Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
bloklarının, referendum 
üzrə 
təşviqat 
qrupunun səlahiyyətli 
nümayəndələrinin, 
kütləvi 
informasiya 
vasitələri 
nümayəndələrinin 
Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 
hüquqlarını, o  cümlədən  seçki  sənədlərinin  surətlərinin  və  məlumatların 
vaxtında  alınması  və  seçki  sənədlərinin  surətlərinin  təsdiqi  ilə  bağlı 
hüquqlarını pozmağa görə- 
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 168. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında 
verilməməsi 
  
Seçicilər  haqqında  məlumatları  təqdim  edən  müvafiq  icra  hakimiyyəti 
orqanı  tərəfindən  həmin  məlumatların  düzgün,  tam  və  vaxtında 
verilməməsinə görə - 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  169.  Seçki  bülletenlərinin,  səsvermə  protokollarının  və 
vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması 
  
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə 
protokollarının  və  vəsiqələrinin  verilməsi  və  saxlanması  qaydalarının 
pozulmasına görə- 
xəbərdarlıq edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə 
qaydasının pozulması 
  
Səsvermə  başlandıqdan  sonra  seçkilərin  yekunları  və  səsvermənin 
nəticələri  barədə  protokollar  imzalananadək  yuxarı  seçki  komissiyalarının 
informasiya  xidmətlərindən  aşağı  seçki  komissiyalarının  informasiya 
xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı 
məlumatın verilməsinə görə - 
fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək məbləğdə,  vəzifəli 
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa 
çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılması 
  
Seçki  (referendum)  ilə  əlaqədar  hədə-qorxu  və  ya  zorakılığa  çağıran 
çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə- 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  172.  Seçicinin  bilərəkdən  birdən  çox  seçici  siyahısına  daxil 
edilməsi 
  
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə - 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 173. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun 
və digər hüquqlarının pozulması 
  
173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən: 
173.0.1.  vətəndaşların  seçici  siyahıları  (referendumda  iştirak  etmək 
hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq hüququnun pozulmasına; 
173.0.2.  seçici  siyahılarındakı  (referendumda  iştirak  etmək  hüququ  olan 
vətəndaşların  siyahısındakı)  yanlışlıqlar  haqqında  vətəndaşların  ərizələrinə 
Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  müddətdə 
baxılmamasına; 
173.0.3.  qeydiyyatdan  keçmiş  seçicilər  barəsində  məlumatların  vaxtında 
rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 174. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyət 
verilməsindən imtina etmə 
  
 Dövlət 
və 
ya 
yerli 
özünüidarəetmə 
orqanlarına 
seçkilərin 
hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi 
ilə  deputatlığa  və  ya  seçkili  orqana  (vəzifəyə)  qeydə  alınmış  namizədə, 
namizədin  vəkilinə  və  ya  seçki  (referendum)  komissiyasının  üzvünə 
məzuniyyət verilməsindən imtina etməyə görə- 
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə  175.  Qeydə  alınmış  namizədin  seçkilərdə  iştirak  etdiyi 
müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması 
  
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə 
iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması 
  
Mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi  şəxslərin,  dövlət  və 
bələdiyyə  orqanlarının,  qurumların  və  təşkilatların  seçici  imzalarının 
toplanmasında iştirak etməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki 
min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  177.  Seçkilərin  (referendumun)  maliyyələşdirilməsi  və  ya 
maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 
  
177.1. Seçkilərin 
(referendumun) maliyyələşdirilməsinin 
Azərbaycan 
Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydalarını  pozmağa 
görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min 
beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi 
min manatadək məbləğdə cərimə edilir.
 
177.2.  Seçkilərin  hazırlanmasına  və  keçirilməsinə  ayrılmış  vəsaitlərin 
xərclənməsi  barədə  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar, 
siyasi  partiyaların  blokları,  referendum  üzrə  təşviqat  qruplarıtərəfindən 
maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  178.  Anonim  təşviqat  materiallarının  və  ya  reklamların 
hazırlanması və yayılması qaydalarının pozulması 
  
178.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat 
materiallarında  bu  materialları  hazırlayan  və  hazırlanmasını  sifariş  edən 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə