Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını 
təmin etməlidir. 
125.6. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə 
daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci maddələrində nəzərdə tutulmuş 
məlumatlar müvafiq  icra  hakimiyyəti  orqanının  informasiya  sisteminə  də 
göndərilir. 
125.7. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş) 
inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati 
xəta haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada 
çıxarış əldə edə bilər.
 
125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə 
qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə 
növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə 
bilməz,  həmin  səbəbdən nəqliyyat  vasitəsinin  saxlanılması  barədə  qərar  qəbul  edilə 
bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.
 
  
Maddə  126.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  şikayətə  baxılma 
qaydası 
  
126.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  qəbul  edilmiş  şəxs 
inzibati  xəta  törətməsi barədə  bu  Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə 
tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol 
bu  Məcəllənin  122.6  və  122.8-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada 
inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  hesab  edildiyi  vaxtdan  10  gün 
müddətində  yuxarı  səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  və  ya  məhkəməyə 
şikayət  edə  bilər.  Şikayət  şəxsən  verilə  və  ya  poçt,  yaxud  internet  vasitəsilə 
göndərilə bilər. 
126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş 
üzrə  qərardan  şikayət  verildikdə,  yuxarı  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
videomüşahidə  vasitələrinin  qeydə  aldığı  videoyazıya  baxış  keçirməklə  və 
araşdırma  aparmaqla  qərarın  ləğv  edilməsi  üçün  əsaslar  müəyyən  etdikdə, 
inzibati  xəta  haqqında  iş  üzrə  qərarı  ləğv  edir,  belə  əsaslar  müəyyən 
olunmadıqda  isə  inzibati  xəta  haqqında  iş  üzrə  qərarın  dəyişdirilmədən 
saxlanılması barədə qərar qəbul edilir. 
126.3.  Bu  Məcəllənin  126.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qərarlar 
müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya  sistemində 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
yerləşdirilir  və  barəsində inzibati  xəta haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə 
həmin  qərar  barədə  bu  Məcəllənin  125.2-ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydada məlumat verilir. 
  
Maddə  127.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların 
törədilməsinə  görə  inzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə 
haqqında  qərarın  icra  edilməməsi  ilə  əlaqədar  xətalar  üzrə  icraatın 
aparılması qaydası 
  
Bu  Məcəllənin  529.3-cü  maddəsində  nəzərdə  tutulmuş  inzibati  xətanı 
törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş  qaydada 
məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında 
protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti 
üzrə məhkəməyə göndərilir. 
  
FƏSİL 17 
  
İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma 
  
Maddə 128. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest 
vermək hüququ 
  
128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların 
qanuni  nümayəndəsi,  hüquqi  şəxsin  nümayəndəsi,  zərər  çəkmiş  şəxs, 
müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə 
tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror 
isə protest verə bilər. 
128.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  şikayət  və  ya  protest 
aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə
128.2.2.  kollegial  orqanın  qərarından  -  kollegial  orqanın  olduğu  yerin 
məhkəməsinə; 
128.2.3.  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarından  -  yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 129. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest 
vermə qaydası 
  
129.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  şikayət  və  ya  protest 
aşağıdakı qaydada verilir: 
129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən 
şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa 
apellyasiya instansiyası məhkəməsinə; 
129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət - birbaşa 
kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 
129.1.3.  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarından  məhkəməyə 
verilən  şikayət  -  şikayət  verən  şəxsin  yaşayış  yeri  və  ya  hüquqi  şəxsin 
ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 
129.1.4.  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarından  məhkəməyə 
verilən  protest  -  səlahiyyətli  orqanın  olduğu  yer  üzrə  rayon  (şəhər) 
məhkəməsinə; 
129.1.5.  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarından  yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana 
(vəzifəli şəxsə). 
129.2.  Bu  Məcəllənin  129.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 
hakim  şikayətin  daxil  olduğu  gündən  üç  gün  müddətində  şikayəti  və  ya 
protesti  iş  üzrə  bütün  materiallarla  birlikdə  apellyasiya  instansiyası 
məhkəməsinə göndərir. 
129.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya 
protest  apellyasiya  instansiyası  məhkəməsinə  şikayətin  və  ya  protestin  daxil 
olduğu gün göndərilir. 
129.4. Şikayətə və  ya  protestə baxılma hakimin, orqanın  (vəzifəli şəxsin) 
səlahiyyətinə  aid  olmadıqda,  şikayət  və  ya  protest  üç  gün  müddətində 
aidiyyəti üzrə göndərilir. 
129.5. İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətdən  dövlət 
rüsumu tutulmur. 
  
Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri 
  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə