Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
haqqında  elektron  protokol  tərtib  edildikdən  dərhal  sonra,  xüsusi  texniki 
vasitələrin  məlumatları  əlavə  edilməklə,  elektron  qaydada  müvafiq  icra 
hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 
122.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti 
orqanının  mərkəzi  informasiya  sisteminin  məlumatlarına  əsasən  nəqliyyat 
vasitəsinin  istifadəçisi  (nəqliyyat  vasitəsini  icarə  müqaviləsi  və  ya  nəqliyyat 
vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı 
etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən 
qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində 
olan  nəqliyyat  vasitəsinin  sürücüsü,  belə  məlumat  olmadıqda  isə  nəqliyyat 
vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. 
122.3. İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci 
maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 
122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki 
vasitələrlə  əldə  edilən  məlumatlar (inzibati  xəta hadisəsinin  baş  verdiyini  və 
hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto 
və ya video materiallar əlavə edilməklə); 
122.3.2.  inzibati  xəta  haqqında  elektron  protokolla  əlaqədar  vəsatət 
verilməsi qaydası; 
122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 
122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1 - 327.3 və 330-
cu  maddələrində  nəzərdə  tutulmuş  xəta  hadisəsinin  həmçinin  videoyazısı 
həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. 
122.5.  Foto  və  ya  video  qeydiyyat  funksiyalarına  malik  xüsusi  texniki 
vasitələrin  köməyi  ilə  aşkar  edilmiş  inzibati  xətalara  görə  nəqliyyat  vasitəsini 
dayandıraraq  törədilmiş  belə  xətalar  haqqında  inzibati  xəta  haqqında  protokol 
tərtib  etmək  və  ya  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  çıxarmaq 
qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki 
vasitələr  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya  sisteminə 
inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati 
xətalar  haqqında  yalnız  bu  Məcəllənin  122.1-ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydada elektron protokol tərtib olunur. 
122.6.  Barəsində  bu  Məcəllənin  122.1-ci,  124.5-ci  və  ya  124.6-cı 
maddələrində  nəzərdə  tutulmuş  qaydada  inzibati  xəta  haqqında  protokol 
tərtib  edilmiş  şəxs  protokolda  qeyd  olunan  cəriməni  ödədikdə  protokolla 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
razılaşmış  olur  və  həmin  protokol  eyni  məzmunlu  inzibati  tənbeh  vermə 
haqqında qərar hesab edilir. 
122.7.  Barəsində  bu  Məcəllənin  122.1-ci  və  ya  124.6-cı  maddələrində 
nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs 
inzibati  xətanın  törədilməsi  zamanı  nəqliyyat  vasitəsinin  digər  şəxsin 
sahibliyində  və  ya  istifadəsində  olması,  yaxud  digər  şəxslərin  qanunsuz 
əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən 
protokolla  razılaşmadığı  hallarda  səlahiyyətli  orqana  vəsatətlə  müraciət  edə 
bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü 
maddəsində  nəzərdə  tutulmuş  qaydada  məlumat  verildiyi  vaxtdan  10  gün 
müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 
Vəsatət  verən  şəxs  inzibati  xətanın  törədilməsi  zamanı  nəqliyyat  vasitəsini 
kimin  idarə  etdiyinə  dair  ehtimalını  vəsatətdə  göstərə  bilər.  Vəsatətdə 
göstərilən  məlumatlar  təsdiq  olunarsa,  barəsində  inzibati  xəta  haqqında 
protokol  tərtib  edilmiş  şəxs  haqqında  olan  iş  üzrə  icraata  xitam  verilir  və 
inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq 
tədbirlər görülür. 
122.8. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində 
nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu 
Məcəllənin 
125.2.3-cü 
maddəsində 
nəzərdə 
tutulmuş 
qaydada 
məlumatlandırıldığı  vaxtdan  10  gün  müddətində  vəsatət  vermədikdə,  həmin 
protokol  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  hesab  edilir  və  həmin 
vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində 
nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. 
  
Maddə 123.  Foto  və  ya  video  qeydiyyat  funksiyalarına  malik  xüsusi 
texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə məxsus nəqliyyat 
vasitəsinin  istifadəçisi  tərəfindən  törədilən  inzibati  xəta  haqqında  iş  üzrə 
icraatın aparılması qaydası 
  
123.1.  Bu  Məcəllənin  122.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətalar 
hüquqi  şəxsin  mülkiyyətində  və  ya  istifadəsində  olan  nəqliyyat  vasitəsinin 
sürücüsü  tərəfindən  törədildikdə  və  müvafiq  icra  hakimiyyəti  orqanının 
mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat 
vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
həmin  hüquqi  şəxsə  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  bu  barədə 
dərhal sorğu göndərilir. 
123.2.  Hüquqi  şəxs  sorğunu  rəsmi  qaydada  aldığı  vaxtdan  5  gün 
müddətində  inzibati  xətanın  törədilməsi  zamanı  nəqliyyat  vasitəsini  idarə 
etmək  hüququna  malik  fiziki  şəxs  barədə  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
məlumat  verməlidir.  Səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  belə  məlumatı  aldığı 
vaxtdan  3  gün  müddətində  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan  şəxsin  iştirakı  olmadan  inzibati  xəta  haqqında  protokol  tərtib  edir. 
İnzibati  xəta  haqqında  protokol  həmin  günün  sonunadək  müvafiq  icra 
hakimiyyəti  orqanının  mərkəzi  informasiya  sistemində  yerləşdirilir  və 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol 
barədə  bu  Məcəllənin  125.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada 
məlumat verilir. 
123.3.  Bu  Məcəllənin  123.1-ci  maddəsində  nəzərdə  tutulmuş  sorğuya 
cavab  verməyən  hüquqi  şəxs  bu  Məcəllənin  347-ci  maddəsində  nəzərdə 
tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi 
şəxsin  məsuliyyətə  cəlb  olunması  onu  müvafiq  məlumatı  təqdim  etmək 
vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. 
  
Maddə  124.  İnzibati  xəta  hadisəsi  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən 
bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası 
  
124.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxmaq  hüququ  rayon  (şəhər) 
məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 
səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə 
müəyyən  olunmuş  qaydada  inzibati  xəta  haqqında  protokol  tərtib  edilir  və 
baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə 
qərar  qəbul  etdiyi  vaxtdan  3  gün  müddətində  onu  mərkəzi  informasiya 
sisteminə  yerləşdirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  göndərir. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  həmin  qərarı  daxil  olduğu  gün  mərkəzi 
informasiya  sisteminə  yerləşdirir.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə 
qərar çıxarılmış şəxs  həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində 
nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 
124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana 
(vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə