Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə23/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
107.0.  İnzibati  xəta  haqqında  işin  baxılması  icraatına  verilmiş  hakim, 
kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 
107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, 
zərər  çəkmiş  şəxsin,  onların  qanuni  nümayəndələrinin,  müdafiəçinin  və  ya 
nümayəndənin qohumudursa; 
107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. 
  
Maddə  108.  Hakimin,  kollegial  orqanın  üzvünün,  vəzifəli  şəxsin  özü-
özünə etiraz etməsi və ya onlara etiraz etmə 
  
108.1.  Bu  Məcəllənin  107-ci  maddəsində  nəzərdə  tutulan  hallardan  biri 
olduqda  hakim,  kollegial  orqanın  üzvü,  vəzifəli  şəxs  özü-özünə  etiraz 
etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, 
kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. 
108.2.  Bu  Məcəllənin  107-ci  maddəsində  nəzərdə  tutulan  hallardan  biri 
olduqda,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs,  zərər 
çəkmiş  şəxs,  fiziki  şəxsin  qanuni  nümayəndəsi  və  ya  hüquqi  şəxsin 
nümayəndəsi,  müdafiəçi,  nümayəndə  və  ya  prokuror  tərəfindən  hakimə, 
kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. 
108.3.  Ərizəyə  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim, kollegial 
orqan və vəzifəli şəxs tərəfindən baxılır. 
108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin 
edilməməsi haqqında qərardad qəbul edilir. 
  
Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı 
qərarın (qərardadın) qəbul edilməsi 
  
109.1.  İnzibati  xəta  haqqında  işin  baxılmağa  hazırlanması  zamanı 
aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 
109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi
109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-
72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 
109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi
109.1.4. ekspertizanın təyin edilməsi
109.1.5. işə baxılmanın təxirə salınması; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
109.1.6.  protokol  və  digər  materiallar  səlahiyyəti  olmayan  şəxslər 
tərəfindən  tərtib  edildikdə,  protokol  və  digər  sənədlər  düzgün  tərtib 
olunmadıqda,  yaxud  təqdim  edilmiş  materiallar  natamam  olduqda  işə 
baxılarkən  tamamlamaq  mümkün  olmadıqda,  inzibati  xətalar  haqqında 
protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri 
qaytarılması; 
109.1.7.  əgər  bu  məsələnin  baxılması  hakimin,  orqanın  (vəzifəli  şəxsin) 
səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli 
şəxsə  etiraz  etmə  barədə  qərardad  çıxarılmışdırsa,  inzibati  xəta  haqqında 
protokolun  və  ya  digər  materialların  baxılması  üçün  aidiyyəti  üzrə 
göndərilməsi. 
109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar 
olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati 
xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 
109.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, 
hüquqi  şəxsin  nümayəndəsinin,  yetkinlik  yaşına  çatmayanların  qanuni 
nümayəndəsinin,  habelə  şahidlərin  üzrlü  səbəblər  olmadan  çağırış  üzrə 
gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə 
icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının 
tam,  ətraflı,  obyektiv  və  vaxtında  araşdırılmasına  və  onun  ədalətli  həll 
olunmasına  mane  olarsa, inzibati  xətanın  baxıldığı  yer  üzrə  məhkəmə həmin 
şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. 
  
Maddə 110. İnzibati xəta haqqında işin baxılması yeri 
  
110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati 
xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. 
110.2.  Yetkinlik  yaşına  çatmayanlar  barəsində  inzibati  xətalar  haqqında 
işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 
110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına 
səbəb  ola  bilən  inzibati  xətalar  haqqında  işlərə müvafiq  icra  hakimiyyəti 
orqanının  mərkəzi  informasiya  sisteminin  məlumatları  nəzərə  alınmaqla,  bu 
Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 111. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri 
  
111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti  olan hakim, orqan 
(vəzifəli  şəxs)  bu  cür  işlərə  inzibati  xəta  haqqında  protokolu  və  işin  digər 
materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 
111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya 
əlavə  müəyyən  edilməli  hallar  olarsa,  işə  baxan  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək 
müddətə uzadır. 
111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında 
işlərə  inzibati  xəta  haqqında  protokol  daxil  olduğu  gün,  inzibati  qaydada 
tutulan  şəxslər  barəsində  isə  onların  tutulduğu  vaxtdan  ən  geci  48  saat 
keçənədək baxılır. 
  
Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası 
  
112.1. İnzibati xəta haqqında işə baxılarkən: 
112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan 
olunur; 
112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin 
qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin 
iştirakı müəyyənləşdirilir; 
112.1.3.  fiziki  şəxsin  qanuni  nümayəndəsinin  və  hüquqi  şəxsin 
nümayəndəsinin,  müdafiəçinin  və  nümayəndənin  səlahiyyətləri  müəyyən 
edilir; 
112.1.4.  iş  üzrə  icraatda  iştirak  edən  şəxslərin  gəlməmələrinin  səbəbləri 
araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın 
başqa vaxta keçirilməsi məsələsi həll edilir
112.1.5.  işin  baxılmasında  iştirak  edən  şəxslərə  onların  hüquqları  və 
vəzifələri izah olunur; 
112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. 
112.2. Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta keçirilməsi 
barədə qərardad qəbul edilir: 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə