Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
hüquqpozmaya  səbəb  olan  digər  vasitələr  müsadirə  edilməklə  səksən 
manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 
Qeyd: Bu Məcəllənin  185  -  188-ci  maddələrində “az  miqdarda  ziyan  vurduqda”  dedikdə, min 
manatadək olan məbləğ başa düşülür.
 
  
Maddə  186.  İnteqral  sxem  topologiyasından  istifadəyə  müstəsna 
hüququn pozulması 
  
Müəllifin  və  ya  digər  hüquq  sahibinin  icazəsi  olmadan  inteqral  sxem 
topologiyasının  orijinal  olmayan  hissəsinin  çıxarılması  istisna  olmaqla, 
bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi 
yolu ilə və ya surətinin başqa şəkildə çıxarılmasına, habelə topologiyanın və ya 
həmin  topologiyadan  ibarət  inteqral  sxemin  tətbiq  edilməsinə,  gətirilməsinə, 
satış  üçün  təklif  edilməsinə,  satılmasına,  yaxud  başqa  formada  təsərrüfat 
dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda- 
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 187. Folklor nümunələrindən istifadə tələblərinin pozulması 
  
Folklor  nümunələrindən  istifadə  tələblərinin  pozulmasına  görə,  bu  az 
miqdarda ziyan vurduqda- 
folklor  nümunələrinin  istifadəsinə  qoyulan  tələblərin  pozulması  ilə 
hazırlanmış  (istehsal  edilmiş)  və  yayılmış  folklor  obyekti  nüsxələri  (pirat 
nüsxələr)  müsadirə  edilməklə,  fiziki  şəxslər  səksən  manatdan  yüz  əlli 
manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir. 
  
Maddə 188. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi 
  
Məlumat  toplularından  qeyri-qanuni  istifadə  edilməsinə  görə,  bu  az 
miqdarda ziyan vurduqda- 
məlumat  toplusunun  pirat  nüsxələri,  həmçinin  pirat  nüsxələrin 
hazırlanmasında  (istehsal  edilməsində)  və  yayılmasında  istifadə  olunan 
materiallar,  avadanlıqlar  və  hüquqpozmaya  səbəb  olan  digər  vasitələr 
müsadirə  edilməklə,  fiziki  şəxslər  səksən  manatdan  yüz  əlli  manatadək 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
  
Maddə  189.  Uşaqların  təlim-tərbiyəsi  vəzifələrinin  valideynlər  və  ya 
onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi 
  
189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və 
ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və 
ya lazımınca yerinə yetirilməməsinə görə –
 
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
 
189.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, 
dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 
gündən çox buraxılmasına görə -
 
valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.
 
189.3.  Bu  Məcəllənin  189.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  yetkinlik 
yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda –
 
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
189.4.  Bu  Məcəllənin  189.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  yetkinlik 
yaşına  çatmayanların  spirtli  içki,  narkotik  vasitələr  və  ya  psixotrop  maddələr  qəbul 
etməsinə  və  ya  avaralıqla  məşğul  olmasına, cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan 
verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli 
əməlin  törədilməsinə və  ya  on  dörd  yaşından  on  altı  yaşınadək  uşaqlar 
tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda-
 
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 190. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma 
  
Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini 
saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə- 
xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 191. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması 
  
191.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının 
ödənilməsi  barədə  qərarın  “Əmək  pensiyaları  haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
əmək  pensiyasının  təyin  olunmasından  imtina  barədə  qərarda  pensiya  təyin 
olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının 
təyin  olunmasından  imtina  barədə  qərarın  həmin  Qanunda  nəzərdə  tutulan 
müddətdə müraciət edənə göndərilməməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
191.2.  Əmək  pensiyaçısı  və  işəgötürən  tərəfindən  əmək  pensiyasının  və 
əmək  pensiyasına  əlavənin  məbləğinin  dəyişməsinə  və  ödənilməsinin 
dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin 
edən orqana verilməməsinə görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
 
 
Maddə 192. Əmək qanunvericiliyinin pozulması 
  
192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş 
qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən 
tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb 
edilməsinə görə- 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min 
manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş 
min manatadək məbləğdə cərimə edilir.
 
192.2.  İşəgötürən  tərəfindən  işçilərin  və  iş  yerlərinin  attestasiyasının 
keçirilməsi qaydalarının pozulmasına görə- 
yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
 
192.3.  İşçiyə müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilmiş minimum  əməkhaqqından  aşağı  məbləğdə  əməkhaqqı  verilməsinə 
görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
192.4.  İşçinin  əmək  və  məzuniyyət  haqlarının  hesablanmasında  və 
ödənilməsində,  riyazi  hesablamalar  nəticəsində  yol  verilən  nöqsanlar  istisna 
olmaqla, qanun pozuntularına yol verilməsinə görə- 
vəzifəli  şəxslər  yeddi  yüz  manatdan  min  beş  yüz  manatadək  məbləğdə  cərimə 
edilir.
 
192.5.  İşçinin  məzuniyyət  hüquqlarının  pozulmasına,  işçiyə  əmək 
məzuniyyətinin 
verilməməsinə, 
habelə 
istifadə 
edilməmiş 
əmək 
məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə