Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
məlumat  bazası  və  məlumat  bankı  və  digər  məlumatları  olan  müvafiq 
daşıyıcılar sənədlər hesab olunur. 
80.3.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının 
təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa 
çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. 
  
Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri 
  
81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları 
xüsusi texniki vasitələr adlanır. 
81.2.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  aşkarlanmasında 
istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr 
müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya  sisteminə  inteqrasiya 
olunmalıdır.
 
81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə 
protokolda qeyd edilir. 
  
Maddə 82. Ekspertiza 
  
82.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər 
hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi 
bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. 
82.2. Qərardadda aşağıdakılar göstərilir: 
82.2.1. ekspertizanın təyin olunması üçün əsaslar
82.2.2.  ekspertin  soyadı,  adı  və  atasının  adı  və  ya  ekspertiza  aparılacaq 
idarənin adı; 
82.2.3. ekspertin rəy verməli olduğu məsələlər; 
82.2.4. ekspertin sərəncamına verilən materiallar
82.2.5.  ekspertə  onun  hüquq  və  vəzifələrinin  izah  edilməsi  və  bilə-bilə 
yalan  rəy  verilməsinə  görə  inzibati  məsuliyyət  barədə  xəbərdarlıq  haqqında 
qeyd. 
82.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara 
çıxmamalıdır. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
82.4.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli  şəxs)  ekspertizanın  təyin  olunması  haqqında  qərardadı  icraya 
göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını 
izah etməlidir. 
82.5.  Ekspert  öz  adından  yazılı  formada  rəy  verir  və  onu  imzalayır. 
Ekspertin  rəyində  ekspertizanın  aparıldığı  tarix  və  yer,  ekspertizanın 
aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş 
suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir. 
  
Maddə 83. Əlavə məlumatların tələb edilməsi 
  
83.1.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli  şəxs)  işin  həll  edilməsi  üçün  zəruri  olan  əlavə  məlumatların  tələb 
edilməsi barədə qərardad qəbul edə bilər. 
83.2.  Məlumatlar  tələb  edildiyi  vaxtdan  üç  günədək  müddətdə,  inzibati 
həbs  nəzərdə  tutulan  inzibati  xəta  törədildikdə  isə  dərhal  müvafiq  orqanlar, 
təşkilatlar,  idarələr  və  müəssisələr  tərəfindən  qərardad  qəbul  etmiş  hakimə, 
səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. 
83.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən 
tələb  edilən  məlumatların  təqdim  edilməsi  mümkün  olmadıqda,  onlar  üç 
günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə 
isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu 
barədə yazılı formada xəbər verməyə borcludurlar. 
  
Maddə 84. Sübutların qiymətləndirilməsi 
  
84.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli  şəxs)  işin  bütün  hallarının  məcmusunun  hərtərəfli,  tam  və  obyektiv 
surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 
84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 
  
Maddə  85.  Materialların  prokurora,  ibtidai  istintaq  və  ya  təhqiqat 
orqanına verilməsi 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli 
şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar 
etdikdə,  materialları  prokurora,  ibtidai  istintaq  və  ya  təhqiqat  orqanına 
göndərir. 
  
FƏSİL 13 
  
İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi 
  
Maddə  86.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  təmin  edilməsi 
tədbirləri 
  
86.1.  İnzibati  xətaların  qarşısını  almaq,  şəxsiyyəti  müəyyən  etmək,  işlərə 
vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların 
icrasını  təmin  etmək  məqsədi  ilə  səlahiyyətli  vəzifəli  şəxs  bu  Məcəllə  ilə 
müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 
86.1.1. gətirilmə; 
86.1.2. inzibati qaydada tutma
86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 
86.1.4. nəqliyyat vasitəsinə baxış; 
86.1.5. əşyaları və sənədləri götürmə
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 
86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. 
86.2. İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  təmin  edilməsi  tədbirlərinin 
qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki 
Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir. 
  
Maddə 87. Gətirilmə 
  
87.1.  Bu  Məcəllənin  109.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni 
nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. 
87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə 
tətbiq edilə bilməz. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə