Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
112.2.1. əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-
özünə  etiraz  etmə  və  ya  işə  baxan  hakimə,  vəzifəli  şəxsə,  yaxud  kollegial 
orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda; 
112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti 
üzrə baxılmasına mane olduqda; 
112.2.3.  işdə  iştirak  edən  şəxsin  gəlməsi  və  ya  əlavə  sənədlərin  tələb 
olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda. 
112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi 
olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. 
112.4. Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə 
göndərilməsi barədə qərardad çıxarırlar. 
112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri 
hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında 
iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin,  hüquqi  şəxsin  nümayəndəsinin,  inzibati 
xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin 
izahatları,  ekspertin  rəyi  dinlənilir,  digər  sübutlar  araşdırılır,  işə  baxılmada 
prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. 
  
Maddə  113.  İnzibati  xəta  haqqında  işə  baxma  ilə  əlaqədar  iclas 
protokolunun məzmunu 
  
113.1. İnzibati xəta haqqında işə kollegial orqan və ya məhkəmə tərəfindən 
baxılarkən iclas protokolu tərtib olunur. 
113.2.  İnzibati  xəta  haqqında  işə  baxma  ilə  əlaqədar  iclas  protokolunda 
aşağıdakılar göstərilir: 
113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma vaxtı; 
113.2.2.  işə  baxan  kollegial  orqanın  adı  və  tərkibi,  yaxud hakimin  və  məhkəmə 
iclasının katibinin adı;
 
113.2.3. baxılan işin qısa məzmunu; 
113.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumatlar; 
113.2.5. işdə  iştirak  edən  şəxslərə  onların  prosessual  hüquq  və  vəzifələrinin  elan 
edilməsinə dair məlumatlar;
 
113.2.6. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri; 
113.2.7. işə baxılmasında iştirak edən şəxslərin izahatları və rəyləri; 
113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu;
 
113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər barədə məlumatlar


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
113.2.10. yazılı  sübutların  elan  edilməsinə  dair  məlumatlar,  maddi  sübutların 
müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;
 
113.2.11. işdə  iştirak  edən  şəxslərə  protokolla  tanış  olmaq  və  ona  dair  qeydlər 
vermək hüquqlarının izah olunmasına dair məlumatlar;
 
113.2.12. protokolun tərtib olunma tarixi.
 
113.3.  Kollegial  orqanın  iclasının  protokolu  iclasa  sədrlik  edən  və  katib 
tərəfindən,  məhkəmə  iclasının  protokolu  isə hakim  və  məhkəmə  iclasının 
katibi tərəfindən imzalanır. 
113.4.  Protokol inzibati  xəta  haqqında  işə  baxma  ilə  əlaqədar iclas 
qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. 
  
Maddə  114.  İnzibati  xəta  haqqında  işə  baxılarkən  çıxarılan  qərar 
(qərardad) 
  
114.1.  İnzibati  xəta  haqqında  işə  baxılarkən  aşağıdakı  məsələlər  barəsində  qərar 
çıxarılır:
 
114.1.1. inzibati tənbeh vermə haqqında;
 
114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;
 
114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;
 
114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.
 
114.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraata  xitam  verilməsi  haqqında 
qərar aşağıdakı hallarda çıxarılır: 
114.2.1. bu Məcəllənin 53-cü  maddəsində nəzərdə tutulan hallardan  biri 
mövcud olduqda; 
114.2.2.  bu  Məcəllənin  16.4-cü  maddəsinə  müvafiq  olaraq  intizam 
məsuliyyətinə 
cəlb 
etmək 
barədə 
qərar 
qəbul 
edilməsi 
üçün 
materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 
114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə 
materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; 
114.2.4.  bu  Məcəllənin  16.2-ci  maddəsinə  müvafiq  olaraq  inzibati  xəta 
haqqında  iş  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi 
üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. 
114.3.  İnzibati  xəta  haqqında  işə  baxılma  hakimin,  səlahiyyətli  orqanın 
(vəzifəli  şəxsin)  səlahiyyətinə  aid  olmadıqda,  inzibati  xəta  haqqında  işin 
aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə 
qərardad çıxarılır. 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında 
işə  baxılarkən  çıxarılan  qərar  (qərardad) ciddi  hesabat  sənədi  olmaqla, 
nömrələnmiş  blanklarda  tərtib  olunur.  Həmin qərarın  (qərardadın)formaları 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 
  
Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 
  
115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 
115.1.1.  qərarı  çıxarmış  hakimin,  vəzifəli  şəxsin  vəzifəsi,  soyadı,  adı, 
atasının adı, kollegial orqanın adı və tərkibi; 
115.1.2. işin baxılması tarixi və yeri; 
115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 
115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar
115.1.5.  inzibati  xətaya  görə  məsuliyyət  nəzərdə  tutan  bu  Məcəllənin 
müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 
115.1.6. inzibati  cərimə  şərti  olaraq  tətbiq  edildikdə,  hüquqpozmanın  aradan 
qaldırılması  üçün  müəyyən  edilmiş  müddət  və  bu  müddətdə  hüquqpozma  aradan 
qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd;
 
115.1.7.  iş  üzrə  icraata  xitam  verilməsi  və  ya  dayandırılması  üçün  əsas  olan  bu 
Məcəllənin müvafiq maddəsi;
 
115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası.
 
115.2.  İnzibati  xətaya  görə  inzibati  tənbeh  tətbiq  etmə  ilə  eyni  vaxtda 
vurulmuş  maddi  zərərin  ödənilməsi,  həmçinin  inzibati  həbs  nəzərdə  tutan 
inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi 
müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 
115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni 
vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin 
tətbiqi məsələsi hakim tərəfindən həll edilir.
 
115.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərarda  götürülmüş  əşyalar  və 
sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 
115.4.1.  dövriyyədən  çıxarılmamış  sənədlər  və  əşyalar  onun  qanuni 
sahibinə  qaytarılmalı,  qanuni  sahibi  müəyyən  edilmədikdə  isə  dövlətin 
mülkiyyətinə verilməlidir
115.4.2.  dövriyyədən  çıxarılmış  əşyalar  aidiyyəti  dövlət  orqanlarına 
verilməli, yaxud məhv edilməlidir; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə