Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
87.3. Fiziki  şəxsin  gətirilməsi  inzibati  xətanın  baxıldığı  yer  üzrə 
məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
  
Maddə 88. İnzibati qaydada tutma 
  
88.1. İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə 
məhdudlaşdırılmasını, inzibati  xəta  haqqında  işin  düzgün  və  vaxtında 
baxılmasının  və  ya  inzibati  xəta  haqqında  iş  üzrə  qərarın  icrasının  təmin 
edilməsi  üçün aşağıda  göstərilən  səlahiyyətli  orqanlar  (vəzifəli  şəxslər)  bu 
maddədə göstərilən hallarda tətbiq etmək hüququna malikdirlər: 
88.1.1. müvafiq  icra  hakimiyyəti  orqanının vəzifəli  şəxsləri  -  xırda 
xuliqanlıq  edildikdə,  şəxs  polis  işçisinin,  habelə  hərbi  qulluqçunun  qanuni 
tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə 
yürüşlərinin  və  piketlərin  təşkili  və  keçirilməsi  qaydasını  pozduqda,  ictimai 
işlər  növündə  inzibati  tənbehin  çəkilməsindən  boyun  qaçırdıqda, avaralıqla 
məşğul  olduqda, ov,  balıq  və  digər  su  bioresurslarının  ovu  və  mühafizəsi 
qaydaları  pozulduqda,  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər 
Azərbaycan Respublikasında qanunsuz qaldıqda; 
88.1.2. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, 
sərhədboyu  (sərhədboyu  zolaq)  rejim  və  ya  Azərbaycan  Respublikasının 
dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda
88.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə 
dəstəsinin  yuxarı  vəzifəli  şəxsi  -  mühafizə  edilən  obyektlərə,  digər  dövlət 
əmlakına  və  ya  ictimai  əmlaka  qəsd  edilməsi  ilə  əlaqədar  inzibati  xətalar 
törədildikdə; 
88.1.4. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan 
Respublikası  Silahlı  Qüvvələrinin  nəqliyyat  vasitələrini  idarə  edən  sürücülər 
və ya digər şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda; 
88.1.5.  fövqəladə  vəziyyət  elan  olunmuş  yerin komendantı və  xüsusi 
idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda
88.1.6. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - əcnəbilər və 
vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasında  olma 
qaydaları 
pozulduqda, 
yaxud 
onlar 
Azərbaycan 
Respublikasının 
hüdudlarından  kənara  inzibati  qaydada  çıxarma  haqqında  qərarın 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
icrasından boyun  qaçırdıqda  və  ya  belə  boyun  qaçırmanı  ehtimal  etməyə 
kifayət qədər əsaslar olduqda. 
88.2.  İnzibati  qaydada  tutulan  şəxsə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 
hüquqları  izah  olunmalı,  bu  barədə  inzibati  qaydada  tutma  haqqında 
protokolda müvafiq qeyd aparılmalıdır. 
  
Maddə 89. İnzibati qaydada tutma müddətləri 
  
89.1.  İnzibati  xəta  törətmiş  şəxsin  inzibati  qaydada  tutulması,  bu 
Məcəllənin  89.2  –  89.4-cü  maddələri  istisna  olunmaqla,  üç  saatdan  çox  ola 
bilməz. 
89.2.  Sərhəd  rejimini,  sərhədboyu  (sərhədboyu  zolaq)  rejimini  və  ya 
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi 
pozduğuna, avaralıqla  məşğul  olduğuna,  əcnəbilərin  və  ya  vətəndaşlığı 
olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə 
ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş 
üzrə  icraat  aparılan  şəxs  törətdiyi  xətanın hallarını,  habelə  onun  şəxsiyyətini 
müəyyən  etmək  üçün,  yaxud  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma 
haqqında  qərarın  icrasından  boyun  qaçırdıqda  və  ya  belə  boyun  qaçırmanı 
ehtimal  etməyə  kifayət  qədər  əsaslar  olduqda inzibati  qaydada  tutma  24 
saatadək  müddətə  və  ya  inzibati  xəta  törədənin  şəxsiyyətini  təsdiq  edən 
sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. 
89.3. Fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə 
vərəqələri  olmadan  komendant  saatı  vaxtında  küçələrdə  və  başqa  ictimai 
yerlərdə  olduqda  -  komendant  saatı  bitənədək  və  ya  onun  üzərində 
şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə 
və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək 
müddətə inzibati qaydada tutula bilər. 
89.4.  Barəsində  inzibati  həbs  tənbeh  növünün  tətbiqini  nəzərdə  tutan 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 
157, 206, 227, 513 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər 
isə  inzibati  xəta  haqqında  işin  mürəkkəbliyi  və  ya  xəta  törətmiş  şəxslərin 
sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik 
yaratdığı hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
89.5.  İnzibati  qaydada  tutma  müddəti  inzibati  xəta  törətmiş  şəxsin 
protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə 
ayıldığı vaxtdan hesablanır. 
89.6. Fövqəladə  vəziyyət  rejiminin  müddəti  bitdikdə,  bu  rejimin 
tələblərinin  pozulması  ilə  əlaqədar  inzibati  qaydada  tutulan  şəxslər  dərhal 
azad olunurlar. 
89.7. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana 
(vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. 
  
Maddə 90. İnzibati qaydada tutma haqqında protokol 
  
90.1.  İnzibati  xəta  törətmiş  şəxs  inzibati  qaydada  tutulduqda  bu  barədə 
protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 
90.1.1. protokolun tərtib edildiyi tarix və yer
90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 
90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 
90.1.4. tutmanın vaxtı və səbəbləri. 
90.2. Protokol  onu  tərtib  etmiş  vəzifəli şəxs  və  tutulmuş  şəxs tərəfindən 
imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə 
protokolda  qeyd  edilir.  Tutulmuş  şəxsin  izahat  vermək  və  protokolun 
məzmunu  barədə  öz  mülahizələrini  təqdim  etmək,  habelə  protokolu 
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun 
bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş 
şəxsə verilir. 
  
Maddə  91.  İnzibati  qaydada  tutulmuş  şəxsin  hüquqlarının  təmin 
edilməsi 
  
91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu 
Məcəllə  ilə  müəyyən  edilmiş  hüquqlarının  təmin  edilməsi  üçün  aşağıdakı 
tədbirləri görür: 
91.0.1.  tutulmuş  şəxsə  dərhal  onun  tutulmasının  əsaslarını  bildirmək, 
onun hüquqlarını izah etmək; 
91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə