Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və 
əsaslar; 
102.3.4.  inzibati  xətaya  görə  inzibati  məsuliyyət  nəzərdə  tutan  bu 
Məcəllənin müvafiq maddəsi. 
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə 
aparılır. 
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama 
vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta 
haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, 
bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 
102.6.  İnzibati  araşdırma  başa  çatdıqda,  inzibati  xəta  haqqında  protokol 
tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə 
qərar qəbul edilir. 
  
Maddə  103.  Protokolun  (prokurorun  qərarının)  baxılması  üçün 
göndərilməsi 
  
103.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi 
vaxtdan 48  saatadək müddətdə  hakimə,  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
göndərilir. 
103.2.  İnzibati  həbs  nəzərdə  tutan  inzibati  xəta  haqqında  protokol 
(prokurorun  qərarı)  tərtib  edildikdən  dərhal  sonra  baxılması  üçün  hakimə 
göndərilir. 
  
Maddə 104. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
  
104.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 
104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs 
qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə
104.1.2.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki 
şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı 
mümkün olmadıqda; 
104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
104.2.  İnzibati  xətalar  haqqında  iş  üzrə  icraatın  dayandırılmasına  qədər 
səlahiyyətli  vəzifəli  şəxs,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan  şəxsin  iştirakı  olmadan  həyata  keçirilməsi  mümkün  olan  bütün 
prosessual  hərəkətləri  aparmalı,  bu  Məcəllənin  104.1.1  və  104.1.3-cü 
maddələrində  nəzərdə  tutulmuş  və  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın 
dayandırılması  üçün  səbəb  olmuş  halların  aradan  qaldırılması  üçün  bütün 
tədbirləri görməlidir. 
104.3.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraat  səlahiyyətli  vəzifəli  şəxsin 
qərarı  ilə  dayandırılır.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması 
haqqında  qərarda  bu  Məcəllənin  115-ci  maddəsində qeyd edilən məlumatlar 
göstərilir. 
104.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması  haqqında 
qərarı  qəbul  edən  səlahiyyətli  vəzifəli  şəxs  48  saat  ərzində  həmin  qərarın 
surətini müvafiq prokurora göndərməlidir. 
104.5.  Prokuror  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması 
haqqında  qərarı  aldığı  vaxtdan  bir  ay  müddətində  həmin  qərarın  qəbul 
edilməsində  bu  Məcəllənin  104.1-ci  maddəsinin  tətbiq  edilməsinin 
düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı 
qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın 
materiallarını  tələb  etdikdə,  materiallar  bir  gün  ərzində  prokurora  təqdim 
edilməlidir. 
104.6.  Prokuror  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması 
haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini 
müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun 
surətini  qərarı  qəbul  etmiş  səlahiyyətli  vəzifəli  şəxsə  göndərir.  Bu  halda 
prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci 
maddəsində  nəzərdə  tutulmuş inzibati  xəta haqqında  iş  üzrə  icraatın 
başlanması haqqında qərar qəbul edir. 
104.7.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması  haqqında 
qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 
-  104.1.3-cü maddələrində  göstərilən  hallar  aradan  qaldırıldıqda,  səlahiyyətli 
vəzifəli  şəxsin  qərarı  ilə  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  təzələnir  və  bu 
barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir. 
104.8.  Bu  Məcəllənin  38-ci  maddəsində  nəzərdə  tutulmuş müddətlər 
keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Qeyd: Bu  Məcəllənin  104.4  –  104.7-ci  və  596-cı  maddələrində  “səlahiyyətli  vəzifəli  şəxs”  dedikdə 
hakim nəzərdə tutulmur.
 
  
Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 
  
105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər 
hansı  biri  olduqda,  icraatında  inzibati  xəta  haqqında  iş  olan hakim  və  ya 
səlahiyyətli  orqan  (vəzifəli  şəxs) inzibati  xəta  haqqında  işin  icraatına  xitam 
verilməsi haqqında qərar qəbul edir. 
105.2.  İnzibati  xəta  haqqında  işin  icraatına  xitam  verilməsi  haqqında 
qərarın  surəti  barəsində  belə  qərar  qəbul  edilmiş  şəxslərə və  zərər  çəkmiş 
şəxsə göndərilir. 
  
FƏSİL 15 
  
İnzibati xəta haqqında işlərə baxılması 
  
Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması 
  
106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında 
işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 
106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi
106.0.2.  işin  hakim,  kollegial  orqanın  üzvü,  vəzifəli  şəxs  tərəfindən 
baxılmasını istisna edən hallar mövcuddurmu
106.0.3.  inzibati  xəta  haqqında  protokol  və  işin  digər  materialları  bu 
Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 
106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 
106.0.5.  mahiyyəti  üzrə  baxılması  üçün  işdə  kifayət  qədər  sübutlar 
toplanmışdırmı; 
106.0.6.  işə  baxılmasının  yeri  və  vaxtı  barədə  işdə  iştirak  edən  şəxslər 
məlumatlandırılıbmı; 
106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 
  
Maddə 107. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin 
baxılmasını istisna edən hallar 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə