Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə  73.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirakı  rədd 
edən hallar 
  
73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər 
inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola 
bilməzlər. 
73.2.  Mütəxəssis,  ekspert  və  tərcüməçi  aşağıdakı  hallarda  inzibati  xəta 
haqqında iş üzrə icraatda iştirak edə bilməzlər: 
73.2.1.  inzibati  xəta  törətmiş  şəxslə,  zərər  çəkmiş  şəxslə,  onun 
nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial 
orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə 
qohumluq əlaqələri olduqda
73.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə
73.2.3.  işin  nəticəsində  birbaşa  və  ya  dolayısı  ilə  maraqlı  olması  barədə 
kifayət qədər əsaslar olduqda. 
  
Maddə  74.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirakı  rədd 
edilən şəxslərə etiraz etmə 
  
74.1.  Bu  Məcəllənin  73-cü  maddəsində  nəzərdə  tutulan  hallar  olduqda, 
vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi 
inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar. 
74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə icraatında 
inzibati  xəta  haqqında  iş  olan  hakimə,  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
təqdim edilir. 
74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq 
hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  etirazın  təmin  edilməsi  və  ya  təmin 
edilməməsi barədə qərardad qəbul edir. 
  
FƏSİL 12 
  
İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi 
  
Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 
75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 
75.0.2. inzibati xəta törətmiş şəxs
75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri
75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar
75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 
75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar
75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati 
xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 
  
Maddə 76. Sübutlar 
  
76.1.  İnzibati  xətanın  olub-olmamasını,  inzibati  xəta  törədən  şəxsin 
təqsirini  və  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  halları  müəyyən 
etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər 
cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu 
məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, 
xüsusi  texniki  vasitələrin  göstəriciləri  ilə,  ekspertin  rəyi  ilə,  inzibati  xəta 
haqqında  protokolla,  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  digər  protokollarla 
müəyyən edilir. 
76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol 
verilmir. 
  
Maddə 77. Maddi sübutlar 
  
77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına 
görə  inzibati  xəta  haqqında  iş  üzrə  əhəmiyyət  kəsb  edən  halların  müəyyən 
edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 
77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında 
işə  əlavə  edilir.  Maddi  sübutlar  inzibati  xətalar  haqqında  protokolda  qeyd 
edilir. 
77.3.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli  şəxs)  iş  üzrə  icraat  başa  çatanadək  maddi  sübutların  qorunub 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında 
iş  üzrə  icraat  başa  çatdıqdan  sonra  maddi  sübutlar  haqqında  qərar  qəbul 
etməlidir. 
  
Maddə 78. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 
izahatı 
  
78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı 
iş  üzrə  ona  məlum  olan  hallar  və  işdə  olan  sübutlar  üzrə  şifahi  və  ya  yazılı 
formada verilən məlumatlardan ibarətdir. 
78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı 
inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin 
edilməsi  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  protokolda,  inzibati  xəta 
haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 
  
Maddə 79. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları 
  
79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan 
hallar  və  işdə  olan  sübutlar  üzrə  şifahi  və  ya  yazılı  formada  verilən 
məlumatlardan ibarətdir. 
79.2.  Zərər  çəkmiş  şəxsin  və  şahidin  izahatları  inzibati  xəta  haqqında 
protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin 
tətbiq  edilməsi  haqqında  protokolda,  inzibati  xəta  haqqında  işə  baxma  ilə 
əlaqədar iclas protokolunda göstərilir. 
79.3.  Mənbəyi  məlum  olmayan  məlumatlara  əsaslanan  şahid  izahatları 
sübut hesab edilmir. 
  
Maddə 80. Sənədlər 
  
80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin 
və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta 
haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar 
hesab edilir. 
80.2. Sənədlər yazılı  və ya digər  formada müəyyən  edilmiş  məlumatları 
özündə  əks  etdirə  bilər.  Fotoşəkillər,  səsyazma  və  ya  videoyazı  materialları, 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə