Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
çəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna 
bilər. 
51.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, 
yaxud  səsyazma aparılıbsa, barəsində inzibati  icraat  aparılan şəxsin və zərər 
çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma 
materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz. 
  
Maddə 52. Vəsatətlər 
  
52.1.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirak  edən  şəxslər 
icraatında  həmin  işlər  olan  hakimə,  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 
52.2.  Vəsatət  yazılı  formada  verilir  və  o,  dərhal  baxılmalıdır.  Vəsatətin 
təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. 
  
Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 
  
53.0. Aşağıdakı  hallarda  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraat 
başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 
53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 
53.0.2. inzibati xəta tərkibi olmadıqda; 
53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə
53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 
53.0.5.  inzibati  məsuliyyət  müəyyən  edən  normativ  hüquqi  akt  ləğv 
olunduqda; 
53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa 
çatdıqda; 
53.0.7. barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə aid 
eyni  fakt  üzrə  inzibati  tənbeh  etmək  haqqında  hakimin,  səlahiyyətli  orqanın 
(vəzifəli  şəxsin)  qərarı  olduqda,  yaxud  inzibati  xəta  haqqında  işə  xitam 
verilməsi  barəsində  ləğv  edilməmiş  qərar  olduqda,  habelə  həmin  fakt  üzrə 
cinayət işi başlamaq haqqında qərar olduqda; 
53.0.8.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs 
öldükdə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
53.0.9. Bu  Məcəllənin 157  və  158-ci  maddələrində nəzərdə  tutulmuş 
inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. 
  
Maddə 54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror 
nəzarəti 
  
54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş 
qanun  pozuntusunu  aradan  qaldırmaq  üçün  vaxtında  tədbirlər  görür  və 
inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  aparılmasında  Azərbaycan 
Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror 
nəzarətini həyata keçirir. 
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 
339.5, 340.2,  341, 376,  399,  531,  558.2,  558.3,  559,  563.2,  567,  568,  569,  573, 
595.2, 596, 601 
və 
606.1-ci maddələrində 
nəzərdə 
tutulan 
inzibati 
xətalar haqqında  işlər  üzrə  icraatın  başlanması  haqqında  qərar  prokuror 
tərəfindən  qəbul  edilir.  Prokuror  bu  Məcəllənin  99.3-cü  maddəsinə  əsasən 
digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar 
qəbul etmək hüququna malikdir. 
54.3.  Prokuror,  həmçinin  inzibati  xətalar  haqqında  işlərin  baxılmasında 
iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət 
vermək,  inzibati  xəta  haqqında  iş  üzrə  qəbul  edilən  qərardan  və  ya 
qərardaddan protest vermək hüququna malikdir. 
54.4.  Prokuror  bu  Məcəllənin  99.1.2  və  99.1.3-cü  maddələrində  nəzərdə 
tutulan məlumatlara baxaraq on beş gün müddətində inzibati xətalar haqqında 
işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin 
başlanmasının  rədd  edilməsi  haqqında  əsaslandırılmış  qərardad  qəbul  edir. 
Qərardadın  surəti  məlumatları  vermiş  şəxslərə  göndərilir.  Həmin 
qərardaddan onun 
rəsmi 
qaydada 
verildiyi 
vaxtdan on 
gün 
müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. 
54.5.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  başlanması  haqqında 
qərarda  bu  Məcəllənin  100-cü  maddəsində  olan  məlumatlar  göstərilir.  Bu 
Məcəllənin 102.2-ci maddəsində  nəzərdə  tutulan hal  istisna  olmaqla, inzibati 
xətalar  haqqında  işlər  üzrə  icraatın  başlanması  haqqında  qərar  bu 
Məcəllənin 103-cü  maddəsində müəyyən  edilmiş  müddətdə  baxılması  üçün 
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
54.6.  Yetkinlik  yaşına  çatmayanlar  barəsində  inzibati  xətalar  haqqında, 
habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının 
yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız 
o  hallarda  baxıla  bilər  ki,  işə  baxılmasının  yeri  və  müddətinin  ona  vaxtında 
bildirilməsi  barədə  məlumat  olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq 
haqqında ondan vəsatət daxil olmasın. 
  
Maddə 55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər 
  
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 
55.1.1. zərər  çəkmişlərə,  şahidlərə, onların  qanuni  nümayəndələrinə, hal 
şahidlərinə, 
ekspertlərə, 
mütəxəssislərə 
və 
tərcüməçilərə 
verilmiş 
məbləğlərdən; 
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və 
tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər 
dövlət hesabına ödənilir. Hüquqi  şəxslər  barəsində inzibati  xətalar  haqqında 
işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 
55.3. İnzibati  xətalar  haqqında  işlər  üzrə  məsrəflərin  məbləği məsrəflərə 
aid  olan  çəkilmiş  xərcləri  təsdiq  edən  işə  əlavə  edilmiş  sənədlər  əsasında 
müəyyən edilir. 
55.4.  Məsrəflər  haqqında  qəbul  edilmiş  qərar  inzibati  tənbeh  tətbiq 
edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 
qərarda göstərilir. 
  
Maddə 
56. 
Zərər 
çəkmişlərə, 
şahidlərə, onların 
qanuni 
nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ 
  
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli 
orqana  (vəzifəli  şəxsin  yanına)  gəlməklə  əlaqədar  olaraq  zərər  çəkmişlərin, 
şahidlərin, onların  qanuni  nümayəndələrinin, ekspertlərin,  mütəxəssislərin, 
tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada ödənilir. 
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli 
orqana  (vəzifəli  şəxsin  yanına)  zərər  çəkmiş,  şahid,  ekspert, onların  qanuni 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə