitəsinin  ban  şüşələrinə 
qanunla  tətbiqinə  icazə  verilməyən  örtüklər  çəkildikdə,  nəqliyyat  vasitəsi 
müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə 
təchiz  edildikdə,  bu  pozuntuları  yerində  aradan  qaldırmaq  mümkün 
olmadıqda; 
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə 
görə  inzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın 
qanuni  qüvvəyə  mindiyi  gündən  2  ay  müddətində  icra  edilməməsinə  görə 
nəqliyyat  vasitəsinin  saxlanılması  barədə  məhkəmə  və  ya  müvafiq  icra 
hakimiyyəti orqanının qərarı olduqda. 
96.2.  Nəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  sərxoş  vəziyyətdə  olmasını 
güman  etməyə  kifayət  qədər  əsas  olduqda,  onun  sərxoşluq  vəziyyətinin 
müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir.Həmin şəxs 
sərxoş  vəziyyətdə  olub-olmamasının  xüsusi  texniki  vasitədən  istifadə 
edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə 
müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 
96.3.  Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  barədə  və 
sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə