Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə12/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
60.2.9.  bildirişi  qəbul  etməkdən  imtinaya  və  ya  onun  ünvan  sahibinə 
çatdırmamasına  görə  bu  Məcəllənin  531-ci  maddəsində  məsuliyyət  nəzərdə 
tutulduğu barədə qeyd; 
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli 
orqana  gəlməməsinin  nəticələri  və  gəlməməsinin  səbəbləri  barədə  məlumat 
vermək vəzifəsinə dair qeyd. 
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında 
gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin 
tarixinə ən azı 5 gün qalmış verilir. 
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada 
göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına 
bildirişin  məzmununun  ötürülməsini  təmin  etməklə  internet,  telefon  və  ya 
digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. 
  
FƏSİL 11 
  
İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları 
və vəzifələri 
  
Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 
  
61.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin 
aşağıdakı hüquqları vardır: 
61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 
61.1.2. izahat vermək; 
61.1.3. sübutlar təqdim etmək; 
61.1.4. vəsatət və etirazlar vermək
61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək
61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin 
tətbiqindən və iş üzrə qərardan şikayət vermək
61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, 
tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək
61.1.8. inzibati  xəta  hadisəsinin  baş  verdiyi  yer  videomüşahidə 
vasitələrinin 
(videokameraların) 
nəzarəti 
altındadırsa, 
hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki 
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat 
nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda 
sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 
61.2.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs  bu 
Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 
61.3. İnzibati  xəta  haqqında  işə  barəsində inzibati  xəta  haqqında  iş  üzrə 
icraat  aparılan  şəxsin  iştirakı  ilə  baxılır.  Həmin  işə  şəxsin  iştirakı  olmadan, 
yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında 
bildirilməsi  barədə  məlumat  olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq 
haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
61.4.  İnzibati  xəta  haqqında  işə  baxarkən  hakim,  barəsində  inzibati  xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 
61.5.  İnzibati  həbs, Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 
əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  inzibati  qaydada  çıxarma  və  ya 
ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 
61.6.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılarkən  işin 
hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi 
hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. 
  
Maddə 62. Zərər çəkmiş şəxs 
  
62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs 
zərər çəkmiş şəxs sayılır. 
62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 
62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 
62.2.2. izahat vermək; 
62.2.3. sübutlar təqdim etmək; 
62.2.4. vəsatət və etirazlar vermək; 
62.2.5. hüquqi yardımdan istifadə etmək; 
62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 
62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, 
tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
62.2.8. inzibati  xəta  hadisəsinin  baş  verdiyi  yer  videomüşahidə 
vasitələrinin 
(videokameraların) 
nəzarəti 
altındadırsa, 
hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki 
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat 
nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda 
sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan 
da istifadə edə bilər. 
62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. 
Həmin  şəxsin  iştirakı  olmadan  işə  yalnız  o  hallarda  baxıla  bilər  ki,  işə 
baxılmasının  yeri  və  müddətinin  ona  vaxtında  bildirilməsi  barədə  məlumat 
olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq  haqqında  ondan  vəsatət  daxil 
olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş 
qaydada şahid kimi sorğu-sual edilə bilər. 
  
Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri 
  
63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və 
ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti 
olmadıqda  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  olduqda,  həmin  şəxslərin 
mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 
63.2.  Valideynlər,  övladlığa  götürənlər,  himayəçilər  və  qəyyumlar  fiziki 
şəxsin qanuni nümayəndələri hesab olunurlar. 
63.3.  Bu  Məcəllənin  63.1-ci  maddəsində  göstərilən  şəxslərin  qanuni 
nümayəndələri  olmadıqda,  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparan 
səlahiyyətli  vəzifəli  şəxs  qəyyumluq  və  himayəçilik  orqanını  qanuni 
nümayəndə hesab edir. 
63.4.  Fiziki  şəxsin  qanuni  nümayəndəsi öz  səlahiyyətlərini  təsdiq  edən 
sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 
63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin 
və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu 
Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə