Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə20/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
etmək  və  ya  tibbi  müayinəyə  göndərmək  barədə  protokol  tərtib  olunur  və 
həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 
96.4.  Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  barədə  və 
sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə 
etmək  və  ya  tibbi  müayinəyə  göndərmək  haqqında  protokolda  aşağıdakılar 
göstərilir: 
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq 
vəziyyətini müəyyən etmənin əsasları; 
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı 
və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. 
96.5.  Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  barədə  və 
sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə 
etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş 
vəzifəli  şəxs,  habelə  nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırılan  və 
sərxoşluq  vəziyyətini  müəyyən  etmək  üçün  barəsində  xüsusi  texniki 
vasitələrdən  istifadə  edilən  və  ya  tibbi  müayinəyə  göndərilən  sürücü 
tərəfindən  imzalanır.  Sürücü  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu 
barədə  protokolda  müvafiq  qeyd  aparılır.  Sürücünün  izahat  vermək  və 
protokolun  məzmunu  barədə  öz  mülahizələrini  təqdim  etmək,  habelə 
protokolu  imzalamaqdan  imtina  etməsinin  səbəblərini  göstərmək  hüququ 
vardır.  Onun  bu  izahatı  və  mülahizələri  protokola  əlavə  olunur.  Protokolun 
surəti sürücüyə təqdim edilir. 
96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt 
müvafiq protokola əlavə olunur. 
  
Maddə 97. Nəqliyyat vasitələrinin saxlanılması 
  
97.1.  Bu  Məcəllənin 346.1  və  346.2-ci  maddələrində  nəzərdə  tutulan 
inzibati  xəta  törədildiyi halda  (əgər  sürücü  həmin  nəqliyyat  vasitəsinin 
yanında  deyildirsə),  həmçinin  bu  Məcəllənin  96.1-ci  maddəsində  göstərilən 
hallarda  nəqliyyat  vasitəsi  müvəqqəti  olaraq  müvafiq  icra  hakimiyyəti 
orqanının mühafizə olunan duracağında saxlanılır. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə 
lazımi  sənədlər  təqdim  edildikdən  və  ya  xətaya  görə  inzibati  tənbeh 
verildikdən,  nəqliyyat  vasitəsinin  duracağa  gətirilməsi  və  onun  orada 
saxlanılması  üçün  haqq  ödənildikdən  dərhal  sonra,  saxlanılmış  nəqliyyat 
vasitəsi sahibinə qaytarılır. 
97.3.  Nəqliyyat  vasitəsi  dayanma  və  durma  qaydalarının  pozulduğuna 
görə,  inzibati  cərimənin  müəyyən  edilmiş  müddətdə  ödənilməməsinə  görə 
tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq 
icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağına  gətirilmişdirsə, 
nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni 
(müvafiq  olaraq  hesablanmış  dəbbə  pulu  daxil  olmaqla)  və  nəqliyyat 
vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin 
yerdə plastik  kart  və  ya  internet  vasitəsilə ödəyə  bilər.  Bu  halda 
sürücüyə müvafiq  inzibati  xəta  haqqında  protokolun,  inzibati  tənbeh  tətbiq 
etmə  haqqında  qərarın  surəti verilir  və  saxlanılmış  nəqliyyat  vasitəsi  dərhal 
sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən 
müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağına 
gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni 
nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta 
haqqında  iş  üzrə  icraat  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  həyata 
keçirilir. 
97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər 
üzrə  sənədləri  ünvan  sahibinə  onun  yaşadığı,  yaxud  işlədiyi  yer  üzrə 
tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin 
olmaması  səbəbindən  10  gün  müddətində  bu  Məcəllənin  57-ci  maddəsində 
nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin 
surətinin  verilməsi  məqsədi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən nəqliyyat  vasitəsinin  dayandırılaraq  müvafiq  sənədin  təqdim 
edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin 
istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər 
aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. 
97.5. Nəqliyyat  vasitəsinin  saxlanılması  iki  nüsxədə  olan  aktla 
rəsmiləşdirilir,  onun  birinci  nüsxəsi  inzibati  xəta  haqqında  protokola  əlavə 
edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi 
  
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq 
cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və 
şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və 
belə  nasazlığın  aradan  qaldırılması  mümkün  olmayan  nəqliyyat  vasitəsinin 
istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. 
  
IV BÖLMƏ 
  
İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri 
  
FƏSİL 14 
  
İnzibati xəta haqqında iş üzrə icraata başlama 
  
Maddə 99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və 
əsas 
  
99.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraata  başlamağa  səbəblər 
aşağıdakılardır: 
99.1.1.  inzibati  xəta  hadisəsinin  mövcudluğunu  göstərən  kifayət  qədər 
halların  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  bilavasitə və  ya  xüsusi  texniki 
vasitələrin köməyi ilə aşkar edilməsi
99.1.2. dövlət  orqanlarından  və  təşkilatlarından və  ya  bələdiyyələrdən 
məlumatların daxil olması; 
99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi 
informasiya vasitələrində dərc olunmuş məlumatlar. 
99.2.  Məlumatlara  inzibati  xəta  haqqında  iş  üzrə  icraata  başlamaq 
səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati 
xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən 
halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu 
Məcəllənin  99.2-ci  maddəsində  göstərilən  kifayət  qədər  əsaslar  olduqda, 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə