Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya 
təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; 
91.0.4.  tutulmuş  yetkinlik  yaşına  çatmayanın  valideynlərinə  və  ya  digər 
qanuni nümayəndələrinə dərhal məlumat vermək; 
91.0.5.  tutulmuş  şəxslə  davranışda  onun  şəxsiyyətinə  və  ləyaqətinə 
hörmətlə yanaşmaq
91.0.6.  tutulmuş  şəxsə  öz  vəkili  ilə  əlaqə  saxlamaq  və  onunla  görüşmək 
imkanı yaratmaq; 
91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri 
üzrə  ərazidəki  vəkil  qurumlarında  fəaliyyət  göstərən  vəkillərin  siyahısını 
təqdim  etmək,  seçilmiş  vəkillə  əlaqə  saxlamaq  və  onunla  görüşmək  imkanı 
yaratmaq. 
  
Maddə 92. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama 
  
92.1.  Fiziki  şəxsin  şəxsi  axtarışı,  onda  olan əşyaları yoxlama  inzibati 
xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir. 
92.2.  Şəxsi  axtarış  eyni  cinsdən  olan  səlahiyyətli  şəxs  tərəfindən  və  eyni 
cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır. 
92.3. Əşyalar (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul 
və  sair)  bunların  mülkiyyətçilərinin  və  ya  sahiblərinin  iştirakı  ilə  yoxlanılır. 
Təxirə  salınmayan  hallarda  mülkiyyətçisi  və  ya  sahibi  olmadan 
göstərilən əşyalar iki  hal  şahidinin  iştirakı  ilə  yoxlanıla  bilər. Feldyeger 
rabitəsini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı 
tərəfindən  çatdırılan  korrespondensiyalar  və  digər  göndərişlər  yoxlanıla 
bilməz. 
92.4. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokol tərtib olunur. 
92.5. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokolda aşağıdakılar 
göstərilir: 
92.5.1. protokolun tərtib edildiyi tarix və yer
92.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 
92.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat; 
92.5.4. şəxsi axtarış zamanı aşkar edilən əşyaların növü, miqdarı və digər 
eyniləşdirmə əlamətləri haqqında məlumat. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
92.6.  Protokol  onu  tərtib  etmiş  vəzifəli  şəxs,  barəsində  inzibati  xəta 
haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi və 
hal  şahidləri  tərəfindən  imzalanır.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə 
icraat  aparılan  şəxs  və  ya  axtarış  aparılan əşyaların sahibi  protokolu 
imzalamaqdan  imtina  etdikdə,  bu  barədə  protokolda  müvafiq  qeyd  aparılır. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək 
və  protokolun  məzmunu  barədə  öz  mülahizələrini  təqdim  etmək,  habelə 
protokolu  imzalamaqdan  imtina  etməsinin  səbəblərini  göstərmək  hüququ 
vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
92.7.  Protokolun  surəti  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan şəxsə və axtarış aparılan əşyaların sahibinə verilir. 
  
Maddə 93. Nəqliyyat vasitəsinə baxış 
  
93.1.  Nəqliyyat  vasitəsinə  baxış,  yəni  onun  konstruktiv  bütövlüyünü 
pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti  olmuş  predmetlərin  müəyyən  edilməsi  məqsədi  ilə  aparılan 
müayinədir. 
93.2.  Nəqliyyat  vasitəsinə  baxış  nəqliyyat  vasitəsi  sahibinin  və  iki  hal 
şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə 
baxış  nəqliyyat  vasitəsinin  sahibinin  iştirakı  olmadan  videoyazı  aparılmaqla 
keçirilə bilər. 
93.3.  Nəqliyyat  vasitəsinə  baxış  haqqında  protokol  tərtib  olunur.  Bu 
protokolda aşağıdakılar göstərilir: 
93.3.1. protokolun tərtib edildiyi tarix və yer; 
93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; 
93.3.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar
93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı 
və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar
93.3.6.  aşkar  edilmiş  əşyaların  növü,  miqdarı  və  digər  eyniləşdirmə 
əlamətləri,  o  cümlədən  silahın  markası,  modeli,  seriyası  və  nömrəsi,  döyüş 
sursatının növü və miqdarı barədə məlumatlar; 
93.3.7. aşkar edilmiş sənədlərin növü və rekvizitləri. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
93.4.  Maddi  sübutların  qeydə  alınması  məqsədi  ilə  fotoşəkillərin, 
videoyazıların  aparılması  tətbiq  edilir.  Nəqliyyat  vasitəsinə  baxış  barəsində 
protokolda  fotoşəkillərdən,  videoyazıdan  istifadə  edilməsi  barədə  qeyd 
aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar 
əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. 
93.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli 
şəxs,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs  və  ya 
nəqliyyat  vasitəsinin  sahibi,  habelə  hal  şahidləri  tərəfindən  imzalanır. 
Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs  və  ya  nəqliyyat 
vasitəsinin  sahibi  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu  barədə 
protokolda  müvafiq  qeyd  aparılır.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə 
icraat  aparılan  şəxsin  izahat  vermək  və  protokolun  məzmunu  barədə  öz 
mülahizələrini  təqdim  etmək,  habelə  protokolu  imzalamaqdan  imtina 
etməsinin  səbəblərini  göstərmək  hüququ  vardır.  Onun  bu  izahatı  və 
mülahizələri protokola əlavə olunur. 
93.6.  Nəqliyyat  vasitəsinə  baxış  haqqında  protokolun  surəti  barəsində 
inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə  və  nəqliyyat  vasitəsinin 
sahibinə verilir. 
  
Maddə 94. Əşyaların və sənədlərin götürülməsi 
  
94.1.  İnzibati  xətanın  baş  verdiyi  yerdə  və  ya  fiziki  şəxsin  şəxsi  axtarışı 
zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar 
edilmiş  və  iş  üçün  sübut  əhəmiyyəti  olan əşyaların və  sənədlərin,  inzibati 
xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olan 
predmetin  götürülməsi  inzibati  xəta  haqqında  iş  üzrə  icraatı  aparan  vəzifəli 
şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. 
94.2.  Sürücü  tərəfindən  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun 
məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan 
xətalar  törədildikdə,  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  çıxarılanadək 
sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti 
idarə  etmək  hüququ  verən  sənəd  verilir.  Nəqliyyat  vasitəsini  idarə  etmək 
hüququnun  məhdudlaşdırılması  haqqında  qərar  qəbul  edildikdə  sürücülük 
vəsiqəsi  qaytarılmır.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququnun 
məhdudlaşdırılması  haqqında  qərardan  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə