Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   2   3   4   5   6   7   8   9   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 
28.4.6.  hərbi  xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan 
hərbi  qulluqçulara və  hərbi  qulluqçu  hazırlayan  xüsusi  təyinatlı  təhsil 
müəssisələrinin kursantlarına. 
  
Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati 
qaydada çıxarma 
  
29.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər 
və  ya  vətəndaşlığı  olmayan  şəxslər  barəsində  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. 
29.2. Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada  çıxarma  hakim  və  ya  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən 
tətbiq edilir. 
29.3. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarılmış  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır. 
29.4.  Qaçqın  statusuna  malik  olan  və  ya  Azərbaycan  Respublikası 
tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan 
uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati 
qaydada çıxarma tətbiq edilmir. 
29.5.  İnsan  alverindən  zərər  çəkmiş  hesab  olunan  əcnəbilər  və  ya 
vətəndaşlığı  olmayan  şəxslər  barəsində  1  il  müddətində,  cinayət  təqibi 
orqanlarına  yardım  göstərən  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər 
barəsində  isə  cinayət  təqibi  başa  çatanadək  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir. 
  
Maddə 30. İnzibati həbs 
  
30.1.  İnzibati  həbs,  yalnız  müstəsna  hallarda,  inzibati  xətaların  ayrı-ayrı 
növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 
30.2.  Hamilə  qadınlar  və  ya  himayəsində  on  dörd yaşınadək  uşağı  olan 
qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz 
yaşına  çatmayan  şəxslər,  birinci  və  ya  ikinci  qrup  əlillər,sağlamlıq  imkanları 
məhdud  uşaqlar, altmış  yaşına  çatmış  qadınlar  və  altmış  beş  yaşına  çatmış 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət 
hərbi  qulluqçuları  və  hərbi  qulluqçu  hazırlayan  xüsusi  təyinatlı  təhsil 
müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. 
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 
  
FƏSİL 5 
  
İnzibati tənbeh tətbiq etmə 
  
Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 
  
31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 
31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, 
xətanın  xarakteri,  inzibati  xəta  törədən  şəxsin  şəxsiyyətini  xarakretizə  edən 
hallar, onun  təqsirinin  dərəcəsi, əmlak  vəziyyəti,  habelə  məsuliyyəti 
yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 
31.3.  Hüquqi  şəxslər  barəsində  inzibati  tənbeh  tətbiq  edilərkən,  inzibati  xətanın 
xarakteri, inzibati  xəta  nəticəsində  hüquqi  şəxsin  əldə  etdiyi  xeyrin  həcmi  və  ya  onun 
maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, 
o  cümlədən  onun maliyyə  və  əmlak  vəziyyəti, xeyriyyəçilik  və  ya  digər  ictimai  faydalı 
fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə 
alınır.
 
31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə 
müəyyən  edilən  inzibati  tənbehin  yalnız  yuxarı  həddi  müəyyən  edildikdə, 
tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. 
31.5. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş 
öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 
  
Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar 
  
32.1.  İnzibati  tənbeh  tətbiq  edilərkən,  məsuliyyəti  yüngülləşdirən  hallar 
aşağıdakılar hesab edilir: 
32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 
32.1.2.  inzibati  xətanın  yetkinlik  yaşına  çatmayanlar  tərəfindən 
törədilməsi


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan 
qadın tərəfindən törədilməsi
32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud 
maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 
32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə 
ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 
32.1.6. inzibati  xətanın zərər  çəkmiş  şəxsin  qanunsuz  və  ya  əxlaqsız 
hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş 
güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 
32.1.7.  törədilmiş  inzibati  xətanın  zərərli  nəticələrinin  inzibati  xəta 
törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin 
könüllü surətdə ödənilməsi. 
32.2.  İnzibati  tənbeh  tətbiq  edilərkən  bu  Məcəllənin  32.1.1  -  32.1.7-ci 
maddələrində 
göstərilməmiş 
başqa 
hallar 
da 
hakim 
tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
32.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta 
tərkibinin  əlaməti  kimi  nəzərdə  tutulmuş məsuliyyəti yüngülləşdirən  hal, 
inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. 
  
Maddə 33. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar 
  
33.1.  İnzibati  tənbeh  tətbiq  edilərkən,  məsuliyyəti  ağırlaşdıran  hallar 
aşağıdakılar hesab edilir: 
33.1.1.  səlahiyyətli  şəxslərin  hüquqazidd  hərəkəti  dayandırmağı  tələb 
etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi
33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati 
tənbeh  vermə  haqqında  qərar  qüvvəyə  mindiyi  gündən bir  il  ərzində  təkrar 
törətməsi; 
33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 
33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; 
33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi
33.1.6.  inzibati  xətanın  təbii  fəlakət  şəraitində  və  ya  başqa  fövqəladə 
şəraitdə törədilməsi; 
33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə