Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
nümayəndələri, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin 
işdə olmadıqları müddət ərzində iş yerində onların əməkhaqqı saxlanılır. 
56.3.  Mütəxəssisin,  ekspertin  və  tərcüməçinin  əməyi  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. 
  
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada 
verilməsi 
  
57.1.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  iştirakçılarına  bu 
Məcəllədə  müəyyən  edilmiş  hallarda  inzibati  xətalar  haqqında  işlər  üzrə 
sənədlər  (qərarlar,  qərardadlar,  protokollar,  bildirişlər)  hakim  və  ya 
səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  “Poçt  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  sifarişli  poçt  göndərişi  ilə 
çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt 
göndərişi  -  göndərilmək  üçün  qəbul  olunduğuna  dair  istifadəçiyə  qəbz 
verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb 
olunan  poçt  göndərişidir.  Sənədin  çatdırılmasını  hakim  məhkəmə  işçisinə, 
səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) 
qaytarılmalı  olan  qəbzə  və  ya  sənədin  kötüyünə  imza  etdirilməklə,  ünvan 
sahibinə  rabitə  orqanları,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs),  yaxud  sənədin 
çatdırılması  tapşırılmış  şəxslər  tərəfindən  şəxsən  verilir.  Hüquqi  şəxsə 
ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza 
etdirilməklə verilir. 
57.3.  Sənədi  çatdırmalı  olan  şəxs  ünvan  sahibini  onun  yaşadığı,  yaxud 
işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan 
yetkinlik  yaşına  çatmış  ailə  üzvlərindən  birinə  (onların  razılığı  ilə),  onlar 
olmadıqda  ünvan  sahibinin  yaşayış  yeri  üzrə  yerli  özünüidarə  orqanına, 
müvafiq  icra  hakimiyyəti  orqanına,  yaxud  onun  iş  yerinin  müdiriyyətinə 
verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin 
kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və 
ya  tutduğu  vəzifəni  göstərməli  və  imkan  olan  kimi  sənədi  ünvan  sahibinə 
verməlidir. 
57.4.  Sənədi  çatdırmalı  olan  rabitə  orqanı,  yaxud  sənədin  çatdırılması 
tapşırılmış  şəxs  bu  işi  sənədi  aldığı  tarixdən  sonrakı  gündən  gec  olmayaraq 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
yerinə  yetirməli  və  sənədi  çatdırdığı  barədə  bir  gün  müddətində  müvafiq 
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 
57.5.  İnzibati  xəta  haqqında  iş  üzrə  sənəd  aşağıdakı  hallarda  rəsmi 
qaydada verilmiş hesab edilir: 
57.5.1.  bu  Məcəllənin  57.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
ünvan sahibinə şəxsən verildiyi vaxtdan
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 
57.5.2.1.  ünvan  sahibi  ilə  birlikdə  yaşayan  yetkinlik  yaşına  çatmış  ailə 
üzvlərindən birinə şəxsən verildiyi vaxtdan
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması 
barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi 
vaxtdan; 
57.5.3.  bu  Məcəllənin  97.4-cü  maddəsində  nəzərdə  tutulmuş  halda 
nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. 
  
Maddə 58. Qəbzin məzmunu 
  
58.0.  Bu  Məcəllənin  57.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qəbzdə 
aşağıdakılar göstərilməlidir: 
58.0.1.  inzibati  xəta  haqqında  iş  üzrə  sənədi  göndərən  orqanın  adı  və 
ünvanı; 
58.0.2.  sənədin  verilməli  olduğu  şəxsin  soyadı,  adı,  atasının  adı  və  ya 
hüquqi şəxsin adı və yerləşdiyi ünvan
58.0.3. verilən sənədin adı; 
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 
58.0.5.  sənədin  verilməməsinin  səbəbləri  (göstərilən  ünvanda  olmama, 
səhv ünvan və sair); 
58.0.6. sənədin verildiyi şəxs
58.0.7.  sənədin  çatdırılması  tapşırılmış  şəxsin,  yaxud  rabitə  orqanı 
nümayəndəsinin imzası. 
  
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina 
  
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış 
ailə  üzvləri  inzibati  xəta  haqqında  işlər  üzrə  sənədi  qəbul  etməkdən  imtina 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin 
sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 
Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab 
olunur. 
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul 
edilməsindən  imtina  barədə  qeyd  onun  yaşayış  yeri  üzrə  yerli  özünüidarə 
orqanı,  müvafiq  icra  hakimiyyəti  orqanı  və  ya  onun  iş  yerinin  müdiriyyəti 
tərəfindən təsdiq edilir. 
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən 
həmin  sənədi  qəbul  etməkdən  imtina  edilməsi  işə  baxılması  və  ya  ayrı-ayrı 
prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. 
  
Maddə 60. Bildirişlər 
  
60.1.  Hakim  və  ya  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  bildiriş  vasitəsilə 
inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı 
və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları 
işə  baxılmasında  və  ya  digər  prosessual  hərəkətlərin  həyata  keçirilməsində 
iştirak etmək üçün çağırırlar. 
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir: 
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı 
və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair); 
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 
60.2.3.  xəbər  verilən,  yaxud  məhkəməyə,  səlahiyyətli  orqana  çağırılan 
şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı; 
60.2.4.  xəbər  verilən,  yaxud  məhkəməyə,  səlahiyyətli  orqana  çağırılan 
şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması; 
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı; 
60.2.7.  işdə  iştirak  edən  şəxslərə  iş  üzrə  onlarda  olan  bütün  sübutların 
təqdim edilməsinə dair təklif
60.2.8.  ünvan  sahibinin  olmadığı  təqdirdə,  bildirişi  qəbul  edən  şəxsin 
imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə